Ədəbiyyat İnstitutunda
"Səbəbi sənsən"in müzakirəsi keçirildi
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun Müstəqillik
dövrü Azərbaycan
ədəbiyyatı şöbəsinin
gözəl bir ənənəsi var.
Hər həftənin
ikinci günü çağdaş dövr
ədəbi nümunələrindən
birinin müzakirəsi
keçirilir. İlk dəfə olaraq
həmin müzakirədə
mən də iştirak etdim. Növbəti müzakirə üçün
Rəşad Məcidin
"Səbəbi sənsən"
adlı şeirlər
kitabı seçilmişdi.
Müzakirədə AMEA-nın
müxbir üzvü,
şöbənin müdiri
Tehran Əlişanoğlu, filologiya
elmləri doktoru Rahid Ulusel, filologiya
elmləri doktoru Mərziyyə Nəcəfova,
yazıçı, böyük
elmi işçi Mənzər Niyarlı, kiçik elmi işçi Hənifə
Səlifova, magistrant Səbirə Müzəffər və şöbənin digər
əməkdaşları iştirak
edirdilər.
İlk olaraq Tehran Əlişanoğlu
müzakirənin formatını
xatırlatdı: "Bugünkü
toplantımız da şöbəmizin daimi müzakirələrindəndir. Niyyətimiz şöbə ilə bir yerdə ədəbi prosesi izləməkdir. Müzakirələrimiz eyni qaydada başlayır,
oxucu təəssüratından
ədəbiyyatçı yanaşmasına
qədər. Hər birimiz
ilk növbədə oxucu
kimi təəssüratımızı
bölüşürük. Sonra həmin təəssürat
ətrafında bir ədəbiyyatçı kimi
düşünməyə başlayırıq. Nəticədə
kitab bizə nə verdi,
kitabın obrazı, kitab ətrafında müəllifin obrazı, kitabın ədəbiyyatımızda
tutduğu yer şöbənin imkanları
daxilində müzakirə
olunur. Bu dəfə
müzakirəmiz Rəşad
Məcidin "Səbəbi
sənsən" kitabı
ətrafında olacaq.
Biz kitabları müzakirə edirik, ayrı-ayrı müəllifləri
yox. Bu proses
2016-cı ildən iki
cildlik "Müstəqillik
dövrü Azərbaycan
ədəbiyyatı"nın
çapından sonra daha geniş vüsət alıb. Müzakirənin baş tutması
üçün ən
azı 5 nəfər kitabı oxumalıdır və bu, şöbənin
məcburi işi deyil, könüllülük
əsasında təşkil
olunur. Oxucu təəssüratını bölüşmək üçün
Mənzər xanımı
dinləyək".
Tehran müəllimin giriş sözündən sonra yazıçı, böyük
elmi işçi Mənzər Niyarlı kitab haqqında təəssüratlarını belə ifadə etdi: "Rəşad müəllimi mən bu qədər kövrək bilməzdim. Görünüşü ilə ürəyində
sanki bir təzad var. Çox səmimi yazılan şeirlərdir. Qəhrəmanın çoxlu iztirablarını
görürük burada.
Bu kitaba qədər şair Rəşad Məcidlə tanış
deyildim. Bu şeirlərdə
onun ürəyinin saflığını, qəlbinin
kövrəkliyini eyni
zamanda, böyük sevgisini gördüm.
"Qələmsiz yazılanlar"ı
oxuyanda esselərində
də qəribə nostaliji hisslərlə qarşılaşdım..."
Təəssüratlarını bölüşmək Mərziyyə
Nəcəfovanın növbəsi
idi. O, bir az
ötən illəri yada salaraq sözə
başladı: "Rəşad
Məcidi 1997-ci ildən
tanıyıram. Qarabağla bağlı
yazılarımla onun yanına getmişəm.
