Əbədi yüksəlişin Hüseyn Cavid yolu  

 

Dahi Hüseyn Cavidin soyuq, qarlı-şaxtalı Sibir meşəliklərində dünyasını dəyişdiyi gün - 1941-ci ilin 5 dekabrına gedən o müdhiş yol qanlı-qadalı 1937-ci ilin o dəhşətli günündən, iyun ayının 3-dən 4-nə keçən gecədən başladı.

 

Sovetlər ölkəsində "repressiya mişarı" işə düşəndən adamlar bir-birilə görüşüb danışmaqdan, hətta salamlaşmaqdan belə çəkinir, bir-birinin gözünə gorünməməyə çalışırdılar. Hər gün ağılasığmaz hadisələr baş verir, dəhşətli xəbərlər yayılaraq adamları vahiməyə salırdı. İnsanların qəlbindən ağır daş kimi nisgil asılmışdır. Elə gün olmazdı ki, kiminsə qohumu, kiminsə dostu, kiminsə tanışı "xalq düşmənı" adı ilə damğalanaraq sürgünə göndərilməsin. Məhz belə bir vaxtda Azərbaycan K(b) P-nin XIII qurultayı çağırıldı. Onun "məramı" da belə idi: daha çox "xalq düşməni" ortaya çıxarmaq. Hesabat məruzəsi ilə çıxış edən M.C.Bağırov son sözündə dedi: "Bir baxın, "Yazıçılar İttifaqında kimlər əyləşmişdi. Hazırda ifşa edilmiş Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Əli Nazim, Böyükağa Talıblı, Tağı Şahbazi, Əhməd Triniç kimiləri". Bu qərəzçi böhtançı tənqiddən Cavid əfdəndi qorxdu, çəkindi.              

 

Elə həmin ərəfədə Dövlət Təhlükəsizliyi İdarəsinin 3 iyun 1937-ci il tarixli 509 nömrəli orderilə NKVD-nin 4-cü şöbəsi tərəfindən Hüseyn Cavidin evində axtarış aparıldı.

 

Pavlov, Federenko Sarkisyanın iştirak etdiyi üçlük tərəfindən 1937-ci ilin iyun ayının 3-dən 4-ə keçən gecəsində Cavidin evində aparılan axtarış zamanı 1 səbət əlyazma, 1 kisə - türk, ərəb fars dillərində 115 nüsxə, nadir kitablar 23 ədəd fotoşəkil, ona məxsus 549349 ¹li pasport 5 ədəd dəftərçə müsadirə edilmişdir ki, həmin dəftərçədə Cavidin yazmağa hazırladığı əsərlər haqqında çoxlu qeydlər var idi.

 

Cavidin həyat yoldaşı Mişkinaz Cavidin xatirələrində 1939-cu ilin 3 iyulunda Keşlə həbsxanasındakı son görüşləri zamanı Cavid evdən götürülən əlyazmaların adını çəkmişdi: "Atilla", "Çingiz", "Telli saz". Lakin sonralar Turan Cavid bu siyahıya "İblisin ilhamı" faciəsini əlavə etmişdi. Cinayət Məcəlləsinin 68, 72 73-cü maddəsilə ittiham olunan Hüseyn Cavidin işindəki anket belə tərtib olunmuşdu:

 

Hüseyn Cavid. 1882-ci ildə Naxçıvan şəhərində anadan olub. Ünvan: Bakı şəhəri, Kommunist küçəsi, ev ¹ 8, ixtisası peşəsi: şair. İşləmir. Təqaüdçüdür. Kəndli ailəsindən çıxmışdır. Təhsili - ali. Birtərəf. Milliyəti - azərbaycanlı. Orduda xidmət etməyib. Həbsdə olmayıb. Arvadı - Mişkinaz 36 yaşında, oğlu Ərtogrol 16, qızı Turan 13 yaşında. 4 iyun 1937-ci ildə "NKVD" tərəfindən həbs edilmişdir.

