Qələmsiz yazılanlar - Rəşad Məcidin status-esseləri

 

 

***

10 fevralda ən çox hansı həkimlərə tələbat yaranacaq?! :)

 

***

Seçki Feysbukun hörmətini artırdı.

 

***

"Virusdan qorunmaq üçün ölkədə kifayət qədər maska var".

Başlığın ikinci hissəsi diqqətimi çəkdi :)

 

***

 

Bu qədər çal-çağır olar?!

Belə unutqanlıq olar,

Bu qədər bədyanlıq olar?!

Torpaqlar al qan içində,

Ekran toy-bayram içində.

Analar ah-vay içində,

Efirsə bay-bay içində.

... Necə yaşayıb-ölürük,

Qarabağ xar olan yerdə?!

Necə deyirik-gülürük,

Şuşada sar olan yerdə?!

 

Qaradağ rayon Mədəniyyət evində mərhum Xalq şairi Cabir Novruzun xatirəsinə həsr olunmuş ədəbi-bədii tədbir keçirildi. Çıxış etdim, şairin yaradıcılığından danışdım. Şairin bu misralarını isə Feysbukda paylaşmağa saxladım.

 

***

Etirazın əndrəbadi formaları var.

 

***

TV- verilişə çağırıblar. Qapıda soruşurlar:

- Musiqiçisiz, əmi?!

Deyirəm, təəssüf ki, yox. Bəxtim gətirməyib. :)

 

***

 

Heç kim ətrafı görmür. Hamının gözü telefondadır.

 

***

Bütün gəncləri təbrik edirəm! Heç vaxt gənclərə özünü reallaşdırmaq üçün indiki kimi geniş meydan verilməyib, imkan yaradılmayıb. Bəhrələnin! Yerinizə olaydım, kreativ hoqqalar çıxarardım!.. :)

 

***

İmkanlı namizədlər kasıb alternativlərinə maliyyə dəstəyi göstərməlidirlər ki, onlar da normal təbliğat apara bilsinlər. Yoxsa birində söz, birində pul! Balans pozulur...

 

***

Rauf Arifoğlu 30 ildən çoxdur siyasətlə məşğuldur. Dinamikdir, daim hərəkətdə, axtarışdadır. Dayanmadan-durmadan, ən çətin şəraitdə belə "Yeni Müsavat" qəzetini ayaqda tutmağa çalışıb, gündəmdə saxlamağa nail olub.

İndi millət vəkili olmaq istəyindədir. Yaddaqalan, kreativ klassik təbliğat kampaniyası qurub. Şövqlüdür, əzmlidir, inadkardır. Bəlkə elə buna görədir ki, bəziləri ona qarşı öz qərəz həsədini gizlədə bilmirlər. Bu da açıq hiss olunur.

Mən Raufun uğrunda inadla çalışdığı bu məqsədinə çatmasını - millət vəkili olmasını arzulayıram. Onun buna haqqı çatır.

 

***

Gerçəkləri şişirdib sonra özünün buna inanmağın xəstəlik əlamətidir. Getdikcə reallıq hissi itir, illüziyalara qapılırsan.

 

***

Bu kanal həmişə fillərdən film göstərir?! :)

 

***

Mirzə Xəzər əfsanələrdən biri idi. Onun səsi yaddaşımıza ən çox 20 yanvarın ağrı-acılarıyla həkk olunub. Həmin köməksiz günlərdə o səs bir ümid işartısı, söykənəcək idi. Bir epoxanın tarixə çevrilməsini yada salır belə əfsanələrin vəfatı.

Allah rəhmət eləsin!

 

***

Kütlə çaşdırır bəzi namizədləri... Kütlədə səmimiyyət olmur. Onun sevgisi aldadıcıdır!

50-60 adamın marağını, diqqət kəsildiyini görmək, 3-5 seçicidən xoş söz eşitmək eyforik ovqat, özünəvurğunluq yaradır. Sonrası... Sonrası da ki... Dərin depressiya!

Təmkini qorumaq, soyuqqanlı, sakit yanaşmaq hamıya müyəssər olmur.

 

***

Hərə qabağına bir kamera qoyub ağlına gələni danışır. :)

 

***

Seçkidə rəqabət intriqa, hətta yüngül dava-dalaş, azca koloritli söyüş məqbuldur! Yoxsa ta seçkinin gözəlliyi?! :)

 

***

Ən yeni simpatik namizəd Nigar xanım Arpadarai oldu. Bizim ailədən 7 səs alacaq. Təbriklər uğurlar!