Onun vətənpərvərlik
hissi son dərəcə
güclü olduğuna
görə həmin yazılarımı həssaslıqla
yayımlayırdı... Rəşad müəllimin
şeir yaradıcılığından
xəbərim vardı.
Bu kitab vasitəsilə
daha yaxından tanış oldum. Şeirlərində həsrət, ağrı,
yuxusuz gecələr gördüm. Kitabın adı
da bu baxımdan
olduqca mənalıdır
- "Səbəbi sənsən".
Tehran müəllim onları
dinlədikdən sonra
əlavə etdi ki, mənim də bu kitab
haqqında qənaətlərim
var. Məndə təəssürat
belə oldu ki, bunlar ömür
boyu yazılmış
şeirlərdir. Bu sevgi
şeirlərində müxtəlif
yaş dərəcələrini
gördüm.
Növbəti çıxışçı - şöbənin kiçik
elmi işçisi Hənifə Səlifova etiraf etdi ki,
Rəşad Məcidin
yaradıcılığı ilə bu kitab
vasitəsilə tanış olub:
"Kitabda ifadə-üslub
cəhətdən kamil,
dərin mənalı
şeirlər var. Daha
çox ənənəvi
şeir üslubu üstünlük təşkil
edir. On birlik,
səkkizlik, on dördlük
şeir formalarından
istifadə edilib.
Bədii
ifadə vasitələrindən
yetərincə istifadə
olunub. Maraqlı təzad və
bənzətmələr diqqətimi
çəkdi".
Tehran Əlişanoğlu bu məqamda dedi ki, təəssüratları
dinlədik, indi şeirlərin müzakirəsinə
keçək. Öncə
Mərziyyə Nəcəfova
nümunələr əsasında
qənaətlərini bölüşdü:
"Rəşad Məcidin
şeirlərində güclü
yumor hissi duyulur. "Əvvəl"
şeirində sevginin
təsvirini görürük".
Şeiri bütöv oxuyandan sonra bir bəndini xüsusilə vurğuladı:
Tez-tələsik yazacaqsan:
"Planlarım dəyişib...
Bəlkə, sabaha keçirək,
Birigünkü görüşü".
O, fikirlərini bu cür ümumiləşdirməyə
çalışdı: "Mən bu şeirdə
o dəli sevgini görə bildim. Sevgidən əzab çəksə də, ondan xilas ola bilməyən obraz görünür".
Bu arada Tehran müəllim
müdaxilə etdi ki, mən Rəşad
Məcidin qəhrəmanında
"dərd gözəldir"
deyimi hiss etmədim, əksinə, əzablardan
qurtulmaq istəyi güclüdür. Bu dəfə Mənzər xanım
"İstedadlı mələk"
şeirini oxuyaraq öz mülahizələrini
irəli sürdü:
Beləsi
çətin tapıla!
Təksən!
Təpədən dırnağa
Yalanla, riyayla
Yoğrulmuş
İstedadlı mələksən!
Burada qadına
yönəlmiş sərt,
qınaq var, ittiham var. Başqa bir şeirində isə o qədər səmimidir ki, saf bir aşiq
obrazı görürük. Mənzər
Niyarlı "Üzünə
qurban" şeirini oxuyub son bəndini xüsusilə vurğuladı:
Gah müdriksən, gah uşaqsan,
Həm günahkar,
həm də haqsan.
Ayrılmaram hardan baxsam,
Qurban, hər üzünə qurban!
Və sözlərinə belə
davam etdi: "Ümumiyyətlə, şair
qəhrəmanı necə
var, elə təsvir edir, aşiq özünü aldatmır. Onun sevgi fəlsəfəsi
güclüdür, o, həmin
obrazı bizim gözümüzün qarşısında
canlandırmağı bacarır.
Qulu Ağsəsdən
belə bir sitat gətirir: "Mən heç çürük dişimi
çəkdirmirəm, Səni
hara atıram?" və həmin ovqatda "Atmaram səni" şeirini təqdim edir.
