Mərkəzi Elmi
Kitabxananın Lüğətlər Fondunda
nadir nəşrlər toplanıb
Lüğətlər həmişə və hamıya lazım olan ən qiymətli
məlumat mənbəyidir. Dünya xalqları
ilə tanışlıq
ilk növbədə onun
dilini öyrənməklə
başlayır.
Dil öyrənmək
üçün isə
ən yaxşı müəllim və bələdçi lüğətlərdir. Cəmiyyətin bütün təbəqələri
zaman-zaman lüğətlərdən
istifadə edib və bu gün
də etməkdədir.
İstər tədqiqatçı alimlər, istərsə də yaradıcı ziyalıların ən çox müraciət etdiyi lüğətlər
tipindən, xarakterindən,
oxucu kontingentindən asılı olmayaraq bütün kitabxanalar tərəfindən xüsusi
mühafizə olunur.
AMEA-nın Mərkəzi
Elmi Kitabxanası isə daha fərqli
və effektiv bir mühafizə yolu seçib. Bütün lüğətləri
ümumi fondun tərkibindən ayıraraq
SL formatı altında
xüsusi fondda yerləşdirib. Bu, həm qiymətli fondun mühafizəsini asanlaşdırır, həm
də oxucu sorğularının operativ
və yüksək səviyyədə ödənilməsinə
şərait yaradır.
Oxucu istədiyi məlumatın
konkret ünvanını
bilməsə də, kitabxanaçı (əlbəttə,
fondunun tərkibini yaxşı bilən) öz fondunu oxucusuna təqdim edir.
MEK-in çox zəngin lüğətlər fondu var. Hətta elə kitablar var ki, respublikada ancaq bizim kitabxananın fondunda yerləşir. Həm nəşr tarixinə, həm də elmi-tarixi əhəmiyyətinə görə bir çox nadir nüsxələr fondun dəyərini daha da artırır. Məsələn, "Slovarğ üerkovno-slavənskoqo i russkoqo əzıka", 1867 ("Kilsə-slavyan və rus dili lüğəti"), "Polnıy franüuzcko-rossiyskiy slovarğ", 1824 ("Bütöv fransız-rus dili lüğəti"), "Nemeüko-russkiy slovarğ", 1902 ("Alman-rus dili lüğəti"), "Russko-şvedskiy slovarğ", 1896 ("Rus-İsveç dili lüğəti"), "Anqlo-russkiy neftənoy slovarğ", 1934 ("İngilis-rus neft terminləri lüğəti"), "Azerbaydjansko-russkiy slovarğ", 1939 ("Azərbaycan-rus dili lüğəti"), "Slovarğ inostrannıx slov", 1894 ("Xarici sözlər lüğəti"), "Korneslovc russkoqo əzıka", 1842 ("Rusca köksözlər lüğəti"), "Russko-Törkskiy slovarğ", 1928 ("Rus-türk dili lüğəti") və bir çox qiymətli nəşrlər fondumuzda mühafizə olunur. Hazırda 2495 nüsxədən ibarət fondun elektron kataloqa salınması prosesi gedir.
ŞAHANƏ
525-ci qəzet.- 2020.- 21 fevral.- S.9.