Nəsirəddin Tusiyə həsr olunmuş elmi konfrans
AMEA-nın Naxçıvan
Bölməsində bölmənin
Batabat Astrofizika Rəsədxanasının təşkilatçılığı
ilə böyük Azərbaycan alim və mütəfəkkiri
Məhəmməd Nəsirəddin
Tusi ilə bağlı elmi konfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev ensiklopedik biliyə malik alimin müxtəlif elm sahələrinin inkişafına
verdiyi töhfələrdən
danışıb. Bildirib ki,
Nəsirəddin Tusi elmin müxtəlif sahələri ilə dərindən maraqlanıb,
astronomiya, riyaziyyat, fizika, tibb, fəlsəfə,
etika, məntiq və digər sahələrə həsr
olunmuş əsərlər
yazıb. Onun yaradıcılığında
astronomiya və riyaziyyat üzrə tədqiqatlar xüsusi yer tutur.
Vurğulanıb ki, Nəsirəddin Tusi Şərq dünyasında etikaya dair "Əxlaqi-Nasiri"
adlı əsəri ilə xüsusi rəğbət qazanıb. Sözügedən
əsər Naxçıvan
Muxtar Respublikası
Ali Məclisinin sədri
cənab Vasif Talıbovun imzaladığı
Sərəncamla "Oxunması
zəruri olan kitablar siyahısı"na daxil edilib.
İsmayıl Hacıyev ölkəmizdə
dünya şöhrətli
alimin yubileylərinin qeyd olunduğunu, əsərlərinin kütləvi
şəkildə çap
edildiyini, onun haqqında çoxsaylı
kitab və məqalələrin yazıldığını
bildirib.
Konfransda
bölmənin Təbii
Ehtiyatlar İnstitutunun
elmi işlər üzrə direktor müavini, kimya üzrə elmlər doktoru Bayram Rzayevin "Şərqin böyük dühası Nəsirəddin Tusinin həyatı və fəaliyyəti", Batabat
Astrofizika Rəsədxanasının
direktoru, fizika-riyaziyyat
üzrə fəlsəfə
doktoru Qulu Həziyevin "Marağa rəsədxanasının elmi
cihazları", Əlyazmalar
Fondunun şöbə
müdiri, fəlsəfə
üzrə fəlsəfə
doktoru, dosent Səbuhi İbrahimovun
"Nəsirəddin Tusinin
"Əxlaqi-Nasiri" əsəri",
Batabat Astrofizika Rəsədxanasının kiçik
elmi işçiləri
Vəfa Qafarovanın
"Nəsirəddin Tusinin
elmi irsi" və Türkan Məmmədovanın "Nəsirəddin
Tusi və riyaziyyat" mövzusunda məruzələri dinlənilib.
525-ci qəzet.-2020.- 12 fevral.- S.12.