Təhsildə fundamentallıq
anlayışına bir nəzər
Təhsil
sisteminin funksiyalarından
biri də şagirdlərin əxlaqi
(davranış) dəyərlərə
yiyələnməsi istiqamətini
təşkil etməsidir,
cəmiyyətdə (dövlətdə)
insan resursunun (kapitalın) ilk olaraq maddi ehtiyacının ödənilməsidir, nail olmasıdır:
bu isə özünü üç
istiqamətə xidmətdə
tapır.
Birincisi, insan varlığını
yaşatmağa ehtiyac
duymalıdır. Dahi hind yazıçısı,
Nobel mükafatı laureatı
R.Taqor əbəs yerə deməmişdi ki, varlığım mənim üçün bir möcüzədir.
İkincisi, insan yeni fikir eşitməyə, oxumağa borcludur. Üçüncüsü, insan haqq işinə, yaxud işinə ədalətli
görülməsinə ümidlidir.
Bu tarixi-əxlaqi missiyanın - şəxsiyyət
yetişdirmənin fəlsəfəsində
qəlb (könül)
azadlığı dayanır,
elmə yiyələnməyin
öz vaxtı var və yaş,
dünyagörüşü hələ "tələsmir".
Bizim mövcud təhsilimizin fəlsəfəsində isə
beş-altı yaşından
şagirdlərə qəliz
riyazi - təbii elmi informasiyanı (bəzən müəllimin
özünün baş
açmadığı məsələ
və misallar, anlayışlar, mühakimələr
qarşıya çıxır),
anlayışları öyrətmək
cəhdi dayanır.
Vaxt gəlir, həmin uşaqlar orta təhsillə həyata atılırlar, tamam başqa "mənzərələr"in
tamaşasına dayanır,
ziddiyyətlərin, əksikliklərin,
paradoksların kimi qeyri-əxlaqi proseslərin
ağrısını yaşamalı
olurlar. Məlum olur ki, gənc
nəslin əxlaqi potensialı təhsil həlqəsində inkişafdan
qalıb, çünki
"Əxlaqi düşüncə
tərzi"nin formalaşmaması nəticəsində
dünyanı bütöv
halda görə bilməyib. Halbuki hər bir vətəndaşı
və dolayısı ilə, onun mənsub olduğu xalqı, yaşadığı
ölkəni həmin
şəxsin yiyələndiyi
elm yox, əxlaqı (tərbiyəsi) yaşadır,
torpağını düşməndən
qoruyanda o, nə riyaziyyatdan, nə də fizikadan, nə kimyadan biliyini işə salır və buna vaxtı da çatmır, milli şüuru diktə edir ki, ana torpağı
qorumalısan, ölümə
də hazır olmalısan.
Təhsil bütün gedişində
fəlsəfəsini saf,
təmiz, intəhasız,
əxlaqi dəyərlər
və qənimətlər
üzərində bərqərarlaşdıranda
ümumdövlət mənafeyi
qorunur, şəxsi maraqlara yer qalmır.
Sovet ideologiyasından miras kimi Şərq təhsilindən uzaqlaşma
ənənəsi təəssüf
ki müstəqilliyimizdə
də "fundamentallığı"nı saxladı. Qahirə, Təbriz kimi dünyəvi statusa malik Universitetlərə
təhsil funksionerlərimiz
diqqət yetirmədilər,
zəngin təcrübələrilə
maraqlanmadılar və
Qərbdən, o cümlədən,
Rusiyadan dördəlli
yapışdılar, əndrabadi
təhsil terminlərini
gətirdilər, onları
düzgün yazmaq üçün "Orfoqrafiya
lüğəti"nə baxmaq lazım gəldi. Buradan Şərq və
Qərb düşüncə
tərzi ortaya çıxdı fərqli
şəkildə. Şərq düşüncə
tərzi Dünyanı
emosionallığa bələnmiş
ağıl kimi təsəvvür edir, keçici sanır. Qərb düşüncə tərzi
isə Dünyanı daimi götürür, məzmunu diqqətdə saxlayır, ağıla hədsiz üstünlük
qazandırırlar, heç
də belə deyil. Qərbin bəzi "ağıllı"
dövlət başçıları
deyilmi dəhşətli
qırğınlar və
müharibələri törədən,
taxıl zəmilərinə
od vuranlar?
