Fikrət QOCA
MƏN KİMƏM
Mən bir səyyaham ki, zaman atımdır,
Ürəyim sinəmdə yol saatımdır.
Dünyada olanlar ömrüm
boyunca
Məndən keçib gedib, öz həyatımdır.
29.01.2020
***
Allaha uzanıb narazı əllər,
Hamı "mənim payım az oldu" deyir.
Yalnız
ağlı Allah elə
verib ki,
Heç kəs öz ağlından gileylənməyir.
Allaha şikayət etməzdən
qabaq
Sən bir öz ağlına, öz elminə bax.
1995
VƏZİFƏ
Bir hambal tanıyırdım,
Yaxşı dolandırırdı uşağını,
arvadını.
Heç
kəsdən gizləməzdi
iş yerinin adını.
İşdən sonra şux geyinərdi, şəhərə
enərdi.
Tanış-bilişi ilə görüşərdi,
Söhbətləri düşərdi
şəhərdən, kənddən,
mütləq bir az da siyasətdən.
Ya da tapdalanan uzaq bir məmləkətdən.
Gah astadan danışardılar, gah da bərkdən.
Soruşan olanda sənətini
Laqeydliklə: "Vağzalda hambalam"
- deyərdi.
Cavab söhbət yoldaşlarına
Sillə kimi dəyərdi.
Bir an susardı hamı,
sonra kiminsə lətifəsi yetərdi haraya,
başqa söz salardı araya...
Əslində, ən yüksək
vəzifələr
vətən üçün
hamballıqdı.
Ölkədə hər kəs işinin
hambalı olanda deməli, ölkədə
halallıqdı.
1964-cü
il
QARAYANIZ GÖZƏL QIZ
(zarafatyana)
Gözəllər gözəli qarayanızdır,
Gülər - çaylar çağlar,
susar - dondurar.
Qaşı çatılanda demək
payızdı,
Bircə təbəssümü bəxt
oyandırar.
Dağdan
şəlalə tək
havaya qalxsa,
Dərədə bulaq tək rəqs edib axsa,
Eşqlə bir orduya "dur"! - deyib
baxsa,
Vallah, bir ordunu qız dayandırar.
Bircə
gülüşüylə buzu əridər,
"Qoynuma gəl"
- desə daşı yeridər.
Bu qız əzrailə
beşik yürüdər.
Od qoyur atamı mənim, yandırır.
Anamı görəndə susur danışmır.
Anam söz soruşur ağzını
açmır.
"Gəl" - deyir
- gəlməyir, get deyir
qaçmır.
- Oğlum, bu qız səni necə qandırır?
Ana, demişdin ki, dilsiz qız olsun!
Köklü bir nəsildən
bir quzu olsun!
Mən də tapşırmışam qız
səssiz olsun.
Görürəm səni də tez inandırıb...
27.01.2020
525-ci qəzet.- 2020.- 1 fevral.- S.13.