Özbəkistan Teatrı Bakıda qastrol səfərindədir
Bugünlərdə
Özbəkistanın Gənc Tamaşaçılar Teatrı
Bakıya qastrol səfəri ediblər. Hələ 2019-cu ilin
fevralında Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrının direktoru Naidə
İsmayılzadə, Əməkdar artistlər Nicat Kazımov
və İlham Əsədovun Özbəkistan Gənc
Tamaşaçılar Teatrının 90 illik yubiley tədbirində
iştirakı zamanı qarşılıqlı dostluq, əməkdaşlıq
əlaqələri qurulub.
Bu əməkdaşlıq çərçivəsində
fevralın 21-22-də Özbəkistan
sənətçiləri Bakıda
Gənc Tamaşaçılar
Teatrı səhnəsində
Özbəkistanın Xalq
şairi, SSRİ Dövlət
mükafatı, Lenin mükafatı
laureatı Qafur Qulamın "Ozornik"
(Şumbola) tamaşasını
teatrsevərlərə təqdim
edəcəklər.
"Şumbala" əsəri
tərbiyəvi əhəmiyyət
daşıyır. Əsərin qəhrəmanı, təbiətcə
dəcəl olan və ipə-sapa yatmayan balaca oğlan hər dəfə müxtəlif
qəribə və gülməli vəziyyətlərə
düşür və
bacarıqla çıxış
yolu tapır. Özünəməxsus danışıq tərzi və yumoristik aforizmləri olan Şumbala uşaqlara "Təslim olma, mübarizə apar" ideyasını əyani olaraq izah edir.
Qafur Qulamın
Azərbaycana və ədəbiyyatımıza, mədəniyyətimizə
münasibəti də
bir sıra əsərlərində özünü
göstərir. O, Azərbaycan poeziyası nümunələrindən
özbəkcəyə tərcümələr
etmişdir. Həmçinin,
"Bir-birinə şagird,
bir-birinə ustad",
"Qırx yaşlı
Azərbaycan", "Səməd
Vurğuna", "Qardaş
Azərbaycan pambıqçılarına",
"Xəzər"... adlı
şeirlərində Azərbaycana
olan məhəbbəti
səmimi şəkildə
ifadə olunub.
Qeyd edək
ki, gələcəkdə
bu əməkdaşlıq
çərçivəsində Gənc Tamşaçılar
Teatrının Özbəkistana
qastrol səfəri planlaşdırılır.
525-ci qəzet.- 2020.- 21 fevral.- S.8.