Sərkərdə ordunu
şərəfə çatdırır
Bu ilin sentyabr-noyabr
aylarında gedən
44 günlük müharibə
bir çox məsələlərə aydınlıq
bəxş etdi, köhnə mifləri dağıtdı, yeni qəhrəmanları səhnəyə
gətirdi.
Müharibə Azərbaycanın iftixar
mənbəyi sayıla
biləcək qələbəsi
ilə başa çatdı, xalq 30 il ərzində onu utanmağa məcbur edən ləkəni yoxa çıxarmağı bacardı
- işğal edilmiş
ərazilər azad olundu, Ermənistan ordusu bütünlüklə
qovulub öz mağarasında gizlənməyə
məcbur edildi.
Müharibə cəmiyyətimizdə də
ümumi atmosferi saflaşdıran ozon rolunu oynadı, bu tufan xalqın
pərakəndəliyinə son qoydu və onu
mistik bir qüvvə ilə möhkəm birləşdirdi. Ən qatı
müxalifətçilər də müharibə dövründə olmasa da, qələbədən
sonra, onu boya-başa gətirənləri
Ali Baş Komandan İlham Əliyevin şəxsində təbrik
etdilər. Xalqın
bütün seqmentləri
isə bir qədər əvvəl hansı mövqedən çıxış etdiyini
unudub, müharibədəki
zəfərə görə
ümumi şadlığa
qoşularaq, bu mürəkkəb və çətin işin başlanğıcından sonuna
qədər orduya - silahlı orkestrə bacarıqla dirijoruq edənə minnətdarlıq
hissləri ifadə etdilər.
Hər kəs həm də ölkə Prezidentinin diplomatik fəallığına,
dövlət siyasətinin
təbliğatının necə
uğurlu qurulmasına
və hücumçu
xarakterinə heyran qalmışdı. Axı müharibə dövründə
təbliğat bir qədər öz funksiyasını dəyişib,
döyüşlərin gedişinə
təsir edən vasitəyə, güclü
silaha çevrilir.
Ədalət naminə etiraf etmək lazımdır ki, Prezident İlham
Əliyev 27 sentyabrdakı
ilk cəsarətli addımından
sonra bir an da olsun geri
çəkilmədi, prinsipial
hücumçu mövqeyini
tərk etmədi, Şuşa azad ediləndə isə xalqla sevincini bölüşəndə hamı
başa düşdü
ki, müharibə artıq başa çatır.
Qələbənin tam və qəti olduğuna heç bir qüvvə xələl gətirə bilməz. Üçtərəfli
bəyanat əslində,
Azərbaycanın öz iradəsini
bütünlüklə diktə
etməsinin ifadəsi
idi.
Müharibənin hansısa ekspromt xarakter daşımasını
güman edənlər
ciddi səhvə yol verirlər. Bu, heç də Qay Yuli Sezarın
Bospor çarlığının
çarı Farnak üzərində "veni,
vidi, vici" - "gəldim, gördüm, qalib gəldim" kimi ifadə etdiyi asan qələbə
deyildi. Vaxtilə
hərbi qüdrəti
ilə seçilən,
böyük əraziləri
işğal edən düşmənə qarşı
müharibə heç
də kiçik məsələ deyildi, həm də onun açıq və gizli havadarları
da az
deyildi. Əvvəlki qısa müddətli döyüşlərin dayandırılması
təcrübəsi göstərirdi
ki, yenə də kənardan hər cür müdaxilə ola
bilər və bu, düşmənlə mübarizəni daha da çətinləşdirər.
Ona görə də Ermənistan rəhbərliyinin
arxalandığı və
müdafiə bastpionu
hesab etdiyi Alp dağları timsalındakı
müasir maneəni keçmək lazım idi. Bu vaxt məhz Ali Baş Komandan İlham Əliyevin möhkəm iradəsi öz işini gördü, o, bütün mürəkkəbliklərə
baxmayaraq, torpaqların
azad edilməsi üçün hərbi yolun yeganə vasitə olduğuna əminliyini əsas götürərək, düşmənin
həmləsi müqabilində
qoşunlarımıza hücum
əmri verdi.