 

İstintaq prosesi iki il bir ay çəkmiş 1939-cu il iyun ayının 9 da keçirilmiş xüsusi müşavirədə Hüseyn Cavid heç bir dəlil-sübut olmadan "antisovet təşkilatında iştirakında təbliğatına", müsavatçı pantürkist, əksinqilabi təşkilatın üzvü, əksinqilabi fəaliyyətinə, ədəbiyyat dramaturgiya sahəsində gənclərin millətçi əksinqilabi ruhda tərbiyə olunması istiqamətində gördüyü işlərə, 8 il müddətində azadlıqdan mərhum edilmiş islah-əmək düşərgəsinə göndərilməsi qərarı alınmışdı. Elə həmin müşavirədə başqa bir qərarla o, 1939-cu ilin iyul ayının 4-də uzaq Sibirə göndərilir. Sonralar xəstəliyilə əlaqadar Maqadandan İrkutska, "Əlillər zonası"na göndərilən Cavid 1941-ci il dekabrın 5-də dünyasını dəyişir.

 

Nəhayət, 1953-cü ildə Stalinin ölümü ölkənin başı üzərindən "qara buludları" dağıtdı. Elə həmin vaxtdan başlayaraq repressiyanın günahsız qurbanlarına rəsmən bəraət verilməsi prosesinə başlanıldı. 1956-cı ildə bəraət alanlar siyahısında Azərbaycanın bir sıra dövlət xadimləri ziyalıları ilə birgə Hüseyn Cavidin adı göründü. 1962-ci ildə dövlət səviyyəsində H.Cavidin 80 illiyi təntənə ilə qeyd olundu, pyesləri səhnələrə qayıtdı, kitabları yenidən nəşr olunmaqla əsərləri xalqına qaytarıldı.

 

Ulu öndər, xalqımızın Ümummilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə - 1981-ci ildə dahi şair-dramaturq Hüseyn Cavidin anadan olmasının 100 illiyinin yüksək səviyyədə keçirilməsi haqda Mərkəzi Komitə qərar qəbul etdi. Həqiqətən, Ulu öndər Heydər Əliyevin imzası ilə həmin il iyul ayının 21-də Hüseyn Cavidin 100 illiyi haqqında verilən qərar ulu Cavidin ikinci, əsl bəraət sənədi oldu.

 

Böyük şairin qızı Turan Cavid öz xatirələrində deyir: "Atama əsl bəraət Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında Heydər Əliyevin imzaladığı qərardan sonra verildi. Bu, ədalətin zəfər çalması idi. Bunun üçün mən birinci növbədə Azərbaycan xalqının böyük oğlu Heydər Əlirza oğluna minnətdaram".

 

 

 

Cavidin ruhuna münasibətdə ən dramatik, ən yaddaqalan hadisə 1982-ci ilin oktyabrında baş verdi. 59 yaşında pantürkist- millətçi kimi Sibirə sürgün edilən Hüseyn Cavidi Heydər Əliyev böyük siyasi ustalıqla 100 yaşında vətənə gətirildi. Lakin H.Cavidin nəşini Sibirdən gətirmək onu Sibirə sürgün edilməsindən qat-qat çətin idi. Ulu öndərimiz nitqlərinin birində bildirirdi ki, 1982-ci ildə Hüseyn Cavidin cənazəsini uzaq Sibirdən Azərbaycana gətirmək asan deyildi. Bu, böyük iradə cəsarət tələb edirdi. Ancaq xalqımıza, millətimizə, tariximizə, mədəniyyətimizə, ədəbiyyatımıza olan sədaqət mənə belə bir bir cəsarəti göstərməyə imkan verdi".

 

Ulu öndərimiz Heydər Əliyevin şəxsi qayğısı təşəbbüsü ilə həyata keçirilmiş bu hadisə tarixə qızıl hərflərlə yazıldı. Xalq şairi Mirvarid Dilbazi öz hisslərini "Oğul qeyrəti" şeirində belə ifadə edirdi:

 

Sağol xalqımızın igidi, mərdi!

Bu, bir şücaətdi, bu, bir hünərdi.

Getdi sinəmizdən Cavidin dərdi,

Unutmaz bu haqqı millətin sənin.