Yenə
zülm etsən də,
Yox olub getsən də,
Sən atıb getsən də,
Atmaram səni!"
Tehran müəllim belə bir sual ortaya
qoyur: "Rəşad
Məcid bilavasitə lirik qəhrəmanı duyğuları, hissləri,
düşüncələri, iztirabları iləmi verir və yaxud
sevgi obyektinin böyüklüyü iləmi?
Bu aşiqi hərəkətə
gətirən nədir?
Qadın,
məşuq obrazına
diqqəti yönəltmək
istəyirəm. Yəni şeytanmısan,
mələkmisən. Bu
sual bir çox şeirlərindən
keçir".
İlk münasibət Mərziyyə
xanımdan gəlir:
"Mən məşuq
üçün darıxan,
onun gəlməsini gözləyən obraz izlədim. "Bu yarıqaranlıq, bu kiçik otaq, Necə işıqlandı
birdən, ilahi" misralarından belə qənaətə qəlmək
olur".
Hənifə Səlifova isə
fikirlərini belə ifadə edir: "Rəşad Məcidin poeziyasında ənənəvi
sevgi şeirlərinin
müasir ruhda ifadəsi özünü
göstərir. Aşıq və
heca şeirinin formasında yazılanlar daha çoxdur. Bu kitabda sərbəst
şeirlər azdır".
Söhbətə
qoşulan Rahid Ulusel məsələyə
daha fərqli mövqedən yanaşır:
"Rəşad Məcidin
sevgi şeirlərində
həyat var, ürək döyünür.
Poetik baxımıdan maraqlı şeirlərdir. Ancaq günümüzün
problemləri görünmür".
Müzakirənin bu yerində
Tehran müəllim "Uzağı
bir ay" şeirini misal gətirərək kitabda fərqli mövzulara, ictimai motivlərə də yer ayrıldığını
xatırlatdı:
Unuda bilmirəm: uşaqkən qumdan
Qurduğum qalanı sular apardı.
O itki heç zaman çıxmır yadımdan -
Çığırdım, qışqırdım, şivən
qopardım.
Mənim
çox qalama o vaxtdan bəri
İldırım şaxıyıb, dolu tökülüb.
Doğma
şəhərlərim viranə
qalıb,
Uşaqlıq evlərim daş-daş sökülüb.
İndi
nə sarsılıb,
nə də yanaram
Taleyin bu yeni, sərt sınağına.
Uzağı bircə ay qubarlanaram
Qurduğum qalanın uçulmağına.
"Bu şeirdə Rahid
müəllimin suallarının
cavabını görmək
olur, amma bütövlükdə kitabda
bu fəlsəfə varmı? Bəlkə, doğrudan da,
Azərbaycan insanı
bu otuz ildə
o qədər müsibətlər
gördü ki, onun üçün hər şey adiləşdi".
Hənifə xanım söhbətə
qoşularaq onu daha çox "Mələyim... İblisim..." şeirinin cəlb etdiyini bildiridi. "Gah qatil olursan,
gah da ki
qurban" kimi misralarından da görünür ki, müəllifdə bədii
təzadlardan istifadəyə
meyl çoxdur. "Sənsən" şeiri də orijinaldır".
Tehran müəllim müzakirəyə
bu cür yekun vurdu: "Bir savab iş
gördük ki, Rəşad Məcidin oxucularının sayını
daha da artırdıq.
Onun lirik qəhrəmanına bir maraq oyatdıq.
Bu kitabda həyatla,
sevgi ilə yaşayan bir aşiq obrazı var. Bir oxucu kimi
də, bir ədəbiyyatçı kimi
də bu kitab haqqında fikirlərimizi bölüşdük.
Rəşad Məcidə yeni
yaradıcılıq uğurları, müzakirələrimizə
isə davam arzulayıram".
Gülnar SƏMA
525-ci qəzet.- 2020.- 1 fevral.- S.19.