Gənclər Kitabxanasının əməkdaşları
ADA Kitabxanasının iş təcrübəsini
öyrəniblər
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının
əməkdaşları iş
təcrübəsi ilə
tanış olmaq məqsədilə müasir
texnologiyalar infrastrukturuna
malik ADA Universiteti Kitabxanasına baş çəkiblər.
Kitabxananın direktoru Elçin Məmmədov kitabxananın
fəaliyyəti barədə
ətraflı məlumat
verərək bildirib ki, kitabxana müasir
informasiya texnologiyaları
və proqram təminatı əsasında
fəaliyyət göstərir. Kitabxanada
tətbiq edilən
Millennium Avtomatlaşdırılmış
Kitabxana-İnformasiya Sistemi
yeni-OCLC WMS Kitabxana-İnformasiya
Sistemi ilə əvəz edilmiş və hal-hazırda kitabxananın bütün
informasiya prosesləri
bu sistem vasitəsilə
avtomatlaşdırılmışdır.
ADA Universitetinin kitabxanasının
mütəxəssisləri - Vəfa Məmmədova istifadəçi xidməti
haqqında və Nigar Babayeva Tədqiqat və Tədris Xidmətləri haqqında praktiki məlumat veriblər, sualları ətraflı cavablandırıblar.
Görüş zamanı ADA Universiteti
Kitabxanası və Cəfər Cabbarlı adına Respublika
Gənclər Kitabxanası
arasında kitab mübadiləsi və qarşılıqlı əməkdaşlıq
barədə ilkin razılıq əldə edilib.
525-ci qəzet.- 2020.- 15 fevral.- S.13.