Parisdə “Azərbaycan-sivilizasiyaların kəsişməsində” sənədli filminin premyerası olub

 

Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində “France 2” telekanalınınİslamverilişi tərəfindən hazırlananAzərbaycan- sivilizasiyaların kəsişməsindəsənədli filminin premyerası olub.

AZƏRTAC xəbər verir ki, ikihissəli ekran əsərinin 1-ci hissəsi fevralın 16-da, 2-ci hissəsi isə fevralın 23-də “France 2” televiziya kanalı ilə yayımlanacaq.

Premyeradan əvvəl Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, “İslamverilişinin prodüseri Celul Bequra (Djelloul Beghoura), “France Antennes”in baş katibi Antuan Buale çıxış ediblər.

Səfir Rəhman Mustafayev Azərbaycanda dünyəviliyin tarixindən danışıb. Azərbaycanın qadınlara ilk dəfə səsvermə hüququ verilən, ilk opera yaradılan ilk qızlar məktəbi açılan müsəlman ölkəsi olduğunu diqqətə çatdırıb. Bildirib ki, ümummilli lider Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi bazasının təməlini qoyub. Milli azlıqlara xüsusi diqqətin göstərilməsi müxtəlif sərəncamlarla təmin olunub. Bu gün ölkəmiz beynəlxalq multikultural platformaya çevrilib. Ölkəmizdə müxtəlif dinlərin nümayəndələri birgə mehriban şəraitdə yaşayırlar.

Sənədli filmin çəkilişi zamanı Azərbaycanda olan C.Bequra ölkəmizin mədəni dini zənginliyindən söz açıb. Qeyd edib ki, Azərbaycanda İslama dair sənədli film hazırlamaqda məqsəd “din xalqın opiumudurdemiş, məscidləri, kilsələri yandırmış, dağıtmış, dini qadağan etmiş sovet rejimindən xalqın öz kimliyini, dinini, dəyərlərini necə qoruyub saxladığını bilmək, Sovet İttifaqı dağıldıqdan sonra xalqın öz kimliyini, dini dəyərlərini necə bərqərar etdiyi bu gün bunu necə həyata keçirdiyini öyrənmək olub.

O, filmin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə Azərbaycanın Fransadakı səfirinə, eləcə əməyi olan bütün şəxslərə təşəkkürünü bildirib.

Çıxışlarda Azərbaycanın dünyəvilik modelinin nadir olduğu vurğulanıb.

Azərbaycan- sivilizasiyaların kəsişməsindəsənədli filmində ölkəmizin hələ qədim zamanlardan müxtəlif dinlərin qovuşduğu məkan olmasından danışılıb. Azərbaycanın əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olduğu, İslam dininin yayılmasında eyni zamanda, müsəlman intibahının bərqərar olmasında mühüm rol oynadığı göstərilib. Müxtəlif dinlərə etiqad edən insanların ölkəmizdə daim sülh əmin-amanlıq şəraitində yaşamasından söz açılıb. Tarixboyu ölkəmizdə yaşayan xalqlar arasında milli, dini ayrı-seçkilik zəminində ədavət qarşıdurmanın olmadığı qeyd edilib.

Ekran əsərində Azərbaycanda fəaliyyət göstərən dini icmalar haqqında da məlumat verilib. Bildirilib ki, ən qədim kilsə Şəkidədir. Ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin mehriban birgəyaşayış ənənəsinin qorunub saxlanmasında möhkəmlənməsində ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri var.

Həmçinin filmdə ölkəmizdəki dövlət-din münasibətlərinə toxunulub. Prezident İlham Əliyevin qayğısı ilə dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, birgəyaşayış ənənələrinin daha da məhkəmləndirildiyi, etnik qruplara dini icmalara dövlət qayğısının artırıldığı bildirilib.

Mədəniyyətlər dinlər arasında dialoq platforması olan ölkəmizdə keçirilmiş Dünya dini liderlərinin Bakı sammitindən danışılıb.

Qeyd edək ki, “France 2” televiziya kanalı ilə yayımlananİslamverilişinin yaradılması 1983-cü ildəİslamı yaşamaq” (Vivre l'İslam) Assosiasiyası tərəfindən təklif olunub. Həftəlik veriliş İslam tarixini, dəyərlərini sivilizasiyasını təbliğ edir.

 

525-ci qəzet.- 2020.- 15 fevral.- S.12.