"Müqayisəli ədəbiyyatşünaslıq"
jurnalının yeni sayı
çıxıb
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
"Müqayisəli ədəbiyyatşünaslıq"
Beynəlxalq elmi jurnalının növbəti
(№2, 2019) sayı nəşr
olunub.
Bu barədə Ədəbiyyat
İnstitutunun İctimaiyyətlə
əlaqələr şöbəsindən
Gülnar Səma məlumat verib.
Qeyd edək
ki, sözügedən
toplu Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən
rəsmi qeydiyyata alınıb.
"Müqayisəli ədəbiyyatşünaslıq"
Beynəlxalq elmi jurnalının baş redaktoru AMEA-nın birinci vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat
institutunun direktoru akademik İsa Həbibbəylidir. Baş redaktorun
müavinləri filologiya
elmləri doktorları,
professorlar Məmməd
Əliyev, Gülər
Abdullabəyova, Bədirxan
Əhmədovdur. Jurnalın məsul
katibi filologiya üzrə fəlsəfə
doktoru Mehman Həsənli, məsul redaktoru isə Maral Poladovadır.
Jurnal akademik İsa Həbibbəylinin "Azərbaycan-Rusiya
ədəbi əlaqələri:
ənənələr, reallıqlar
və perspektivlər"
məqaləsi ilə
açılır. Bu sayın
"Azərbaycan-Qərb ədəbi
əlaqələri", "Azərbaycan-türk dünyası
ədəbi əlaqələri",
"Azərbaycan-Slavyan ədəbi
əlaqələri", "Asiya xalqları ədəbiyyatı", "Şərq
xalqları ilə ədəbi əlaqələr"
və "Resenziya"
bölümlərində müxtəlif
elmi məqalələr
işıq üzü
görüb.
Bu nömrədə Azərbaycan
dili ilə yanaşı, türk, rus, ingilis dillərində
yerli və xarici müəlliflərin
məqalələri yer
alıb. "Bələdçi" isə Azərbaycan, rus və ingilis
dillərindədir.
Jurnalın
redaksiya heyətinə Azərbaycan, Rusiya, Çin, Özbəkistan,
Bolqarıstan, Qırğızıstan, Macarıstan,
Çexiya, Cənubi Koreya, Başqırdıstan,
Tatarıstan, Qazaxıstan, Türkmənistan, Ukrayna və
Polşanın alimləri daxildir.
525-ci qəzet.- 2020.- 19 fevral.- S.5.