Yarım əsrə uğurla
yekun vuran "Türkologiya"
Elchinibrahimov85@mail.ru
"Türkologiya" jurnalı SSRİ Elmlər
Akademiyası və Azərbaycan SSR Elmlər Akademiyasının birgə
nəşri kimi "Sovetskaya tyurkologiya" adı ilə 1970-ci ilin aprel ayından
çıxmağa başlayıb. 1970-1987-ci illərdə
akademik Məmmədağa
Şirəliyev, 1987-1993-ci illərdə
SSRİ EA-nın müxbir
üzvü, SSRİ EA Dilçilik
İnstitutu Türk dilləri şöbəsinin
müdiri Əthəm
Tenişev jurnalın baş redaktoru olub.
SSRİ-nin süqutundan sonra Azərbaycan EA Rəyasət Heyətinin
16 yanvar 1992-ci il tarixli iclasında jurnalın gələcək fəaliyyəti
ilə bağlı qərar qəbul edilir. Qərarda deyilir: "Keçmiş
SSRİ EA ilə Azərbaycan
EA-nın müştərək
orqanı olan "Sovetskaya tyurkologiya" jurnalının adı dəyişdirilsin və
1992-ci ilin ilk nömrəsindən
etibarən jurnal "Türkologiya" adı altında buraxılsın".
Eyni zamanda, jurnalın baş redaktoru akademik Ağamusa Axundov təyin edilir (1993-2015-ci illər).
2015-ci ildə isə bir il ərzində jurnala akademik Tofiq Hacıyev baş redaktorluq edir.
"Sovetskaya tyurkologiya"
adı ilə 1992-ci ilə qədər fəaliyyət göstərən
jurnalın 149 sayında
1569 məqalə çap
olunub. Bunlardan 36-sı xarici ölkə
(ABŞ, Almaniya, Fransa,
Macarıstan, Çin,
Türkiyə, Polşa,
Bolqarıstan və
b.) alimlərinə, yerdə
qalan 1533-ü isə
SSRİ alimlərinə aiddir.
Bu illərdə Azərbaycan alimlərinin çap olunmuş məqalələrinin sayı
186-dır.
Müstəqilliyin ilk illərində "Türkologiya"
jurnalı ciddi maliyyə çətinlikləri
ilə üz-üzə
qalır. 1993-1998-ci illərdə jurnalın fəaliyyəti demək olar ki, dayanır
və 5-6 aylıq fasilələrlə nəşr
edilir. Onu demək kifayətdir
ki, 1994-cü ildə jurnalın bir nömrəsi, 1995-1996-cı illər
üçün isə
1-6 şəklində yenə
də bir nömrəsi çap olunur. Bundan sonra 1999-cu ilə
qədər jurnal öz fəaliyyətini dayandırır.
Jurnalın mütəmadi nəşr
olunmasını həyata
keçirmək məqsədilə
1999-cu ildə dövlət
vəsaiti hesabına
AMEA tərəfindən maliyyələşdirilməsinə
qərar verilir. Jurnal Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına
Dilçilik İnstitutunun
təsisçiliyi ilə
çap olunur. 1993-cü ildən 2016-cı ilə qədər jurnalda 321 məqalə işıq üzü görür.
Nəhayət, Azərbaycan Milli
Elmlər Akademiyası
Rəyasət Heyətinin
17 fevral 2016-cı il tarixli qərarına əsasən
Akademiyanın Rəyasət
Heyəti jurnalın təsisçisi kimi müəyyən edilir. Jurnalın baş redaktoru akademik Kamal Abdullayev, baş redaktorun müavinləri akademik Möhsün Nağısoylu
və akademik Muxtar İmanov, məsul katib isə dosent Elçin İbrahimov təyin olunur. Hazırda jurnal mütəmadi şəkildə ildə dörd say olmaqla (mart, iyun, sentyabr, dekabr) Azərbaycan, türk, rus və ingilis dillərində məqalələr
verilməklə çap
edilir.
Bu gün jurnal əcnəbi alimlərin xüsusi diqqət mərkəzindədir. Xüsusilə,
son 5 il ərzində
(2015-2020-ci illər) jurnalın
20 sayında
Türkiyənin, Rusiyanın,
ABŞ-ın, Almaniyanın,
Fransanın, Macarıstanın,
Polşanın, Çexiyanın,
Orta Asiya respublikalarının, Cənubi
Koreyanın, Yaponiyanın,
Misirin, İranın, Monqolustanın, Əfqanıstanın
və təbii ki, Azərbaycanın tanınmış alimlərinin
məqalələri çap
olunub (Cəmi 192 məqalə). Bunlardan 72-si Türkiyə türkcəsində, 51-i Azərbaycan
dilində, 42-si rus dilində, 27-si isə ingilis dilində yayımlanıb.
Jurnalın Türkoloji irs,
Mədəniyyət və
incəsənət, Klassik
irs - Portretlər, Müzakirə və diskussiya, Dilçilik, Türkoloji mərkəzlər,
Fəlsəfə və
tarix, Redaksiyaya məktub, Ədəbiyyat və folklor, İqtisadiyyat, Elmi həyat-xronika, Mifologiya, Resenziyalar, Yazılı abidələr, Personalia, Tarix və etnoqrafiya,
Nekroloqlar kimi daimi rubrikaları var.
Bunlardan
əlavə, jurnalın
Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi
haqqında Azərbaycan
Respublikası Prezidentinin
Sərəncamı ilə
bağlı "Türkoloji
Qurultay - 90", "Kitabi-Dədə
Qorqud"un alman dilində ilk tərcüməsi
və nəşrinin
200 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
ilə bağlı
"Henrix Fridrix Fon Dits və
Kitabi-Dədə Qorqud
- 200", Ümummilli lider
Heydər Əliyevin
95 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev -
95", Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illik
yubileyi haqqında Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
ilə bağlı
"Azərbaycan Xalq Cümhuriyyəti - 100" kimi
xüsusi rubrikaları
işıq üzü
görüb.
