Milli Kitabxanada
Beynəlxalq Kitab Bağışlama Günü qeyd edilib
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Beynəlxalq
Kitab Bağışlama
Günü münasibətilə
tədbir keçirilib.
Kitabxanadan bildirilib ki, Milli Kitabxananın direktoru, professor Kərim Tahirov məktəblilərə
mütaliə mədəniyyətinin
formalaşmasında kitabın
rolundan, gələcək
nəsillərin dünyagörüşünün
inkişafında kitab
oxumağın nə qədər vacib məsələ olmasından
bəhs edib.
Direktor, həmçinin,
çıxışında qeyd edib ki,
bu əlamətdar gün, kitab bağışlayan və
kitaba məhəbbətlə
yanaşan bütün
insanları öz ətrafında birləşdirir. "Kitab bağışlamaq gələcəyi gözəlləşdirmək,
yeni nəslin üfüqlərini açmaq,
daha gözəl bir ölkədə yaşamaq deməkdir.
Bu baxımdan kitaba böyük məhəbbət
və qayğı ilə yanaşan gənclərimizin, oxucularımızın
olması sevindirici haldır", - deyə K.Tahirov bildirib.
Natiq "Beynəlxalq
kitab bağışlama
günü" münasibətilə
məktəbliləri təbrik
edib, bu günün keçirilməsində
əsas məqsədin
gənc nəslə mədəni xidmət göstərmək, kiçik
yaşlı oxucuların
mütaliəsinə düzgün
yanaşmaq, məktəbli
oxucuların mütaliə
mədəniyyətini yüksəltmək,
uşaqlara kitab bağışlamağın və
onlarda kitaba məhəbbət yaratmağın
müqəddəs bir
vəzifə olduğunu
vurğulayıb.
Orta məktəb
müəllimi Gülgəz
Həsənova bildirib
ki, bu tədbir
yeniyetmələrin həyatında
böyük iz buraxacaq və onların kitaba, mütaliəyə marağını
artıracaq.
Sonra məktəblilərə
Milli Kitabxananın direktoru tərəfindən
kitablar hədiyyə edilib.
Sonda məktəblilər şeirlər
səsləndirib və
kitabxanada təşkil
olunan sərgi ilə tanış
olublar.
525-ci qəzet.- 2020.- 15 fevral.- S.12.