"Yüksəliş" istedadlı şəxslər
üçün yeni bir imkandır
Prezident
İlham Əliyevin sərəncamı ilə təsis edilən
"Yüksəliş" müsabiqəsinin qeydiyyat mərhələsi
davam edir. Bugünədək 3000 nəfərdən çox
şəxs müsabiqədə
iştirak etmək üçün qeydiyyatdan
keçib. Qeydiyyat prosesi fevralın 2-i saat 18:00-dək davam edəcək.
Müsabiqədə qeydiyyat mərhələsi bitənədək
21-51 yaş arasında
olan, alitəhsilli, ən azı 2 il idarəçilik
təcrübəsinə malik
Azərbaycan vətəndaşları
iştirak edə bilərlər. İdarəetmə təcrübəsi dedikdə, mülkiyyət
formasından asılı
olmayaraq işlədiyi
qurumda rəhbərlik
mövqeyində praktiki
təcrübəyə malik,
bir və ya daha çox
insanın, layihə qruplarının, resursların,
podratçıların və
digərlərin idarə
olunması nəzərdə
tutulur.
Müsabiqənin yekunlarına əsasən,
qalib elan edilmiş 20 iştirakçıya
müvafiq təlim proqramından keçmək
üçün 20 min manat
məbləğində qrant
təqdim olunacaq. Bundan başqa,
onlar idarəedici kadr heyətinin inkişafına dair proqramlara və İdarəçi rəhbərlərin
iştirakı ilə
mentorluq proqramına qoşulmaq imkanı qazanacaqlar. Qaliblərin adları yaradılacaq
kadr ehtiyatı bankına daxil ediləcək.
Müsabiqə Qeydiyyat, Onlayn seçim, Əyani seçim, Yarımfinal və Finaldan ibarət olmaqla 5 mərhələdə keçiriləcək.
Qeydiyyat mərhələsində müsabiqədə
iştirak etmək hüququna malik olan şəxslər
www.yukselish.az rəsmi internet səhifəsində Şəxsi
Kabinet yaratmaqla və qeydiyyat formasını (anketi) doldurmaqla qeydiyyatdan keçə bilərlər.
Beş mərhələni
də uğurla keçən qaliblər müsabiqə bitdikdən
sonra İdarəçi
rəhbərlərlə fərdi
inkişaf proqramı çərçivəsində birbaşa işləmək
imkanı əldə edəcəklər.
Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının
Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər
şöbəsinin müdiri
Fərəh Əliyeva
deyib ki, "Yüksəliş" müsabiqəsində
qarşıya qoyulan məqsədlərdən biri
yeni nəsil idarəçilərin müəyyənləşdirilməsidir. Bu müsabiqə
Prezident İlham Əliyev tərəfindən
həyata keçirilən
islahatlar kursunun bir halqasıdır: "Fikrimcə, kadr ehtiyatı bankının yaradılması üçün
bu müsabiqə ən əlverişli müsabiqələrdən biri
olacaq. Azərbaycanda idarəçilik vərdişləri olan və öz potensialına inanan hər kəs bu müsabiqədə iştirak edə bilər. Müsabiqə Azərbaycanda kadrların
bilik və bacarıqlarının inkişaf
etməsinə mühüm
töhfə verəcək".
Təşkilat Komitəsinin üzvü,
Təhsil naziri Ceyhun Bayramov bildirib
ki, ölkədə istedadlı uşaqlarla iş ümumtəhsil müəssisələrindən başlayır: "Onların
seçilməsi və
sonrakı inkişafının
təmin edilməsi dövlətin təhsil sahəsindəki hədəflərindən
biridir. Məhz bu işin nəticəsidir ki, ölkəmizi nüfuzlu beynəlxalq bilik yarışlarında və
olimpiadalarda uğurla təmsil edənlərin belə gənclərin ölkəmizə gətirdikləri
medalların sayı ilbəil artır. İstedadlı gənclər üçün
təhsilin növbəti
pillələrində də
geniş imkanlar yaradılır. Onların tam və hərtərəfli
inkişafı üçün
müxtəlif proqramlar
təklif edilir".
