Ağaxan Abdullayev İncəsənət Məktəbində anılıb    

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Fikrət Əmirov adına 6 nömrəli onbirillik İncəsənət Məktəbində ustad xanəndə mərhum Ağaxan Abdullayevin 70 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

İdarədən AZƏRTAC-a bildirilib ki, yubiley gecəsində Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcov başqaları görkəmli sənətkarın ifaçılıq məharətindən, muğamların təbliği, tanıdılması inkişafı naminə gördüyü fədakar işlərdən danışıblar.

Bildirilib ki, Ağaxan Abdullayev Azərbaycan muğam ifaçıları arasında öz yeri, öz dəstxəti olan sənətkarlardandır. O, milli musiqi ifaçılığında özünəməxsus bir yol açıb.

A.Abdullayevin klassik xanəndələrin yaradıcılıq ənənələrinə əsaslanan sənət yolu milli musiqimizdə bir yenilik idi. Bu yenilik muğam, xanəndəlik sənətinə münasibətdə, mahnı ifaçılığında özünü qabarıq şəkildə göstərirdi.

Qeyd edilib ki, 1950-ci ildə Bakıda dünyaya göz açan sənətkar A.Zeynallı adına Musiqi Kollecində təhsil alıb. Ömrünün 40 ilini Azərbaycan musiqisinin inkişafı təbliğinə həsr edib. Ağaxan Abdullayev Azərbaycanı qarış-qarış gəzib-dolaşıb, dünyanın 20-dən çox ölkəsində mədəniyyətimizi layiqincə təbliğ edib. Hər yerdə Azərbaycan muğamlarını, xalq bəstəkar mahnılarını böyük zövqlə, əsl ustalıqla səsləndirib. O, oxuyubsa, ürəkdən oxuyub. Onun Azərbaycan musiqisinin inkişafı naminə gördüyü işlər hər zaman yüksək qiymətləndirilib xanəndə fəxri adlar, orden medallarla mükafatlandırılıb.

Diqqətə çatdırılıb ki, müxtəlif təhsil ocaqları ilə yanaşı, A.Abdullayev 2006-cı ildən F.Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbində pedaqoji fəaliyyət göstərib, gənc musiqiçi nəslinin formalaşmasında öz əməyini əsirgəməyib.

Daha sonra böyük xanəndənin sənət dostları onunla bağlı xatirələrini bölüşüb öz ifaları ilə tədbirə rəng qatıblar.

Tədbirdə qonaqlara ustadın bənzərsiz lent yazıları, musiqi verilişlərindən maraqlı müsahibələrindən ibarət videolar təqdim edilib.

Sonda məktəbin xanəndə sinfinin şagirdləri A.Abdullayevin repertuarından "Rast" təsnifini ifa ediblər.

 

525-ci qəzet.- 2020.- 12 fevral.- S.13.