Makedoniyalı İskəndər, Napoleon Bonapart, Adolf Hitler deyildimi müharibələr, qırğınlar
törədənlər?
Şərqli dünya gözəlliyi, xeyirxahlığı, sülhsevərliyi
üstün hesab edir, "dünya fanidir" pıçıldayır,
axirət dünyasına
inandırır ki, insanlar pessimizmə qapılmasınlar, ümidlə
yaşasınlar, haqsızlığa
yol verməsinlər. Təhsilimiz uşaqlarımıza
təlqin et-məkdə
acizdir ki, dövlət və xalq qarşısında etimadı doğrultmayan məmur fəaliyyətdən
kənarlaşmalı, vəzifədən
uzaq qalmalıdır.
Vaxtilə Marqaret Tetçerin "Dövləti
idarəetmə sənəti"
kitabında aşağıdakı
iqtibası oxumuşdum:
"Vətəndaşlarda dövlətin hökmranlığı
yox, xidmət etməli olduğuna inam olmalıdır, mülkiyyət hüququna,
müstəqilliyə inam
olmalıdır".
Milli təhsilimizin mənbələri
kimi dərsliklərimizdə
"tənqidi düşüncə"
tərzi anlayışa
yasaq düşmüşdür,
- desəm yanılmaram:
bu məfhum ümumi düşüncənin
bir atributudur. Dəqiq elmlərdə konkret olub düz əyrini
kəsir, humanitar elmlərdə isə fərqlidir, belə ki, müxtəlif fikirlər söyləməkdə
siyasi qüvvələrin
sözü vacib sayılır, görünür,
bu istiqamətdir ki, siyasət qeyri-dəqiq elm sırasındadır.
Fon Bismark təsadüfi deməmişdi ki, siyasət elm deyil, incəsənətdir.
Bu gün təhsilimizdəki
(məktəbləri nəzərdə
tuturam) mühit (ab-hava) mübahisəli məsələlərə imkan
vermir ki, şagirdlər şəxsi
tənqidi fikirlərini
qələmə alsınlar,
halbuki tənqidi, məntiqi və obyektiv yazı yazmaqda düşüncə
tərzi yardımçı
olar. Bu o deməkdir bu, pedaqoji əhəmiyyətilə
yanaşı, totalitar
mentaldan demokratik əxlaqa bir tranfarmasiya yoludur, vasitəsidir. Tənqidi düşüncə
təmiz əxlaqa söykənməlidir, yəni
şagirdlər, eləcə
də tələbələr
ümumi mənada öz səhvlərini tapmaq, bu səhvi
düzəltmək yönümündə
şüuru fəallaşmalıdır.
Bu cür nailolmada
orta məktəblər
üçün hazırlanmış
fərqli dərsliklərə
böyük ehtiyac duyulur. Dərsliklər yalnız təsviri
və tarixi mətnlərin təqdimatı
üçün deyil,
şagirdlər üçün
nəzərdə tutulur,
axı. Təəssüf
ki, bir qrup
müəllimlərimizin canı
dərsliklərlə qidalanır,
balığın canı
suda olan kimi!
Düşüncə tərzinin inkişaf bünövrəsi
tam orta təhsildən
(məktəblərdən) başlayıb universitetlərdə
formalaşmaya doğru
irəliləyir. Nə gizlədək,
statistikaya görə,
bizim ən yaxşı universitetlərimiz
belə, ən müasir dünya standartlarından geri qalır.
Əxlaqi
dəyərlərlə maddi
sərvətlər bir-birini
tamamlamalıdır: əxlaq-davranış
İnsanı mənən-ruhən
zənginləşdirir, tərbiyələndirir,
bilik-savad insanın ağlını, səviyyəsini
müəyyənləşdirir, ikisi bir-birini tamamlayanda xalq "ortada" qalib rolunu seçməkdə tərəddüd etmir. Təhsilimiz insanilik, humanistlik, nəfsi tox yetişdirməyi proqnozlaşdırmaqdan,
düzgün yaşam
yolunu seçməkdən
daha çox bu insanın müqəvvasını hazırlamaqla
məşğuldur. Mütəxəssis (kadr) yetişdirmək əvəzinə qəyyumçuluğa,
himayəyə həvəsləndirilir.
