Ziba KƏRBASİ
1974-cü ildə Təbrizdə anadan olub. İlk
təhsilini orada alıb. Özü-özünü
belə təqdim edir:
"Uşaqlığımı başqa uşaqlardan fərqləndirən cəhətlərdən
biri budur ki, şair Məhəmmədhüseyn
Şəhriyarın bacısı mənim müəlliməm olub.
Onun
vasitəsilə Şəhriyarın evinə get-gəl edir,
şeirlərini, söhbətlərini dinləyir, ondan öyrənirdim.
O zaman 10, 11
yaşında idim. İlk
şeirlərimi Şəhriyarın yan-yörəsində
yazmışam. 13 yaşım olanda
İrandakı inqilabi vəziyyət səbəbindən
ögey atam güllələndi,
sonra anam hədələndiyi
üçün iki
bacımı və məni götürüb İngiltərəyə
qaçdı. Hazırda isə London
"Exille İnk"
dərgisinin redaktorlarından biriyəm. Şeir
yazıram, fars, türk,
ingilis dillərinə tərcümə
edirəm, sevda və dəliliklə məşğulam..."
1998-ci
ildən Sürgündə Yaşayan
İran Yazıçıları Birliyi və İran Qələm
Birliyinin üzüdür. 2002-ci ildə İran Qələm Birliyinin
nümayəndəsi kimi Dünya
Pen Klubuna
qatılır və 2004-cü ildə Sürgündə Yaşayan İran
Yazıçıları Birliyinin
başqanı seçilir.
Dünyanın
10 inqilabçı şairi sırasında onun da adı var.
Eşqimizin göyləri
Sevgimizin göyləri buludludur
qoy yağsın.
Eşqimizin göyləri yağmurludur
qoy ağlasın.
Sonra göy qurşağını
boynuma as.
Çünki yağdım bütün buludlarımızı.
Ağladım bütün yağmuru.
Bax...
Könlümün yaşıllığında qızılgül
bitmiş.
Sənin qucağında
Sənin
qucağında
yer titrəyir,
göy
titrəyir.
Mənim
könlümdə,
yer titrəyir,
göy
titrəyir,
sənin baxışın,
gövdən, könlün,
əlin və ayağın da.
Qorxu quşları
birdən içimdən
uçmuşlar.
Sağaldıcı əllər
korluq gözlərini aydınlığa tərəf
çəkir.
Ulduz gülür,
ay gülür,
günəş də.
Göy mavidir,
sənin qucağın
da.
Anbaan sevgi
Pərişanlıq yatağına,
öpüş-öpüş yağdığım zaman,
imtinanı zahidlərə burax.
Açıqca,
"səni sevirəm" dediyim zaman,
şübhəni siyasətçilərə burax.
Yalnız köksünün qaranlıqlarını mənə burax ki,
anbaan sevgi işığı ilə aydınladım.
Çocuqluq sevinci
Çocuqluq sevincim,
kağızdan düzəltdiyim son raket idi.
Buraxdım,
və haraya getdiyini bilməz oldum.
525-ci qəzet.- 2020.- 14 fevral.- S.15.