Əgər bu qərar verilməsəydi, beynəlxalq
vasitəçilərin bizə
təlqin etdiyi, münaqişənin yalnız
dinc yolla həlli barədəki xalqımızın mənafeyinə
zidd olan bir ideya işğalın
hələ əlavə
onilliklər davam edməsinə səbəb
olacaqdı.
Müharibə elə də asan getmirdi, döyüşlərdə ən
yeni texnikadan istifadə olunur, əsgərlərimiz və
zabitlərimiz qəhrəmanlıq
nümunələri göstərirdilər. Uzun illər
ərzində bu döyüşlərə ciddi
hazırlıq getmişdi,
ordu müasir hərbi texnika, hücum və müdafiə sistemləri
ilə silahlandırılmışdı.
Bunun arxasında isə son onillikdə ölkəmizin
iqtisadi qüdrətinin
xeyli böyüməsi
dururdu. Deməli, müharibə sadəcə
istəyə, emosiyaya
deyil, həm də ağıla, ciddi hazırlıqlar görülməsinə əsaslanmışdı.
Xarici siyasətdə
bəzi güclərin
neytrallaşdırılması, həm də qardaş Türkiyə ilə münasibətlərin
yeni səviyyəyə
qaldırılması mühüm
rol oynadı. Əvvəlki xırda toqquşmalardan fərqli olaraq Rusiya rəhbərliyi Azərbaycanın ərazi
bütövlüyünün bərpasının haqq işi olduğu qərarına gəldiyinə
görə, müharibəyə
kiminsə tərəfində
olmaqla müdaxilə etmək istəmədi və yalnız son akkordun vurulmasında iştirakını özü
üçün vacib
hesab etdi.
Azərbaycan ordusu döyüşlərdə
yeni hərbi taktikalardan və silahlardan istifadə etdi və özünə
güvənən düşmən
üçün mühüm
problemlər yaratmağı
bacardı. Erməni generallar qəflətən
yuxudan ayılan kimi hiss etdilər ki, XIX əsrdə vuruşmaq heç də Şuşada musiqi təranələri altında rəqs etmək deyil. Yəqin buna görədir ki, erməni əsgərləri indi bəzi generalları onları döyüş meydanında qoyub qaçdıqlarına görə
ittiham edirlər.
Köçəryanın, Sarkisyanın,
Paşinyanın illər
boyu lovğalanması
erməni xalqını
fəlakətə yuvarlatdı.
Bu xalq məğlubiyyətin
səbəblərini ciddi
surətdə araşdırsa,
yəqin ki, öz siyasi və hərbi xadimlərinə, erməniləri
azərbaycanlılara qarşı
düşmənçiliyə səsləyən qatı
millətçilərinə nifrət yağdıracaq, əsgərlərinin
kütləvi qaydada cəbhədə həlak
olmasının əsl
səbəbkarları olan
həmin qatillərdən
cavab tələb edəcəklər. Həyatda diri
qalmaqdansa, ölüb
qəbirdə olsaydılar,
onlara həyat bəxş etmiş xalqa daha faydalı
xidmət göstərmiş
olardılar. Axı onlar
bu xalqı öz dinc qonşularına
qarşı düşmənçiliyə
təhrik etmişdilər.
"Külək səpsən, tufan biçərsən" zərb-məsəli
burada yerinə düşür, onlar külək qaldıranda aldanıb sevinirdilər, tufan onları haqlayanda bir-birlərini ittiham etməyə başladılar.
