Özbəkistanda “Qarabağ-Azərbaycan mədəniyyətinin beşiyi” tədbirləri başlanıb

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi iləQarabağ-Azərbaycan mədəniyyətinin beşiyiadlı mədəniyyət tədbirlərinə start verilib.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar AMM-Hər anımız Vətən desinadlı sərginın açılışı olub.

Tədbirdə Daşkənddəki ali orta məktəblərin müəllim şagird heyəti, jurnalistlər iştirak ediblər.

Sərgidə Azərbaycanın Qarabağ diyarı, bu bölgənin tarixi, mədəniyyəti, abidələri, işğaldan əvvəl sonrakı vəziyyətə dair fotoşəkillər, habelə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair Azərbaycan, özbək rus dillərində kitablar, jurnallar digər nəşrlər nümayiş etdirilib.

AMM-in direktoru Samir Abbasov əvvəlcə Azərbaycan-Özbəkistan dostluğu, xalqlarımızın yaxınlığı, dövlətlərimiz arasındakı yüksək səviyyəli münasibətlər haqqında danışıb. O, hər bir insanın qəlbində torpaq yurd sevgisinin ən böyük məhəbbət olduğunu söyləyərək, gələcək nəsillərə Vətənə məhəbbət sədaqət hisslərinin aşılanmasının vacib olduğunu bildirib.

S. Abbasov Azərbaycan mədəniyyətinin beşiyi olan Qarabağ diyarı, onun tarixi, adət-ənənələri, bugünkü vəziyyəti haqqında məlumat verib. Min illərdir ulu əcdadlarımız bu torpaqda yaşayıb, böyük tarix mədəniyyət yaradıb- deyən Samir Abbasov Qarabağın Azərbaycan mədəniyyətinə verdiyi töhfələrdən danışıb, belə böyük bir tarixin, mədəniyyətin saxtalaşdırılmasının, dağıdılmasının yolverilməz olduğunu vurğulayıb. O, il ərzində ÖzbəkistandaQarabağ-Azərbaycan mədəniyyətinin beşiyiadlı layihə çərçivəsində çoxsaylı tədbirlərin reallaşdırılacağını bildirib.

Özbəkistan-AzərbaycanDostluq Cəmiyyətinin təmsilçisi, pedaqoq Şaxnoza Nurbekova, Qadın Uşaq Komitəsinin eksperti, pedaqoq Rano Kadırova Özbəkistan-Azərbaycan dostluğu, vətənə torpağa məhəbbət, Azərbaycan xalqının Qarabağda yaratdığı böyük mədəniyyət, Azərbaycan mədəniyyətinin incisiŞuşa şəhəri, bu torpağın yetirmələri olan dahi bəstəkar Üzeyir Hacıbəyli, Xan Şuşinski, Bülbül kimi şəxsiyyətlərin bütün dünyada sevildiklərini qeyd ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Gənclər İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İKT Mərkəzi tərəfindən hazırlanmış eyni adlı sayt təqdim edilib, uşaq yeniyetmələr üçün dünyanın müxtəlif muzeylərində Azərbaycanın Qarabağ diyarına dair saxlanılan tarixi eksponatlar, xalçalar, geyimlərlə tanışlıq məqsədi ilə virtual tur keçirilib.

Mədəniyyət Mərkəzinin nəzdindəkiAzərbaycan qızlarırəqs ansamblı Qarabağ rəqslərini ifa edib.

 

525-ci qəzet.- 2020.- 14 fevral.- S.9.