Memarlıq İnşaat Universitetində Karyera sərgisi

 

Fevralın 20-də Azərbaycan Memarlıq İnşaat Universitetində (AzMİU) tələbələrin məşğulluğunu artırmaq məqsədi ilə növbəti dəfə tələbə məzunlar üçün Karyera sərgisi təşkil olunub.

Sərgidə nazirliklər, dövlət qurumları, komitə təşkilatlar, müəssisələr eləcə universitetimizlə uğurlu əməkdaşlıq edən ölkənin qabaqcıl şirkətlərinin nümayəndələri iştirak ediblər.

Tələbələrin keyfiyyətli təhsil almalarını təmin etməklə yanaşı, onların ixtisasları üzrə uğurlu karyera qurmaları üçün köməklik göstərən universitet rəhbərliyinin təşəbbüsü ilə 90-dan çox dövlət qurumu, özəl şirkətlər, müəssisələr  tələbə məzunlara müxtəlif vakansiyalar üzrə ümumilikdə 100-dən çox yerləri təklif edib. Budəfəki karyera sərgisinin əsas ideyası təkcə imkanlarını gənc peşəkarlarla paylaşmaq deyil, həm onların adamları (şirkət nümayəndələri) ilə ünsiyyət saxlaması həyatında möhkəm addımlarla irəliləmələri üçün önəmli bir təşəbbüs oldu.

Sərgidə ölkənin aparıcı şirkətlərindən Azərbaycan Dövlət Neft Şirkəti, BP Azərbaycan, Kapital Bank, Beynəlxalq Bank, Paşa İnşaat, North West Construction MMC, PMD Projects, Akkord STİK, Holcim Azərbaycan, İmprotex İndustries MMC, Embawood MMC eləcə digər dövlət özəl şirkətlərdə vakant yerləri sərgiyə çıxarılıb.

Universitetin rektoru, professor Gülçöhrə Məmmədova Karyera sərgisini açıq elan edərək sərginin əhəmiyyətinə toxunub. Rektor bildirib ki, sərgi tələbə məzunların karyera imkanlarını artırmaq, məşğulluqlarını inkişaf etdirmək, əmək bazarında fəaliyyət göstərən, ixtisaslarına uyğun şirkətlərlə əlaqə yaratmaq real imkanlarından yararlanmaq məqsədi ilə təşkil olunub. AzMİU-da artıq ikinci  dəfə keçirilən  sərginin tələbə məzunlarımıza karyera yolunda ilkin addımlarını atmaqda böyük dəstək verəcəyini vurğulayıb. Daha sonra Gülçöhrə Məmmədova sərgidə nümayiş olunan stendləri gəzib, şirkətlərin nümayəndələri ilə ünsiyyətdə olub, vakansiyalarla maraqlanıb.

1500-dən  çox tələbə məzunun iştirak etdiyi sərgi böyük maraqla qarşılanıb. Sərgidə şirkət nümayəndələri təmsil olunduqları müəssisələrdəki vakansiyalar haqqında tələbələrə ətraflı məlumat veriblər. Xüsusilə axtarışında olan 4-cü kurs tələbələri bu sərginin onlar üçün çox vacib olduğunu, yeri tapmaq probleminin həllinə yardım edəcəyini vurğulayıblar. Sərginin gedişində axtarışında olan gənclər şirkətlərin insan resursları üzrə mütəxəssisləri ilə ünsiyyət yarada biliblər. Şirkət nümayəndələrinə yaxınlaşıb, özlərinə uyğun vakansiyalara CV-lərini təqdim ediblər.

 

525-ci qəzet.- 2020.- 21 fevral.- S.9.