Bizim qəhrəmanımız
Şagirdlərdən
Prezidentə məktub
Cənab
Ali Baş Komandan, biz
- Səbail rayonu, T.İsmayılov adına
6 saylı məktəb-liseyin
8 "b" və 6 "c" sinif şagirdləri Fatimə Müşfiq qızı Bayramova, Kənan Tərlan oğlu Xankişiyev ilk olaraq Sizə Vətənimizin hər qarışını bizə
qaytardığınız üçün
təşəkkür edirik.
Bu haqq savaşını
bizim yaşıdlarımıza
saxlamadan Azərbaycan bayrağını Qarabağda
dalğalandırdığınız üçün var olun!
Sizin Ali Baş
Komandanlığınızla 10 dekabr Zəfər paradı Vətən müharibəsində qazandığımız
tarixi qələbənin
dünyaya bəyan edildiyi gün kimi tarixə keçdi. Dünyanın öz gözünü
və qulaqlarını
diqqətlə Azərbaycana
yönəltdiyi, Azadlıq
meydanında atılan
hər addımın,
deyilən hər sözün böyük həyəcan və maraqla izləndiyi an. Bakıda təşkil olunan parad dünyaya
bir sıra mesajların verilməsi ilə yaddaşlara keçdi.
Zəfər paradı qalib Ordu, qalib Xalq,
qalib Prezident birliyinin simvoluna çevrildi. Paradda bizim diqqətimizi çəkən ən mühüm məqam bütün
rakurslardan görünən
dəmir yumruğun şəkli idi. Bu, məhz Sizin
- Prezident, Ali Baş Komandanın yumruğunun əksi idi. Bu həmin yumruqdur
ki, Ermənistan ordusunun başını əzdi, belini qırdı və diz çökdürdü.
Məhz bu yumruq düşməni
Azərbaycan torpaqlarından
"iti qovan kimi" qovdu. Məhz bu yumruğu görən düşmən
döyüş meydanında
bütün hərbi texnikasını qoyaraq qaçdı. Sonda ağ bayraq
qaldıraraq təslim
oldu.
Prezident
İlham Əliyev:
"Azərbaycan 44 gün
ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub
etdi, işğala son qoydu. Bu 44 günün
hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan
Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər,
kəndlər, qəsəbələr,
yüksəkliklər azad
edilirdi. Azərbaycan əsgəri,
Azərbaycan zabiti bir amalla vuruşurdu
ki, bu işğala
son qoyulsun, bu haqsızlığa son qoyulsun,
ədalət zəfər
çalsın, tarixi ədalət zəfər çalsın və buna nail olduq". Sizin paradda söylədiyiniz bu sözləriniz daima biz uşaqların beynində, dilində, ürəyində səslənəcək.
Bizə və bizim yaşıdlarımıza görə,
Siz dünya liderləri sırasında
ən birinci lidersiniz! Sizi ata kimi, baba kimi sevməmək
mümkün deyil.
Sizə möhkəm cansağlığı,
uzun ömür arzu edirik. Dəmir yumruğunuz hər zaman düşmənin başının
üstündə olsun!
Qarabağ Azərbaycandır
və nida işarəsi!
Təhsil aldığımız məktəb-liseydə
müəllimlərimiz mütəmadi
olaraq Sizin uğurlu siyasətinizdən,
vətənpərvərliyinizdən biz şagirdlərə örnəklər
göstərərək bəhs
edirlər. Məşhur bir deyimdə vurğulandığı kimi:
"Qəhrəmanlıq yeganə
insani hərəkətdir
ki, onu məşq
etmək mümkün
deyil".
Cənab
Ali Baş Komandan! Siz bizim
QƏHRƏMANIMIZSINIZ!
T.İsmayılov adına 6 saylı məktəb-liseyin
8 "b" və 6 "c"sinif şagirdləri - Fatimə Bayramova və Kənan Xankişiyev
525-ci qəzet.- 2020.- 25 dekabr.- S.6.