"Ulduz"un yanvar sayı

 

JURNALIN BU İL ÜÇÜN İLK BURAXILIŞINI AYB-nin GƏNCLƏR ŞURASI HAZIRLAYIB

 

"Ulduz" jurnalının bu ilə olan ilk buraxılışı işıq üzü görüb.

Poeziyaya həsr olunmuş jurnalı Yazıçılar Birliyinin Gənclər Şurası hazırlayıb. Jurnal Gənclər Şurasının sədri, şair Fərid Hüseynin "Ön söz"ü ilə başlayır.

Jurnalın yanvar nömrəsində Rəvan Cavid, Fuad Cəfərli, Tural Turan, Emin Piri, Şahanə Müşfiq, Allahşükür Ağa, "Söz" ədəbi layihəsindən Günel Şamilqızı, Mehman Rəsulov, Firdovsi Rəsul Rüstəm Hacıyevin yeni şeirləri dərc olunub. Tənqidçi, ədəbiyyatşünas Ülvi Babasoyun "Musa Yaqubun "Mən eləyəm" şeirində vizual akustik poetika" yazısı da bu nömrədədir.

Xanım Aydının tərcüməsində şairlər şeirlər haqqında aforizmlər, Məhəmməd Nurinin tərcüməsində fars ədəbiyyatından Məhəmməd Şirinzadənin, Şatir Abbas Səbuhinin şeirlərini (filoloji tərcümə), Aytac Quliyevanın tərcüməsində Nərmin Sarıbaşın "Didəm Madak" yazısını, Baloğlan Cəlilin tərcüməsində Başqırd poeziyasından Mustay Kərimin Gülnaz Kutiyevanın şeirlərini, Mahir Həmidovun tərcüməsində Mahmud Faxurinin "Cahiliyyət dövrü ərəb şeiri" yazısını, Səxavət Sahilin tərcüməsində Migel Ernandesin şeirlərini oxuyacaqsınız. Həmçinin, dünyada oxunan ən çox şeir kitabları ən çox oxunan instaqram şairi haqqında da Elcan Salmanqızının ingilis mətbuatından tərcümə etdiyi xəbərlərlə tanış olacaqsınız.

"Ulduz"un bu nömrəsində Günel Şamilqızı çağdaş türk poeziyasının ən parlaq nümayəndələrindən olan Qönçə Özmənin şeirlərini tərcümə edib. Xatirə Nurgülün tərcüməsində Lev Kolodnının "Onlar təkcə şair deyildilər..." məqaləsini, Nüşabə Babayeva-Vəkilovanın Vaqif Səmədoğlu haqqında "Mən sənin yolunam" yazısını, Mehman Həsənlinin "Nəsr təfəkkürlü poeziya ya Aytmatovun səslənişləri" məqaləsini Aytmatovun şeirlərini ilk dəfə bu sayda oxuyacaqsınız.

Şair Şəhriyar del Gerani bədii qiraətçi Kamran Yunislə müsahibə "Ulduz"un bu nömrəsində yer alıb.

Jurnalın bu sayının redaktoru Fərid Hüseyn, eksperti Cavanşir Yusiflidir.

Azərbaycan Yazıçılar Birliyi və "Ulduz" jurnalının birgə layihəsi olan "Ulduzlu nəşrlər"in budəfəki buraxılışı Samirə Məmmədlinin "Sözün yaddaş ağrısı" kitabıdır. Kitabda müəllifin müxtəlif illərdə qələmə aldığı məqalə və esselər toplanıb. Hər bir yazıda sözün müxtəlif mətləblərdə iz buraxdığı ağrılar əksini tapır. Məqalələr ən müxtəlif məsələlərə həsr edilib: Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, ideya və məfkurə, sənətkarlıq və bədii mətləblərin orijinal həlli, obraz və obrazlılıq, müxtəlif bədii hadisələrə ən müxtəlif baxış bucaqlarından baxış və sair...

Layihənin rəhbəri Qulu Ağsəs, redaktor Ruhəngiz Sultanovadır. Kitabın üz qabığındakı rəsm Kazimir Maleyeviçindir.

 

MEHRİ

 

525-ci qəzet.- 2020.- 1 fevral.- S.13.