Polşalı alimlər Əlyazmalar İnstitutunda
Fevralın
14-də Polşa Elmlər Akademiyasının dilçi alimləri
Yaroslav Tondera və Aqata Jaqello AMEA-nın Məhəmməd
Füzuli adına Əlyazmalar İnstitutunda olublar.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə qonaqlar Azərbaycanın qədim əlyazma nümunələri ilə
tanış olublar. Polşalı alimlərə institutda
mühafizə edilən
əski çap kitabları barədə də məlumat verilib.
Daha sonra institutun elmi katibi dosent Əzizağa
Nəcəfzadə, şöbə
müdiri dosent Cavid Cəfərov və polşalı alimlərin iştirakı
ilə dəyirmi masa keçirilib.
Görüşdə C.Cəfərovun
Bolqarıstan Elmlər
Akademiyasının Tarix
İnstitutunun "Web of Science" indeksli (impakt faktorlu) "Revue Bulgare d'Histoire" jurnalında dil təhlükəsizliyi
mövzusunda dərc edilən məqaləsinin
(Language Safety in the Context of National Security) müzakirəsi
aparılıb, elmi-mədəni
əməkdaşlıq imkanları
nəzərdən keçirilib.
525-ci qəzet.- 2020.- 15 fevral.- S.12.