“Türkologiya”
jurnalı yeni əməkdaşlıq memorandumu imzalayıb
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət
Heyəti “Türkologiya”
jurnalı və Özbəkistanda fəaliyyət
göstərən Heydər
Əliyev adına
Azərbaycan Mədəniyyət
Mərkəzi arasında
memorandum imzalanıb.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsinin
müdiri, filologiya üzrə fəlsəfə
doktoru Elçin İbrahimov Daşkənddə
Əlişir Nəvai
adına Özbək Dili və Ədəbiyyatı
Universitetində keçirilən
“Əlişir Nəvai
və XXI əsr” adlı beynəlxalq konfransda iştirak edib. “Türkologiya” jurnalının məsul katibi Elçin İbrahimov bu səfər çərçivəsində
Özbəkistanda fəaliyyət
göstərən Heydər
Əliyev adına
Azərbaycan Mədəniyyət
Mərkəzinin direktoru
Samir Abbasovla görüşüb. Görüş çərçivəsində Mədəniyyət Mərkəzi
ilə Jurnal arasında bir çox məsələlər
müzakirə olunub.
AMEA Rəyasət Heyətinin
17 fevral 2016-cı il tarixli qərarı iləgörkəmli alim, akademik Kamal Abdullanın “Türkologiya”
jurnalına baş redaktor təyin olunmasından sonra jurnal ənənəni davam etdirməklə yanaşı, rubrika və məzmun baxımından zənginləşmiş,
stabil nəşr həyatını bərpa
etmiş, beynəlxalq
elmi mərkəzlərlə
əlaqələrini genişləndirmiş
və nəhayət,EBSCO başda olmaqla bir sıra
nüfuzlu beynəlxalq
indeksləşdirmə biblioqrafiyalarına
(MLA, SAJI, SIS, TEI, SOBİAD, CIF) daxil edilmişdir. Akademik Kamal Abdullanın beynəlxalq əlaqələrə,
elm və mədəniyyət
mərkəzləri ilə
əməkdaşlığa önəm verməsinin bir nəticəsidir ki, 2020-ci ilin fevral ayında "Türkologiya" jurnalı
ilə Özbəkistanda
fəaliyyət göstərən
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
arasında memorandum imzalanmışdır.
Memorandumda tərəflərinikitərəfli elm, mədəniyyət, təhsil
sahəsində əməkdaşlığı,
Azərbaycanın mövcud
qanunvericiliyini, habelə
bu sahədə müvafiq sazişləri,
müqavilələri rəhbər
tutaraq gələcəkdəəməkdaşlıq
əlaqələrini daha
dagücləndirməsi öz
əksini tapıb. Memorandum sənədində elm, dil,
tarix, folklor və ədəbiyyat sahələri üzrə
gələcəkdə yeni-yeni
tədbirlər, layihələr
həyata keçirərək
mövcud əlaqələri
daha da inkişaf
etdirmək, əməkdaşlığı
ən yüksək səviyyəyə çatdırmaq
kimi məsələlərin
zəruriliyi vurğulanıb.
Sənəddə hər ilin əvvəlində birgə
həyata keçiriləcək
tədbirlərə dair
məsləhətləşmələr aparmaq və əməkdaşlığa dair
illik iş planı tərtib etmək, elm, dil, tarix, folklor vəədəbiyyat sahələri
üzrə yeniliklərə
dair nəşrlərin
mübadiləsini həyata
keçirmək, il ərzində Azərbaycan
və Özbəkistanın
ortaq dəyərlərinə,
elm, dil, tarix, folklor və ədəbiyyat sahələrinə
dair birgə tədbirlər keçirmək,
hər iki ölkənin elmi jurnalları arasında əlaqələri dərinləşdirmək
və bu nəşrlərdə qarşı
tərəfə aid məqalələrin
yayımlanmasına dəstək
olmaq, "Türkologiya" jurnalının
Özbəkistanda daha
da geniş yayılmasına, Jurnal öz nömrələrində
Özbəkistan tərəfinə
xüsusi yer ayırmasına, habelə
Azərbaycan Mədəniyyət
Mərkəzinin keçirdiyi
tədbirlərin jurnalın
səhifələrində verilməsinə,
Özbəkistanın ali
məktəbləri, Azərbaycan
ocaqları tərəfindən
əldə edilməsinə
dəstək olmaq və s. maddələrə
yer verilib.
Sənəd Azərbaycan Milli
Elmlər Akademiyasının
Rəyasət Heyəti
“Türkologiya”jurnalının baş redaktoru akademik Kamal Abdulla və Özbəkistanda fəaliyyət göstərən
Heydər Əliyev adına Azərbaycan
Mədəniyyət Mərkəzinin
direktoru Samir Abbasov tərəfindən
imzalanıb.
525-ci qəzet.- 2020.- 21 fevral.- S.9.