C.Bayramov
deyib ki, "Yüksəliş" müsabiqəsi
dövlətin istedadlı
şəxslərlə işin
təşkilində növbəti
addımı və onların inkişafına
yönələn tədbirlərin
davamıdır: "Bu müsabiqə
istedadlı, hazırlıqlı,
XXI əsrin tələbləri
səviyyəsində bacarıqlara
sahib gənclər üçün
çox böyük imkan yaradır. Müsabiqənin məqsədi intellektual
səviyyəsi və
idarəetmə bacarıqları
yüksək olan perspektivli rəhbərlərin
müəyyən edilməsi,
onların inkişaf etdirilməsi, dəstəklənməsi
və bununla da ölkədə peşəkar kadr ehtiyatının artırılmasıdır".
Nazir vurğulayıb ki, müsabiqənin qalibi olan şəxslər
fərdi inkişaf proqramı və təlimlərdə iştirak
edəcək, tam idarəçi
kimi yetişəcək
və ölkənin gələcək inkişafında
bilavasitə iştirak
edəcək şəxslərdən
biri olmaq imkanı əldə edəcək: "Yüksəliş"
istedadlı şəxslər
üçün yeni bir imkandır. "Yüksəliş"ə
qoşulun, yüksəliş
sizinlə başlasın".
Təşkilat Komitəsinin üzvü,
Dövlət İmtahan
Mərkəzinin sədri
Məleykə Abbaszadənin
sözlərinə görə, müsabiqə
ilə maraqlananların
sayı gündən-günə
artır: "Mən nəinki işi olmayan, hətta daha çox dövlət qulluğunda çalışan insanlara
müraciət edirəm.
Kim hesab edirsə
ki, potensialı tam açılmayıb, karyerasının
inkişaf sürəti
onu qane etmir, bu müsabiqə
onlar üçün
çox gözəl imkandır. Onlar bu prosesə
qoşulsunlar və nəticə əldə etsinlər. Qeydiyyat mərhələsi bitəndən sonra qeydiyyatı təsdiq olanlara sınaq təşkil ediləcək.
Bununla onlar biləcək ki, hansı xüsusiyətər lazımdı
və biz nəyi axtarırıq".
M.Abbaszadə deyib ki, müsabiqə üçün
müraciət edənlərdən
yalnız 20 faizi qadınlardır: "İmtahan
bazar günü və online olacaq. Hətta övladları yanlarında
olanda belə imtahan suallarına cavab verə biləcəklər".
Təşkilat Komitəsinin üzvü Gənclər və İdman naziri Azad Rəhimov isə qeyd edib ki,
"Yüksəliş" müsabiqəsi karyera pilləsində yüksəlmək
istəyən, istedadlı,
özünə güvənən
gənclər üçün
bir şansdır. Aydın fikri,
kreativ düşüncələri,
qətiyyətli xarakteri
olan, XXI əsrin tələblərinə cavab
verən, müasir bacarıqlara sahib gənclər
irəli çıxmalı,
ölkənin taleyüklü
məsələlərinin həllində,
dövlətin idarə
edilməsində iştirak
etməlidirlər. "Yüksəliş" sağlam
düşüncəli gənclik
üçün açılan
yeni yoldur".
A.Rəhimov qeyd edib ki, Azərbaycan dövlət müstəqilliyinin
möhkəmləndirilməsi prosesi başa çatandan sonra gənclərlə iş sahəsində yeni nəslin inkişafına xidmət edən böyük layihələr
icra olunur, islahatlar həyata keçirilir: "Elə götürək ölkədə
başlayan və bu gün müxtəlif
sahələrdə geniş
vüsət alan
könüllü hərəkatını.
