AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fonduna yeni əlyazma və çap kitabları daxil olub

 

AMEA-nın Naxçıvan Bölməsinin Əlyazmalar Fonduna Muxtar Respublikanın Mədəniyyət Nazirliyi tərəfindən 24 yeni əlyazma çap kitabı daxil edilib.

Bu münasibətlə keçirilən tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev tariximizin həqiqi yaddaş reallığını özündə əks etdirən qədim əlyazma çap kitablarının əvəzsiz rolundan danışıb. Bildirib ki, qədim əlyazmalar mənsub olduğu xalqın keçmişini, mədəni həyatını, tarixini yaşadır. Onlar gələcək nəsillər üçün qiymətlidir.

Alim, Ümummilli lider Heydər Əliyevin "xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır dünya xalqları içərsində fəqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir" sözlərini xatırladaraq, ölkəmizdə həyata keçirilən mühüm işlər sırasında müxtəlif tarixi qaynaqları əhatə edən kitabların toplanılmasının xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

Mədəniyyət Nazirliyi tərəfindən əldə olunan kitabların qurumun Əlyazmalar Fonduna hədiyyə edilməsini yüksək dəyərləndirən İsmayıl Hacıyev milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması təbliği istiqamətində muxtar respublika sakinləri ilə yanaşı, Əməkdar mədəniyyət işçisi Akif Hacıyevin xidmətlərini xüsusi vurğulayıb. Qeyd edib ki, onun topladığı kitablar arasında XX əsrin əvvəllərinə aid daha çox əsərlər var ki, bu da fondun zənginləşməsinə xidmət edir.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, yazılı abidələr təkcə xalqımızın deyil, Yaxın Orta Şərqin ictimai-siyasi vəziyyətini, elmi-mədəni mühitini öyrənmək baxımından dəyərli mənbələrdir. Zəngin əhatəli kitab xəzinəsi təkcə Azərbaycan üçün deyil, ümumilikdə bəşər sivilizasiyasının dünya tarixinin araşdırılmasında əhəmiyyətlidir.

Natəvan Qədimova qeyd edib ki, tarixi mədəni əhəmiyyət kəsb edən eksponatların, həmçinin, qədim əlyazma kitab nümunələrinin muzeylərə elmi-tədqiqat müəssisələrinə hədiyyə edilməsi muxtar respublikada qədim tariximizə, zəngin mədəniyyətimizə göstərilən diqqət qayğının əməli nəticəsidir.

Daha sonra Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov hədiyyə olunan Azərbaycan, ərəb fars dillərində 24 adda əlyazma çap kitabı ilə bağlı iştirakçılara məlumat verib. Diqqətə çatdırılıb ki, fonda Salman Mümtazın tərtib etdiyi "Azərbaycan ədəbiyyatı: Aşıq Abdulla", "Azərbaycan ədəbiyyatı. El şairləri" (II cild), Abdulla Şaiqin "Türk ədəbiyyatı", Qafur Rəşadın "Coğrafiya" dərsliyi, müəllifi bəlli olmayan "Fars dili dərsliyi", Firidun bəy Köçərlinin "Azərbaycan ədəbiyyatı tarixi materialları" (II cild, II hissə), Amerika jurnalisti Con Ridin 1917-ci ildə Rusiyada baş verən bolşevik üsyanı haqqında "Dünyanı sarsıdan 10 gün" adlı əsəri, Mirzə Ələkbər Sabirin "Hophopnamə"sinin ilk nəşri, İslam ölkələrinin tarixindən bəhs edən "Tarix səhnələri", Əxlaqi, nəsihətamiz məzmunda "Şeirlər", Sultan Məcid Qənizadənin "Məktubati-Şeyda bəy Şirvani", İsmayıl Hikmətin ədəbiyyat tarixindən bəhs edən "Türk ədəbiyyatı" və digər əlyazma və çap kitabları daxil olub.

 

525-ci qəzet.- 2020.- 14 fevral.- S.8.