"Ədəbiyyat biliciləri"
müsabiqəsinin şəhər mərhələsi keçirilib
Əsas
məqsədi şagirdlərin
Azərbaycan və dünya ədəbiyyatının
görkəmli nümayəndələrinin
yaradıcılıqları haqqında məlumatlılıq
səviyyəsini artırmaq,
mütaliə sahəsində
xüsusi fəallığı
ilə fərqlənən
şagirdləri aşkara
çıxarıb rəğbətləndirmək
olan "Ədəbiyyat
biliciləri" müsabiqəsinin
şəhər mərhələsi
keçirilib.
Müsabiqənin şəhər mərhələsində
Bakı şəhərinin
12 inzibati rayonu üzrə VIII-XI sinif şagirdləri 3 saat vaxt ərzində yazılı tapşırıq
yerinə yetiriblər. Tapşırıqların cavabları müvafiq meyarlar əsasında qiymətləndiriləcək. Müsabiqənin yekun turu isə mart-aprel aylarında Bakı şəhərində təşkil
olunacaq. Finalda müsabiqə
iştirakçıları 3 variantda təklif olunmuş mövzulardan birini seçərək inşa yazmalı və sorğu vərəqində onlara təqdim olunmuş 10 sualı yazılı cavablandırmalıdırlar. İnşa yazı 10 ballıq şkala üzrə, 10 sualın hər biri isə maksimum
10 balla qiymətləndiriləcək.
Hər bir iştirakçının yekun
balı hər iki tapşırığa
verilən ballar əsasında müəyyən
olunacaq. Müsabiqədə
I, II, III yerlərə layiq
görülmüş iştirakçılar
mükafatlandırılacaq.
Təhsil
naziri Ceyhun Bayramov deyir ki, əsas hədəfi
şagirdlərin Azərbaycan
və dünya ədəbiyyatının görkəmli
nümayəndələrinin yaradıcılıqları haqqında
məlumatlılıq səviyyəsini
üzə çıxarmaq
olan müsabiqə gənc
nəsildə mütaliə
həvəsini gücləndirmək
və bu sahədə xüsusi fəallığı ilə
fərqlənən şagirdləri
aşkara çıxarıb
qiymətləndirmək baxımından
mühüm rola malikdir.
Müsabiqə ümumtəhsil məktəblərinin
VIII-XI sinif şagirdlərinin
iştirakı ilə
keçirilir. Müsabiqədə iştirak könüllü
xarakter daşıyır.
Müsabiqə məktəb, rayon (şəhər), ölkə
üzrə olmaqla 3 mərhələdə təşkil
edilir. Müsabiqə, bir qayda olaraq, dərs ilinin noyabr ayında
başlayıb aprel ayında yekunlaşdırılır.
Mərhələlər həmin müddətə
uyğun olaraq müəyyənləşdirilir. Məktəb
mərhələsi, rayon (şəhər)
mərhələsi, ölkə
mərhələsi və
məktəb mərhələsi.
Sonuncu mərhələdə əsasən,
bədii əsər oxumağa meyl və maraq göstərən,
Azərbaycan və dünya ədəbiyyatı
nümunələrini davamlı
mütaliə edən
şagirdlərin aşkara
çıxarılmasına həsr edilir.
Şagirdlər tərtib olunmuş
sorğu vərəqlərindəki
müvafiq sualları oxuduqları əsərlər,
onların müəllifləri,
hər bir əsərin mövzusu, ideyası, tərbiyəvi
əhəmiyyəti və
s. yazılı cavablandırır,
təəssüratlarını qısa qeyd edirlər.
Şagirdlərin cavabları məktəb direktorunun əmri ilə yaradılmış
işçi qrupu tərəfindən təhlil
olunur, eyni adlı əsərlər üzrə ümumiləşdirmə
aparılır, daha çox mütaliə etmiş şagirdlərin adlı siyahısı hazırlanır. Siyahıdakı şagirdlərin adının qarşısında
mütaliə etdikləri
əsərlər müəllifləri
göstərilməklə qeyd
olunur.
Göstərilən əsərlərin
şagirdlər tərəfindən
həqiqətən mütaliə
olunduğunu dəqiqləşdirmək
üçün zəruri
hallarda işçi qrupu tərəfindən bu əsərlər üzrə müvafiq suallar hazırlanır və onların əsasında məktəbdə
viktorinalar, test yoxlamaları
və s. bu kimi tədbirlər təşkil olunur. Həyata keçirilən tədbirlərin
nəticəsi olaraq, hər məktəbdən
ən çoxu 3 nəfər şagird seçilərək onların
adlı siyahısı
təqdim edilir. Müsabiqənin yekun turu Bakı şəhərində təşkil
olunur
Təhsil eksperti Kamran Əhmədov deyir ki, orta ümumtəhsil
məktəblərində tədris
aparılan fənlər
üzrə şagirdlər
həmin məlumatları
tam olaraq mənimsəyə
bilmirlər. Yəni hər hansı
bir fənn üzrə bu və ya digər
formada dərinləşmiş
biliyə malik deyillər. Ona görə də müəyyən fənlər
üzrə xüsusi bilik yarışlarının,
tədbirlərin bu və ya digər
formada əlamətdər
günlərin keçirilməsi
şagirdlərə həmin
sahələr üzrə
dərinləşmiş biliklərin
öyrədilməsinə xidmət
edir: "Nəzərə
alsaq ki, Azərbaycan Şərq ölkəsidir, bu səbəbdən şagirdlərimizin
özünüifadəetmə bacarıqları çox aşağı səviyyədədir.
