"Kardeş
kalemler"in yeni buraxılışında...
Avrasiya Yazarlar Birliyinin (AYB) aylıq mətbu orqanı olan "Kardeş kalemler" dərgisinin bu ilə olan
ilk buraxılışı bir-birindən maraqlı yazılarla oxuculara təqdim edilib.
Dərginin ilk nümunələri şeirlərdir. Belə ki,
oxucular ilk səhifələrdə
Türkiyədən Mehmet
Əli Kalkan, Türkmənistandan Gurbannazar
Əzizovun (tərcümə
Hüdayi Can) şeirlərini
oxuyacaqlar.
Gürcüstandan Şurəddin Məmmədli
şair Rafiq Hümmətdən söz
açıb. Onun məqaləsini R.Hümmətin
şeirləri izləyir.
Türkiyəyə aid bölmə AYB-nin başqanı Yaqub Öməroğlunun "2020 Tonyukuk ili" məqaləsi ilə açılır. Bölmənin digər yazısı İlkər Tosuna aiddir. O, bu sayda "Tuvaya getmək" adlı səfər qeydlərinin birinci yazısını təqdim edib. Daha sonra Nərmin A.Taşər Avrasiya Birliyindən söz açıb. Oğuzxan Yetişti "Ömrünü Kipr araşdırmalarına həsr edən bir ad: Harid Fədai" məqaləsi ilə bu bölmədədir.
Dərginin
Özbəkistana aid bölməsində Hurşit Devranın
"Nəvainin arzusu" (tərcümə Cansu Dəlibalta
Gürbulaq), Coza Fazilin "Atbazar Həbsxanası (tərcümə
Şirmurad Subhan) hekayələri yer alıb.
Azərbaycanla
bağlı bölmədə Hidayət Orucovun "Qoz
ağacı" hekayəsi yer alıb. Hekayəni
Türkiyə türkcəsinə Seyfəddin Altaylı çevirib. Bölmədəki digər hekayə
mərhum yazıçı Sabir Azəriyə
aiddir. Onun "İntiqam" hekayəsini Aynur
Qəhrəman tərcümə edib.
Şamil
Sadıqov (Şair a-Mil) "Əkizlər" hekayəsi (tərcümə
Əli Qaratut) ilə Qazaxıstandan, Rəhmi Əli
"Tarlada yalnız bir qadın hekayəsi ilə Qərbi
Trakyadan dərgiyə qatılıblar.
"Kardeş
kalemler"in bu sayında uyğuları Zunun Qədiri
"Sakir ailə hekayəsi ilə təmsil edir. Hekayəni
Türkiyə türkcəsinə Ümid Şahin çevirib
Dərgi ənənəvi olaraq "Xəbər" rubrikasıyla tamamlanır. Bu rubrikada Türk dünyasındakı ən son mədəniyyət və ədəbiyyat xəbərləri yer alıb.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2020.- 1 fevral.- S.24.