Xatırlaya bilərik ki,
müqəvvadan bostanlarda,
taxıl zəmilərində,
meyvə bağlarında
sərçələri, sağsağanları,
sığırçınları qovmaqda istifadə olunurdu. O vaxtlar çox ucuz qiymətə (indi od qiymətinə
satılır) olan konserv qutuları gözətçiliyi əvəz
edirdi!
Min təəssüf ki, müəllim hazırlığında əhəmiyyətini itirməkdə olan standart meyarlara daha geniş meydan verilir: Mənim şəxsi fikrimdir: müəllim seçimində canlı praktikaya - pedaqoji təcrübəyə deyil, testlərə ümid bağ-lamaq tam doğru yanaşma sayıla bilməz. Bəlkə də başqa sənət - peşədə bu üsul özünü doğruldur, o yerdə nəzəri hazırlıq çox vacibdir, yerinə düşür, lakin müəllim - pedaqoq heç ali məktəbdə də tam yetişmir (artıq tələbələrin praktik vərdişlərə yiyələnməsi üçün "pedaqoji praktika"nın saatları kəskin şəkildə azalmaqdadır). Dahi filosof Fales (e.ə. 625-547) deyir ki, müəllim hazırlanmır, doğulur. Müəllim seçimi aparmaq üçün onu (iddiaçını) sinfə apar, ixtisas fənnindən ən azı 3 (üç) dərs saatı keçsin, təcrübəli müəllim müşahidə aparsın. Bir zəngin praktikaya malik müəllimin fikri bir düjün testin suallarına nəzəri cavab faydalıdır. Qədim misalda deyildiyi kimi ki, praktika nəzəriyyənin nəhəng daşıdır. Xatırlamağa dəyər ki, Sovet dönəmində respublikamızda İttifaq səviyyəsində görünən Məhər Quliyev, Mustafa Salamov, Zərbəli Səmədov, Aliyə Təhmasib, Həsənağa Əhmədov, Səyad Rüstəmova, Abuzər Ağayev səviyyəli fənn müəllimləri vardı, onların fərdi təcrübəsi öyrənilirdi. Bəs nə üçün 20-25 ildə bu silsilədən yeniləri yetişmir? Bəlkə var, sadəcə təcrübələri öyrənilmir?! Bunun əhəmiyyəti iki meyarla ölçülürdü: Müəllimin şəx-si təcrübəsi yayılırdı respublika səviyyəsində və müəllimə mənəvi stimul verirdi. Bu cür ənənələri dirildib yaşatmaq lazım gəlir. Güman edirəm ki, yeni nazir Emin Əmrullayev və onun komandası on illərlə özünü doğruldan bu məsələyə daha optimal tərzdə qayıdacaq...
Bu gün elə bir zərurət yaranıb ki, təhsil Şərqin emosional, Qərbin rasional düşüncə dəyərlərinə söykənməlidir.
Qayıdıram ilk fikrimə: təhsilimiz bizə, soydaşlarımıza nə vəd edir? İnsanın yaşam fəaliyyətini hansı mühit şərtləndirir: Torpaq, Dəniz və Kosmos. Bunlarsız qida yoxdur, yaşamaq da həmçinin. Deməli, biz və gələcək nəsil bu üç maddiyyatı əlində saxlamalıdır. Türk imperatorları min illər hesabına Dənizdən və Torpaqdan yetərincə faydalandılar, Şərqin və Qərbin bir hissəsinə yiyələndilər. Gənc türk Sultanı Mehmet Fateh 1452-ci ildə üç dənizin arasında yerləşən İstanbulu fəth etdi. 1920-ci ildə Mustafa Kamal Atatürk ən vacib kəlam işlətdi: "İstiqba səmadadır".
Biz bu günə çatdıq. Bəs nəyə çatmamışıq?
18.09.2020
Allahverdi
EMİNOV
Pedaqogika
üzrə fəlsəfə elmləri doktoru, dosent
525-ci qəzet.- 2020.- 24 dekabr.- S.18.