Yəni onların daha çox əzbərçiliyə
önəm vermələri
şagirdlərin əlavə
oxu marağının
aşağı salınmasına
səbəb olur.
Digər
tərəfdən də
bu gün orta ümumtəhsil məktəblərində təhsil
alan şagirdlərimiz
daha çox ali məktəblərə
qəbul imtahanlarına
hazırlaşırlar. Bu səbəbdən də onlar əlavə oxu materiallarından istifadə etmirlər, mütaliələri zəif
olur, əlavə kitablar oxumurlar. Bu səpkidə yarışların
keçirilməsi şagirdlərin
mütaliə qabiliyyəti
və özünüifadəetmə
bacarıqlarının formalaşdırılmasına
xidmət edir. Təbii ki, "Ədəbiyyat biliciləri" adı altında keçirilən
yarışda da ədəbiyyat sahəsi ilə bağlı daha geniş məlumatları əldə
etmək üçün
şagirdlərə yaradılan
bu imkandan maksimum dərəcədə
istifadə etmək lazımdır. Bu kimi bilik yarışlarının
keçirilməsini yalnız
alqışlamaq və
müsbət qarşılamaq
lazımdır".
Ekspert onu da qeyd edib
ki, bu yarışlardan
orta ümumtəhsil məktəblərinin heç
birinin kənarda qalmamasını da təmin etmək üçün müəyyən
profilaktik işlərin
görülməsi vacibdir. "Fikrimcə,
bura təkcə yuxarı sinif şagirdləri yox, 1,6 milyon şagirdin
hamısı cəlb olunmalıdır ki, onlarda bizim istədiyimiz
intellektual səviyyənin
inkişafı həyata
keçirilsin. Çünki ədəbiyyat birbaşa özünüifadəetmə bacarığının
formalaşmasına xidmət
edən bir fəndir. Yəni şagirdlərin hansısa bədii əsərlər vasitəsi,
mütaliə imkanları
ilə özünüifadə
vərdişinin formalaşmasını
da təmin etmək mümkündür.
Biz bu gün
narahatıq və narazılıq ifadə edirik ki, şagirdlərin
bədii ədəbiyyata
olan marağı aşağı səviyyədədir.
Təbii
ki, bunu könüllülük prinsipi
ilə həyata keçirmək olar.
Əgər biz bunu qəbul
imtahanlarına salırıq
və salacağıqsa,
uşaqlar o zaman oxuyurlar. Biz bununla
bağlı nə qədər çox yarışlar, olimpiadalar,
tədbirlər keçirsək,
bunu qarşımıza
hədəf kimi qoysaq, bir o qədər
çox şagirdi bura cəlb etmiş olarıq".
Təhsil eksperti Məlahət Mürşüdlü hesab
edir ki, şagirdlərin mütaliəsinin
yüksəldilməsində müsabiqələrin rolu
böyükdür. Təkcə nəsr
və nəzm əsərlərinin deyil,
həm də dəqiq elmlərlə bağlı mütaliə
biliyin əsasıdır,
başlanğıc hissəsidir.
Mütaliənin gələcəkdə
elmin və ədəbiyyatın, ümumilikdə
cəmiyyətin inkişafına
çox böyük təsir göstərəcəyini
vurğulayan ekspert Təhsil
Nazirliyinin bununla bağlı təşəbbüsünü
alqışladığını deyib: "Düşünürəm
ki, yeniyetmə və gənclərin zehni inkişafını gücləndirəcək və
yeni mütaliə mədəniyyətini formalaşdıran
müsabiqələrin keçirilməsinə
böyük ehtiyac
var. Çünki mütaliə
dövlətimizin əsasını
gələcəkdə təşkil
edəcək gənclərin
formalaşdırılması deməkdir".
M.Mürşüdlü vurğulayıb
ki, insan zəkasının inkişafında
müstəsna rol oynayan mütaliə eyni zamanda, onun
mənəvi inkişafı,
digər insanlarla münasibəti, gündəlik
hadisələrə baxış
tərzi, qərarların
verilməsi və s. məsələlərdə də
mühüm rol oynayan əsas amillərdən biridir. Qədim zamanlardan bəri oxuma-yazma bilənlər digərlərindən fərqlənmiş,
sayılıb-seçilən olmuşdur. Bu da onların mədəni səviyyələrindən
qaynaqlanmışdır. Bu səviyyəni isə onun mənəvi
zənginliyi və bu zənginliyi ona qazandıran oxuması, elmi olmuşdur. Cəmiyyətdə oxuma-yazma bilənlərin
sayı nə qədər çox olarsa, o cəmiyyət daha çox inkişaf səviyyəsinə
malik olar, digər cəmiyyətlərlə
təması zamanı
öz dəyərləri
ilə seçilər.
S.QARAYEVA
525-ci qəzet.- 2020.- 19 fevral.- S.10.