Müharibə iradələrin münaqişəsidir. Azərbaycanın
siyasi rəhbərliyinin
möhkəm iradəsi
Ermənistan rəhbərliyinin
bütün sahələrdəki
zəifliyini göstərdi
və onlara əyani dərs verdi. Ali Baş
Komandan İlham Əliyev hiss etdi ki, gecikmək, fürsəti əldən
vermək işğalın
nəhayətsiz uzanmasına,
xalqın mənəvi
aşağılanmasının davam etməsinə yol açacaq. Lakin bu vaxt ümid
işığı parladı
və qələbəyə
aparacaq müharibənin
başlanmasını özünün
imperativ - çox zəruri borcu odluğu fikri hakim kəsildi. Ən böyük əzablara
qatlaşmaq lazım gəlsə də, dayanmaq olmazdı. Bu həmdə zamanın
çağrışı idi. Xalq bu addımı
gözləyirdi və
uğurlu sonluq bu çətin işə başlamağın
çox düzgün
olduğunu sübut etdi. 1992-1993-cü illərin məğlubiyyətinin
kədəri yoxa çıxdı, ürəklərdə
gur sevinc hissləri meydana gəldi. Müharibə böyük itkilərə
səbəb olsa da, qələbə onların hamısını
igidliklərinin səviyyəsindən
asılı olmayaraq, şəhidlik zirvəsinə
yüksəltdi və
bu, onların valideynləri, yaxınlar üçün əlavə
təskinlik rolunu oynadı. Onlar təkcə qəbirlərdə
uyumurlar, xalqın minnətdar ürəyində
onların sakral sərdabəsini tapmaq olar.
Müharibənin sona çatması
barədə müxtəlif
rəylər, fikirlər
ola bilər.
Lakin heç kəs unutmamalıdır ki, bu sonluq Azərbaycanın
qazandığı və
təklif etdiyi şərtlər əsasında
meydana gəlmişdir.
Qələbənin yaratdığı şadlıq isə nadir bir hal xarakteri
daşıyırdı. Həmin gün hamıda bir sevinc dəlisovluğu
var idi. Allaha şükür edilirdi ki, xalqa qismət
olan bütün xoşbəxtliklər ondan
gəlmişdi.
Bu gün
Prezident İlham
Əliyevin doğum günüdür.
O, həmişə öz şəxsi
bayramını ailəsinin, yaxınlarının
iştirakı ilə keçirir. Builki onun birbaşa
özünə məxsus olan bu sevinci bütün
xalqın böyük sevinci
ilə üst-üstə düşür.
Ona ünvanlanan xoş sözlər, ürəkdən gələn
arzular, xalqın ona bəslədiyi
ehtiram Prezident üçün ən qiymətli hədiyyə
hesab edilməlidir. Ən böyük
hədiyyəni isə ona özü
və Azərbaycan Ordusu vermişdir;
bu hədiyyənin də adı tarixləri
bəzəyəcək Qələbədir. Hər bir böyük tarixi hadisənin paslanmayan metal kimi silinməz izi qalır. Bu izin cazibədarlığının
digər fərəhli
cəhəti orasındadır
ki, liderin adını bəzəyəcək
həmin parlaq nişanı o, öz əli
ilə döyüb yaratmışdır.
Müasir dəyişikliklərin
artan sürəti ilə biz
bilmirik ki, yüz ildən sonra dünya necə olacaqdır. Axı XXI əsrin
başlanğıcının ideyaları da,
insanları da bir əsr
əvvəl mövcud olmuşlardan
xeyli fərqlidir, baxmayaraq
ki, keçmişin
irsləri bütünlüklə itmir,
qeybə çəkilmir, bizə öz təsirini
göstərməkdə davam edir. Lakin zaman
ötüb keçsə də, insanlar xalqın həyatında baş verən mühüm
hadisələri unutmur, ona
daim sitayiş
qaydasında yanaşmaqda davam
edir. Azərbaycanın
qazandığı zəfər gələcəkdə də öz parlaqlığını güman ki, itirməyəcəkdir.
Çünki yeni nəsillər
üçün də Qələbə ruhu inkarnasiya edərək,
müqəddəs bir ənənə
xatirəsi kimi yenidən meydana
gələcəkdir. Çox şeylər
yaddan çıxsa da,
unudulsa da, bu il qazanılmış zəfər
daim xatırlanacaq, onun
memarı olan sərkərdə layiq olduğu uca hörmətlə yad
ediləcəkdir.
Telman
ORUCOV
525-ci qəzet.- 2020.- 24 dekabr.- S.8.