Jurnalın yeni istiqamətlərindən
biri də oxucuya dünyadakı türkoloji mərkəzlər
barədə məlumat
verməkdir. Məqsəd ondan ibarətdir
ki, bir-birindən çox zaman əlaqəsiz şəkildə
fəaliyyət göstərən
bu mərkəzlər
jurnal vasitəsilə
müəyyən dərəcədə
öz aralarında əlaqələr qura bilsinlər, bir-birindən
xəbərdar olsunlar.
Jurnalın göndərildiyi xarici
universitet, elmi mərkəz və təşkilatlar sırasında
Türk Dil Qurumu, Rusiya Elmlər Akademiyası Dilçilik İnstitutu,
ABŞ Harvard Universiteti, Türk
Dünyası Araşdırmları
İnstitutu, Beynəlxalq
TÜRKSOY təşkilatı, Qazaxıstan Beynəlxalq Türkologiya Akademiyası,
Türk Dünyası
Araşdırmalar Fondu,
Macarıstan Georq Xazai Milli Kitabxanası,
ABŞ-ın Miçiqan,
Kaliforniya, İllinoys,
Kolumbiya, Yale universitetlərinin
kitabxanaları, Almaniyanın
Bavariya Elmlər Akademiyasının, Berlin-Brandenburq
Elmlər Akademiyasının,
Martin-Luter Universitetinin
əsas kitabxanaları,
Fransa Milli Kitabxanası, Polşa Şərqşünaslıq İnstitutu
Kitabxanası, Rusiya Dövlət Kitabxanası
və Sankt-Peterburq Mərkəzi Kitabxanası,
eləcə də digərləri vardır.
Son 5 il ərzində
Beynəlxalq elmi mərkəzlərlə əlaqələrini
daha da gücləndirən
"Türkologiya" jurnalı
dünyanın bir sıra nüfuzlu beynəlxalq biblioqrafik indekslərinə düşmüş
və impakt faktorlu nəşrlər arasına daxil olub. Artıq dünya türkologiyasında
nüfuzlu elmi jurnala çevrilən
"Türkologiya" jurnalı
2017-ci ildə MLA (Modern Language Association, Nyu-York / ABŞ), SAJI (Scholar Article Journal Index,
Amsterdam / Hollandiya), SIS (Scientific Indexing
Services, Texas / ABŞ), TEI (Turkish Education İndex,
Ankara / Türkiyə), SOBIAD (Sosyal Bilimler Atıf Dizini, Elazığ / Türkiyə),
2018-ci ildə COSMOS (Berlin / Almaniya) və nəhayət, 2019-cu ildə
EBSCO (ABŞ), 2020-ci ildə isə İNDEX COPERNICUS (Polşa)
beynəlxalq indeksləşdirmə
sistemlərinin bazasına
daxil edilib.
"Türkologiya" jurnalı öz nəzdində türkoloji
seminarlar təşkil
edir. Bu seminarlarda müxtəlif elm sahələrinin
nümayəndələrini maraqlandıran elmi-praktik problemlər ölkəmizdə
və dünyada aparılan türkoloji tədqiqatların işığında
müzakirə edilir.
Seminar bu gün
də fəaliyyətini
davam etdirir. Azərbaycanın müxtəlif
universitetlərinin "Sabah" qruplarında təhsil alan tələbələr,
gənc türkoloqlar və tədqiqatçılar
seminarın üzvüdür.
Jurnal
ilk dəfə PİAC-ın
59-cu Konfrasında akademik
Kamal Abdullayev və dosent Elçin İbrahimovun
"Sovetskaya tyurkologiya"dan
"Türkologiya"ya qədər
həmmüəllif məruzəsi
ilə PİAC (Permanent İnternational
Altaistic Conference - Beynəlxalq
Davamlı Altayşünaslıq
Konfransı) üzvlərinə
təqdim edilib (26
iyun-1 iyul 2016 Ərdahan
/ Türkiyə).
Jurnalın xaricdə ilk seminarı Qazi Universitetində baş tutub. Seminar professor Əhməd Bican Ərcilasunun rəhbərliyi
və jurnalın məsul katibi Elçin İbrahimovun iştirakı ilə keçirilib (9 fevral
2017-ci il, Ankara / Türkiyə). Daha sonralar Özbəkistanda,
Tatarıstanda, Qazaxıstanda
da bu tipli
tədbirlər təşkil
olunub.
Jurnal bu
gün də türk
dünyası ilə, türkoloji mərkəzlərlə
əməkdaşlığını davam
etdirir. "Türkologiya"
jurnalı vaxtilə SSRİ məkanında, eləcə də
beynəlxalq aləmdə nüfuzlu elmi orqan olan
"Sovetskaya tyurkologiya"nın elmi və mədəni ənənələrini
davam etdirməklə yanaşı, qloballaşma dövrünün
tələblərinə uyğun fəaliyyətini
də təşkil edir. "Türkologiya" jurnalı türkologiyanı
təkcə türkoloqlar üçün
deyil, bütün elm sahələrinin nümayəndələri
üçün maraqlı və
oxunaqlı etməyi qarşısına məqsəd qoyub.
Elçin
İBRAHİMOV
Azərbaycan
Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik
İnstitutu Türk dilləri şöbəsinin müdiri
525-ci qəzet.- 2020.- 30 dekabr.- S.18.