 

***

Denis Peredelin Moskvada yaşayır. İş adamıdır. 30 ildən çoxdur, Xalq yazıçısı Anarın oxucusudur. Bu gün ilk dəfə görüşdülər. Avtoqraflı kitablar əldə etdi. Yaponiya ilə sıx əlaqələri var. Təəssüflə bildirdi ki, Yaponiyada Anarın əsərləri çox çap olunmayıb. bunun üçün çalışacağına söz verdi.

 

***

Elif Şəfəqin Nobel mükafatı alacağı şəksizdir!..

Bunu "Baba piç"i oxuyandan sonra yazmışdım. "Aşk"ı, "İskəndər"i oxuyandan sonra da eyni qənaətdə oldum. İndi isə son romanı - "On dəqiqə otuz səkkiz saniyə"ni bitirdim həmin əminlik məni yenə tərk etmədi. Yəqin Nobel alan birinci türk qadın-yazar olacaq.

 

***

Tofiq Bayramın məşhur "Ay gecikən məhəbbətim" şeiri kimə yazılıb?!

Bu günlərdə Səyyarə Səyyafın qonağı olduğum "Könül dünyamız" verilişində mərhum şairimiz Tofiq Bayramdan danışırdıq. Qonaqlar şairin bacısı Svetlana xanım, professor Qəzənfər Paşayev mən idik. Söhbət əsnasında onun "Ay gecikən məhəbbətim" şeirindən söz düşdü. Bu şeirə Azərbaycanda mahnılar yazılıb. Svetlana xanım isə dedi ki, Türkiyədə şeirə 17 fərqli musiqi bəstələnib. Bu, Azərbaycanda da çox məşhur şeirdir. Orda şeirin kimə yazılması məsələsi açıldı. Svetlana xanım dedi ki, Tofiq Bayramın ölümündən sonra bir qadın gətirib ona şairin əlyazmasını verib deyib ki, bu şeir Tofiq Bayramın mənə yadigarı, əmanətidir, mən onu sizə verirəm. Xanımın adı Tamilla olub. Svetlana xanımın dediyinə görə, o, çox gözəl, zərif qadın, savadlı alim imiş.

Mən elə veriliş vaxtı Tofiq Bayramın kitabını vərəqlədim. Gördüm həmin şeir 12 may 1971-ci ildə yazılıb. Hətta şeir iki versiyadan ibarətdir. Birinci versiya şairin xanıma əlyazmasında yazdığı versiyadır ki, həcmcə bir az uzundur. İkinci versiya isə çap versiyasıdır. Burada şair, görünür, redaktələr edib, bəndləri azaldıb.

Mənə çox maraqlı gəldi, sevərək oxuduğumuz, dinlədiyimiz şeirin kimə yazıldığı üstündən təxminən 50 il keçəndən sonra qismən olsa bilindi. Verilişdə dedim ki, bu, jurnalistlər üçün çox gözəl mövzudur - burada şeirin ünvanı təxminən bəlli olur, qalanı isə jurnalistlərin araşdırmasına qalıb.

 

***

Qarı da MSK yağdırıb!? :)

 

***

Seçki günü namizəd toy günündə bəy kimidir - çox üzdə olması, görünməsi, fəallığı yaxşı qarşılanmır, mentalitetimizə ziddir. :)

 

***

MSK efirə çıxası olmadı?!

 

***

Daha maraqlı məqbul nəticələr ola bilərdi. Amma keçənə güzəşt deyərlər! Lider namizədlərə uğurlar!

 

***

Akademiyanın müxbir üzvü Rafiq Əliyevin "Su kimi sakit güclü" kitabının təqdimatında olduq. Tədbiri professor Qulu Məhərrəmli şövqlə aparırdı. Xalq şairi Ramiz Rövşən gənc yazar Elmin Nuri maraqlı çıxışlar etdilər.

 

***

Damlarda azacıq qar - vidalaşan qışın yellənən bəyaz yaylığı kimi... Qarın və qışın imitasiyası...

 

Rəşad MƏCİD

Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi,

"525-ci qəzet"in baş redaktoru

 

525-ci qəzet.- 2020.- 12 fevral.- S.11.