Bu hərəkat gənclərin inkişafına
və onların irəli çəkilməsinə
xidmət edir. Onlara hər yerdə üstünlük verilib.
Könüllülər üçün növbəti şans da məhz "yüksəliş"dir".
Nazir vurğulayıb ki, "Yüksəliş" müsabiqəsi,
sadəcə, onlar üçün yox, bütün gənclik üçün bir şansdır: "Müsabiqə
yeniləşən Azərbaycanın
müstəqil fikri, idarəetmə bacarığı
olan rəhbərliyi seçmək, yetişdirmək
üçündür. Bunun üçün
özündə güc
tapan gənclər tərəddüd etməməli,
bu müsabiqəyə
qoşularaq mən də varam deməlidir.
"Yüksəliş"in
verdiyi imkandan istifadə edib idarəetmə bacarığınızı
inkişaf etdirin.
Dövlət yüksəliş müsabiqəsinin gənclərin
inkişafına yönələn
islahatların davamı
olaraq icra edir. Siz bu yolla peşəkar təlimlər
üçün qrant
qazana, idarəetmə
bacarıqlarınızı hərtərəfli inkişaf
etdirə, əvəzolunmaz
əlaqələr qura
bilərsiniz. "Yüksəliş"ə
qoşulun, yüksəliş sizinlə
başlasın".
"Yüksəliş" müsabiqəsinin Təşkilat Komitəsinin üzvü İqtisadiyyat naziri Mikayıl Cabbarovun dediyinə görə, "Yüksəliş" müsabiqəsi hər kəsə öz bacarığı, intellekti ilə inkişaf etmək, yüksəlmək imkanı verir: "Ali təhsilini tamamlayaraq karyeraya yeni başlayan bir çox gənclərin qarşısına ölkənin gələcəyinin qurulmasında iştirak etmək hədəfi qoyulur. Lakin yaşından, ixtisasından, işləməsindən asılı olmayaraq, hər bir şəxs bu hədəfə çatmaq üçün müəyyən bacarıqlara malik olmalıdır. XXI əsrin öz tələbləri var və bu tələblər sürətlə dəyişir. İdarəetmədə iştirak edəcək kadrlara olan tələblər isə daha yüksəkdir. Onlardan yüksək intellektual zəka, strateji düşüncə bacarığı ilə yanaşı, sosial məsuliyyətlik, innovasiyaların tətbiqi xüsusiyyətləri də tələb olunur. Gələcək idarəçilər vaxtında və doğru qərar qəbul etməyi, işi düzgün bölüşdürməyi, komandada işləməyi bacarmalıdır. "Yüksəliş" müsabiqəsində məhz bu keyfiyyətlərə malik olanlar qalib gələcəklər. Lakin təkcə qaliblər deyil, müsabiqənin bütün iştirakçıları yeni mühitdə çalışacaq, finalçılar isə ölkənin tanınmış idarəçi rəhbərlərinin mentorluq proqramına cəlb olunacaqlar".
M.Cabbarov vurğulayıb ki, müsabiqənin hər mərhələsi iştirakçılara yeni imkanlar yaradacaq: "Yüksəliş ilkin seçim mərhələsindən uğurla keçən yarımfinalçılara peşəkarlarla görüşmək, finalçılara şəxsi inkişaf planları əldə etmək, qaliblərə idarəçi rəhbərlərlə çalışmaq imkanı qazandıracaq. Qaliblərə təqdim ediləcək qrant onların fərdi inkişaf yolunda yeni başlanğıc olacaq. Bir sözlə, istedadı, intellekti, idarəetmə bacarığı olan hər bir şəxs bu müsabiqəyə qatılmaqla həm özünün fərdi inkişafına nail ola, həm də adını kadr ehtiyat bankına yazdıra biləcək. Yüksəlişə qoşulun, yüksəliş sizinlə başlasın".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2020.- 19 fevral.- S.9.