Bəxtiyar Vahabzadə Şəkidə yad edilib
Unudulmaz
Xalq şairi, Azərbaycan ədəbiyyatının görkəmli
nümayəndəsi Bəxtiyar Vahabzadənin
yaradıcılığı bədii fikrimizin zənginləşməsində
mühüm rol oynayıb. Azərbaycan dilinin saflığı, təmizliyi və zənginləşməsi uğrunda
mübarizə şairin
yaradıcılığının əsas istiqamətlərindən
birini təşkil edib.
Bu fikirlər Xalq
şairi Bəxtiyar Vahabzadənin vəfatının
ildönümü ilə
əlaqədar fevralın
13-də onun anadan olduğu Şəki şəhərində keçirilən
xatirə tədbirində
səsləndirilib.
Şəki Regional Mədəniyyət İdarəsinin
təşkilatçılığı ilə reallaşan xatirə tədbirinin iştirakçıları əvvəlcə
unudulmaz şairin Şəki şəhərinin
mərkəzindəki parkda
ucaldılan abidəsi
önünə gül
dəstələri düzüblər.
Şəki Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) İ.Nakam adına
mərkəzi kitabxanasında
keçirilən "Poeziyamızın
Bəxtiyarı" adlı
tədbirdə mədəniyyət
işçiləri, ziyalılar,
ictimaiyyətin nümayəndələri,
poeziya həvəskarları
iştirak ediblər.
Xatirə tədbirində Şəki
Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari Zeynalova çıxış edərək,
Bəxtiyar Vahabzadənin
Azərbaycan söz sənətinin inkişafındakı
xidmətlərindən danışıb. Bildirilib ki,
qüdrətli söz
ustası xalqımızın
yüz illər boyu təşəkkül
tapmış yüksək
milli-mənəvi dəyərlərinin
qorunması, adət-ənənələrimizin
yaşadılması naminə
altmış ildən
artıq bir müddət ərzində
yorulmadan yazıb, yaradıb. Şair azərbaycançılıq məfkurəsinə dərindən
bağlı olan və özünüdərkə
çağıran çoxsaylı
əsərləri ilə
ədəbiyyatımızın inkişafına böyük
töhfələr verib.
Azərbaycan xalqının tarixinin
qədim dövrlərdən
bəri müxtəlif
mərhələlərində baş vermiş taleyüklü hadisələr,
böyük şəxsiyyətlərin
parlaq simaları ustad sənətkarın diqqət mərkəzində
olub.
Tədbirdə Bəxtiyar Vahabzadənin
Şəkidəki ev-muzeyinin
direktoru Elşən Zəkəriyyəbəyli, MKS-nin
direktoru Seyid Vahabov və 3 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Şəmsiyyət
Əsgərova çıxış
edərək, Xalq şairi ilə bağlı ən xoş xatirələrini səsləndiriblər. Bildirilib ki,
B.Vahabzadə Vətəninə,
doğulduğu yerə
bağlı bir insan idi, anadan
olduğu yurdu - Şəkini çox sevirdi. Yaratdığı əsərlərdə
Şəkiyə xas kolorit,
düşüncə özünü
aydın göstərirdi.
Qeyd
olunub ki, şairin əbədiyyətə qovuşmasından
11 il vaxt keçsə də, işıqlı xatirəsi
xalqımızın, onu sevənlərin qəlbində həmişə
yaşayacaq.
525-ci qəzet.- 2020.- 15 fevral.- S.13.