 

Düşünülmüş hissə-hissə həyata keçirilən planın növbəti hissəsi dahi şairə ucaldılan möhtəşəm məqbərə oldu. Ulu öndər bu məqbərənin açılışında şəxsən iştirakı ilə Cavid əfəndiyə onun timsalında Azərbaycan xalqına olan sevgisini ehtiramını ifadə etdi. Məqbərənin açılışında Heydər Əliyev siyasətinin layiqli davamçısı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Hüseyn Cavidin bu məqbərəsini "Heydər Əliyev dühasının bəhrəsi" adlandıraraq demişdir: "Möhtərəm Heydər Əliyev dühasının bəhrəsi olan Hüseyn Cavid türbəsi Əcəmi yaradıcılığına mənsub "Möminə Xatın" məqbərəsinin davamıdır. Bununla belə Hüseyn Cavid məqbərə-türbəsində şairin özü ilə yanaşı, ailə üzvlərinin - ömür-gün yoldaşı Mişkinaz xanımın, oğlu Ərtoğrol Cavidin dəfn olunduğuna nəzər salsaq, Cavidlər ailəsi Xatirə Kompleksinin dünya mədəniyyətinin bənzərsiz, əvəzsiz nümunələrindən biri olduğu sübut edilir.

 

Məqbərənin açılışı mərasimində iştirak edən görkəmli ziyalılar, elm mədəniyyət xadimləri, hətta qonşu dövlətlərdən gəlmiş qonaqlar Ulu öndərin bu misilsiz xidmətini xususi qeyd etmişlər. Görkəmli ədibin qızı Turan Cavid Cavidlər ailəsi adından çıxış edərək demişdi: "Hörmətli, əziz dəyərli Prezidentim! Düz beş gün sonra Cavidin Sibirdən gətirilərək Naxçıvan torpağında dəfn olunmasının 14 ili tamam olur. 1982-ci ildə Cavidin cənazəsi gətirilərkən bu qeyri-adi hadisənin əks-sədası çox uzaqlara yayılmışdı. Başqa şəhərlərdən bu xəbərin dəqiqliyini öyrənmək istəyənlər sualı belə qoyurdular ki, yəqin bu, hörmətli Heydər Əliyevin xidmətidir?.. Bunun da qısa bir cavabı var: Şübhəsiz ki, elədir".

 

Həmin bu tarixi yaddaş Naxçıvandakı ev-muzey ekspozisiyasının "Repressiya otağı" adlanan 5-ci otağında öz əksini tapmışdır. Burada Cavidin cənazəsi uzaq Sibirdən gətirilərkən muzeyə təqdim olunan məzarının üzərində başdaşı əvəzi qoyulmuş, üzərində 59 ¹li yazılmış taxta parçası, onun qəbrindən götürülmüş torpaq olan ağzı möhürlənmiş qutu, orada qəbirin axtarışını, açılmasını əks etdirən müxtəlif foto-şəkillər, vaxtilə Cavid əfəndinin Bakıda yaşadığı və dərs dediyi Kommunist küçəsi, 8 ¹li evdə (indiki Əlyazmalar İnstitutunun binası) Ümummilli lider Heydər Əliyevin iştirakı ilə keçirilmiş vida mərasiminə aid 2 ədəd nadir fotoşəkil və müxtəlif sənədlər geniş tamaşaçı kütləsinin marağına səbəb olmuşdur.              

 

Bütün bu tamaşaçı marağını nəzərə alaraq həmin otağın yeni eksponatlarla zənginləşdirilməsi muzey əməkdaşlarının daim diqqət mərkəzindədir. Belə ki, son günlər həmin otağa bir neçə rəsm əsəri əlavə edilmişdir. Bu yazının müəllifinin kollaj üsulu ilə hazırladığı "Repressiya qurbanları" adlı piano və Azərbaycan Respublikasının Əməkdar rəssamı Mircəlil Seyidovun "Cavidin yuxusu" adlı əsəri, bundan əlavə, professor Cəlal Qasımovun "Cavidi məhbəsə aparan yol", şair Əbülfəz Naxçıvanlının "Tale burulğanı" və Hikmət Cəmilzadənin "Bizi geri qaytaracaqlar" kitabları həmin otağın ab-havasına uyğun olaraq bəzi yerlərdə zindan rəmzi olaraq tikanlı məftillərdən və iblis simvolu olan dekorativ maskalardan istifadə olunub.

 

Cavid sənəti ölməzdir. Ulu Cavid xalqın, cavidsevərlərin qəlbində daim yaşayır, ucalır! Özü demişkən:     

 

Yüksələn məhv olar,

Fəqət enməz!

Nuri-haqq daima yanar,

Sönməz!

 

Bəhruz AXUNDOV

Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi

 

525-ci qəzet.- 2020.- 5 dekabr.- S.13.