Ali Baş
Komandanımız
Şeir
Tarixə
yazdı adını,
Duyduq zəfərin
dadını.
Uca tutdu öz Andını
Ali Baş Komandanımız
Yaşasın Azərbaycanımız.
Verdiyi sözləri tutdu,
Göz yaşımızı qurutdu,
Yaslı
qəlbləri ovutdu
Ali Baş Komandanımız!
Yaşa,
Azərbaycanımız!
Xalqı
ona hər an dəstək,
Güldü milyonlarla ürək.
Arzuları etdi gerçək
Ali Baş Komandanımız!
Yaşa,
Azərbaycanımız!
Yağıları saldı oda,
Cahana düşdü bu səda,
Şüar dedi, qoydu nida
Ali Baş Komandanımız!
Yaşa,
Azərbaycanımız!
Azad edib Qarabağı
Ucaltdı şanlı Bayrağı!
Yaratdı bu xoş növrağı
Ali Baş Komandanımız!
Yaşa,
Azərbaycanımız!
İşi haqdır, əməli
nur,
Xalqına bəxş edir uğur.
Ordusuyla
duyur qürur
Ali Baş Komandanımız!
Yaşa,
Azərbaycanımız.
Həm sərkərdə, həm
diplomat,
Düşmənləri eylədi mat.
Deyir:
"Vətən olsun
abad" -
Ali Baş Komandanımız!
Yaşa, Azərbaycanımız!
Ülvi AYDIN
BDU-nun doktorantı
525-ci qəzet.- 2020.- 25 dekabr.- S.16.