Yeni müstəqil teatr
yaradıldı
Fevralın
17-si Teatr Xadimləri İttifaqının "Aktyor evi"ndə
aktyor Müşfiq Əliyevin quruluşunda "Teatral
komediya" nümayiş olundu.
Səhnə əsərində Əməkdar
artist Elnur Hüseynov
(qonaq), aktyorlar Kərəm Hadızadə
(hersoq), Zümrüd Quliyeva (qrafinya), Elşən Şıxəliyev
(qraf) iştirak edirdilər. Valentin Krasnoqorovun əsərini
dilimizə Zümrüd
Dəniz tərcümə
edib. Tamaşanın quruluşçu rəssamı Telman Şıxıyevdir, musiqi
tərtibatı Müşfiq
Əliyev, döyüşlərin
quruluşu Ceyhun Dadaşova aiddir.
Komediyada insanlar arasındakı güvənsizlik, sevgisizlik,
münasibətlərin pozğunluğu,
hisslərin saxtalığı
və bütün bunların səhnəyə,
sənətə, nəciblik
simvolu olan teatra təsiri öz əksini tapmışdı.
Aktrisa arvadını
qısqandığı üçün
onunla tərəf-müqabil
olduğu tamaşaya çıxmayan aktyor ər həm rejissoru, həm də arvadını pis vəziyyətdə qoyur. Teatra iş üçün müraciətə
gələn gənc oğlan isə birdən-birə özünü
səhnədə, zal
dolusu tamaşaçının
önündə tapır.
Aktrisa onun rejissor tərəfindən
tamaşanı xilas etmək ümidiylə göndərildiyini biləndə
vəziyyətdən çıxış
yolu üçün əlindən gələni
edir. Bütün hadisələr də
bundan sonra başlayır. Hərəkətindən peşman olan ər tamaşaya daxil olur. Aktrisanı sevən digər aktyor isə tamaşanın həm rejissoru, həm də iştirakçılarından
biridir. Tərslikdən qonaq da aktrisaya vurulur və beləcə, gənc qadın səhnədə, tamaşaçıların
gözü qarşısında
üç kişinin
arasında qalır.
Oynadıqları əsər unudulur
və hər kəs bir-bir ətəyindəki daşları
tökməyə başlayır.
Məlum olur ki, aktrisa
bir vaxtlar şöhrət sahibi olan özündən 20 yaş böyük əriylə indi xoşbəxt deyil. Sənətinin qürubunu yaşayan əri onu həm
bir qadın, həm də bir aktrisa kimi
qısqanır. Kişi isə
cavan arvadını itirməkdən qorxur, onu itirməmək üçün hər şeyə hazırdır.
Nə yazıq ki, hər birinin zamanla üst-üstə yığılan qorxuları
kinə, kini nifrətə çevrilib.
Və onlar özləri də bilmədən sevgi hissini çoxdan
undublar. Onların hissləri
asılılıqdan başqa
bir şey deyil. Bu "kvartet"dən sevgini anlayan, həqiqətən
duyan isə qonaqdır. Tamaşanın cəmiyyətə ötürdüyü mesaj
da sona doğru
elə qonaq (E.Hüseynov) tərəfindən
çox gözəl şəkildə ifadə
olunur. Hazırda bütün dünyada
insanlar arasında aqressiya, qəzəb özünü göstərir
ki, bu da
sadəcə həyatı
hədər yaşamaq
deməkdir. İnsanların düşdüyü bu bataqlıqdan çıxış
yolu isə sevgidə, səmimiyyətdə,
anlayışdadır. Ancaq təəssüflər
olsun ki, heç kim
bu bataqlıqdan çıxmaq, dünyanın
qurtuluşu üçün
o nəcib addımı
atmaq istəmir.
Maraqlı səhnə tərtibatı,
dinamik aktyor oyunu, məzəli və bir o qədər
də qeyri-adi sujet xətti ilə tamaşa komik ovqat yaratmağı,
eyni zamanda, qaldırdığı mühüm
məsələlərlə düşündürməyi bacardı.
Tamaşadan sonra qəzetimizə
açıqlama verən
Müşfiq Əliyev
dedi ki, əsər Azərbaycan Teatr Xadimləri İttifaqının gənc
rejissorlar üçün
yaradıcılıq laboratoriyasında
hazırlanıb: "Yeddi
tamaşa hazırlanmışdı.
Onlardan biri də mənim
tamaşam idi. Laboratoriyanın bədii rəhbəri
Əməkar İncəsənət
Xadimi Bəhram Osmanovdur. Əsərə baxış üç
ay bundan öncə olmuşdu. Bu isə ilk premyera idi".
Müşfiq Əliyev həmin premyera ilə yeni müstəqil teatrın da əsasını qoyduqlarını
açıqladı. Bu kollektivdən ibarət olan yeni teatr
"Tenda teatrı"
adlanır. "Tenda" italyan dilində "pərdə"
deməkdir. Sənət
üçün "əlini
daşın altına
qoyan", iş görmək istəyən hər kəsi sayğıyla salamlayır, başqa Müşfiq Əliyev olmaqla, yeni müstəqil
teatrın kollektivinə
uğurlar arzulayırıq!
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2020.- 19 fevral.- S.13.