Muğam Mərkəzində daha bir yubiley
tədbiri
Fevralın
13-də Beynəlxalq Muğam Mərkəzinin "Aşıq
musiqisi axşamları" layihəsi çərçivəsində
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Gürcüstanın "Şöhrət" ordenli
ziyalısı Dünyamalı Kərəmin 100 illik yubileyinə
həsr olunmuş gecə keçirilib.
AZƏRTAC
xəbər verir ki, görüşdə
çıxış edənlər yubilyarın poeziyasından,
uzunömürlülüyün sirrindən söhbət
açıb, onun gənc jurnalist kadrların yetişməsində,
milli mədəniyyətimizin, ədəbiyyatımızın
inkişafında, azərbaycanlılarla bağlı həqiqətlərin
geniş ictimaiyyətə çatdırılmasında, eləcə
də Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin
inkişafında mühüm işlər
gördüyünü bildiriblər.
Tədbirin
bədii hissəsində Ədalət Nəsibov adına Musiqi
Tədris Mərkəzinin aşıqları
çıxış ediblər.
Qeyd edək
ki, də Beynəlxalq Muğam Mərkəzinin "Aşıq
musiqisi axşamları"
layihəsinin əsas məqsədi şifahi ənənəli Azərbaycan
musiqi mədəniyyətinin
ən qədim sahələrindən biri olan aşıq sənətinin təbliğidir.
525-ci qəzet.- 2020.- 15 fevral.- S.19.