"Ədəbi cərəyanlar: poetikası və estetikası"

 

ƏDƏBİYYAT İNSTİTUTUNDA BU MÖVZUDA İKİNCİ ELMİ SESSİYA KEÇİRİLİB

 

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Ədəbi cərəyanlar: poetikası və estetikası" adlı II elmi sessiya keçirilib. Sessiyada "Azərbaycan" jurnalının əməkdaşı Südabə Ağabalayeva da iştirak edib.

Sessiyanı giriş sözü ilə AMEA-nın birinci vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq ədəbi cərəyanlar onların Azərbaycan ədəbiyyatındakı yeri barədə fikirlərini bölüşüb. Akademik bildirib ki, indiyə qədər az tədqiq olunduğu üçün ədəbi cərəyanlar dərindən əsaslı şəkildə öyrənilməlidir. İsa Həbibbəyli ədəbi cərəyanların öyrənilməsi istiqamətində tədqiqatları olan Məmməd Cəfər Cəfərov, Hüseyn Həşimli,  Qorxmaz Quliyev,Yaşar Qarayev kimi alimlərin araşdırmalarına da münasibət bildirib. Problemin öyrənilməsi üçün institutda ayrıca Ədəbi cərəyanlar sektorunun yaradıldığını deyib.

Akademik İsa Həbibbəyli çıxışında Azərbaycan ədəbiyyatında tarixən erkən realizm, maarifçi realizm, romantizm, tənqidi realizm, sosializm realizmi, modernizm, sentimentalizm kimi cərəyanların formalaşdığını qeyd edib. Müstəqillik dövründə isə dekadentizm, magik realizm, neorealizm, postmodernizm cərəyanlarının Azərbaycan ədəbiyyatında müşahidə olunduğunu əlavə edib. Akademik, həmçinin, ədəbi məktəb ədəbi cərəyanlar problemindən söz açıb. Ədəbi məktəblərin uzunmüddətli olduğunu, onlarda zaman sərhəddi olmadığını, ədəbi cərəyanların isə müəyyən bir zaman sərhəddində meydana gəldiyini deyib. Buna ictimai quruluşun, siyasi sistemin, mədəni hadisələrin təsir etdiyini vurğulayıb. "Müşahidələr göstərdi ki, ədəbi yaradıcılıq çox metodlu olmalıdır. Müstəqilik dövründə romantizmin yenidən doğulmasını düşünürəm".

Sonra filologiya elmləri doktorları Cavanşir Yusifli "Strukturalizm poststrukturalizm metodlarının tarixi mənşəyi ədəbi əsərlərin təhlilində mövqeyi", Pərvanə İsayeva "Formalizm müasir filoloji fikrə təsir mexanizmi", filologiya üzrə fəlsəfə doktoru Elnarə Qaragözova "Postmodernizm cərəyanı Azərbaycan ədəbiyyatı kontekstində" məruzələrlə çıxış ediblər.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Maral Yaqubova "Ədəbiyyatşünaslıqda postmodernist mətnin təhlili problemləri" adlı məruzəsində əsas toxunduğu problemlər bunlar oldu: "İstənilən ədəbiyyat əsəri, istənilən bədii mətn tədqiqi nöqteyi-nəzərdən özünə üçlü yanaşmanı labüd edir: "nə"dən bəhs etməsi; "nə"yin "necə" təqdim olunması; "niyə", " üçün" təqdim olunması. Hadisə, varlıqlar, zaman, məkan, şəxslər mətnin "" kateqoriyasında dayanırsa, fiksasiya təhkiyə səviyyəsi (struktur),  ifadə texnikası, dil üslub, təhkiyəçinin baxış bucağı "necə"yə daxildir. Mətnin " üçün" suallarına isə mətnin əsas fikri, mövzusu (hansı məqsəd daşıyır?), ideyası s. kimi anlayışlar cavab verir. Postmodernist mətnlərdə "", "necə", " üçün" arasındakı münasibətlərin ənənəvi uyğunluğu pozulur. Postmodernist mətn postmodernist estetikaya uyğun təhlil metodları tələb edir. Ədəbiyyatşünaslığın tarixinə nəzər saldıqda mətnə yanaşmanın müxtəlif paradiqmalarına rast gəlmək mümkündür. Mətn, müəllif, kontekst, oxucu dördlüyünün birinin digərlərindən dominant olduğunu üstün hesab etməklə bu paradiqmaları dörd müxtəlif qrupda təsnif etmək mümkündür. Postmodernist təhlil daha çox mətn mərkəzli nəzəriyyələrə üstünlük versə , "müəllif ölümü" konsepsiyasında oxucunun artan mövqeyi oxucu mərkəzli nəzəriyyələri aktuallaşdırır. Eyni zamanda, keçmişə, tarixə olan ironik münasibətində pastiş parodiyalar vasitəsilə danışmaq postmodernist mətnin səthi xəttində "başqalarına" (realizm, romantizm s.) bənzəməklə nəticələnir. Bu da gerçəklik mətn arasındakı münasibətlərin ənənəvi izahının postmodernist mətn təhlilinə gətirilməsinə şərait yaradır. Postmodernist mətnin təhlili Azərbaycan ədəbi nəzəri fikrində hələ öz tam modelini tapmamış məsələlərdən biridir".

Həmçinin, Ədəbi cərəyanlar sektorunun kiçik elmi işçisi Şəfa Əliyeva "Tənqidi realizm müasir ədəbi-nəzəri fikir" adlı məruzəsində müasir dövrdə tənqidi realizmə olan maraqdan, istər Şərq, istərsə Qərb ədəbiyyatında bu ədəbi cərəyana yenidən müraciət edilib, fərqli aspektlərdən araşdırılmasından bəhs edib. Məruzədə Azərbaycan tənqidi realizminin fərqləndirici xüsusiyyətləri haqqında da geniş məlumat verilib. Ədəbi cərəyanlar sektorunun kiçik elmi işçisi Dilarə Əliyeva isə "Modernizmin tipoloji xüsusiyyətləri Azərbaycan nəsrində təzahürü" adlı məruzəsində XX əsrin 60-cı illərində Azərbaycan nəsrinin milli ənənəyə söykənərək, eyni zamanda, dünya ədəbiyyatının qabaqcıl nailiyyətlərindən bəhrələnərək götürmüş olduğu yeni istiqamət-modernizm cərəyanının ədəbiyyatımızda inkişaf prosesinin müxtəlif çalarları, milli özünəməxsusluqlarını işıqlandırmışdır.

Sonda Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri, professor Tahirə Məmməd, Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu, Türk xalqları ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Məmməd Əliyev çıxış edərək məruzələrə müsbət münasibət bildiriblər.

 

Gülnar SƏMA

 

525-ci qəzet.- 2020.- 15 fevral.- S.18.