Moskvada yaşayıb-yaradan istedadlı
şair, tərcüməçi,
Azərbaycan
Yazıçılar Birliyinin üzvü,
Nilolay Ostrovski adına Ədəbi Mükafatın,
Beynəlxalq Rəsul Rza Mükafatının və
"Humay" Azərbaycan
milli
mükafatının laureatı, 10-dan artıq
kitabın müəllifi
İlham
Bədəlbəylinin bu il 75 yaşı tamam olur.
"525-ci qəzet"
olaraq, bu yubiley münasibətilə
dəyərli sənətkarı
təbrik
edir,
ona ən xoş arzularımızı
ünvanlayır və
ana dilimizə tərcümə
olunmuş bir sıra şeirlərini oxucularımızın
diqqətinə çatdırırıq!
İKİ QIŞ ETÜDÜ
I
Ayazlı havada qanad çalırlar
Qışın ağbənizli xəbərçiləri.
Yalın ağaclarda tel-tel
saçaqlar
Necə də gözəldir,
necə də zərif.
Şaxta, gözəl qız
tək, pəncərələrə
Bəyaz işləməli naxışlar
salıb.
Bir kraliça kimi
ulu Qar Nənə
Bütün yer üzünü
əlinə alıb.
II
Açmış qanadını
sanki qu quşu -
Ağappaq örtüyə
bürünmüş yerlər.
Yolunu gözləmiş
bu gözəl qışın
Bəmbəyaz ağaclar,
bəmbəyaz evlər.
SEVGİ CƏZASI
Mənə cəza verdi sevgini Tanrım.
Demək, məhəbbətin buydu bədəli -
Bütün sərtliyilə bu
qanunların
Dəli olmalıydımsevgidən, dəli.
Hər şeyi qədərdən
artığa vurmuş
-
Dibsiz dərya kimi məhəbbət camı.
Sevgi sərxoşluğu yaman
olurmuş,
Sevinclə bərabər acıymış
- tamı.
İtaət edirəm, deyiləm
asi,
İlahi şəfqətdir cəza
almağım.
Qəribə istəklər oyadır
sanki
Sükuta bürünmüş yataq otağım.
Eh, kama
yetməyən yersiz diləklər!
Sizin əlinizdən hüzur
qalmamış.
Özümü gördüyüm bu
aynaməgər -
Büllur tək parlayan göz yaşlarımmış;
Payız - təbiətin yas
mərasimi,
Yağır çalın-çarpaz leysan yağışlar.
Nakam ölənlərin dirilər
kimi
Toy-büsat
eşqinə ixtiyarı
var.
Bu sevgi
dünyası - çağlayan
dəniz,
Bir mələk simalı
ruhumda qalmış.
Tanrım məhəbbətlə cəzamı kəsmiş,
Tanrım məhəbbətlə könlümü almış.
TANRI DA MƏHKUMDUR
Tanrı da məhkummuş tənhalığına!
Böyüklük üstələr ağır
yükləri.
Bəlkə bu kəhanət
dərd olmuş ona -
Dünya yaranarkən düşündükləri?..
İmtina edərək böyüklüyündən
-
(Hər
kəsin boyuna biçilmiş zaman),
İnsan surətində göylərdən
enən
Tanrıydımı görən, yoxsa
ki insan?!
İNANIRAM!
Varlığına inanıram, deməli,
İnanıram hər işinə,
Allahım.
Uğurlarım tükənəndə, bir əlin
Ümid olub gəlişinə,
Allahım.
Yuvarlnıb uçurumun başından
Yıxılaram, səsim belə
qırılar,
Vaz keçmərəm möcüzədən
mən o an:
Sən ki varsan - xilasa bir ümid
var!
SONET
Heç zaman demə ki,
"ruhum xəstədir",
Dünya işlərilə onun
yox işi.
Cahana sığmaz ki,
ruhun gərdişi.
Mərəz ruhunda yox, bədənindədir
,
Yuxunmu çəkilib ərşə?
- darılma,
Sevin, ruhun hələ
bayatımamış.
Dünya kamilləşir, dünya
yatmamış
Onun pərvazından geriyə
qalma.
Ötən illərinin bəyaz
dənləri
Ələnəndə saça, əyiləndə
bel -
Bədəndir qocalan, ruhun ki deyil!
Ruhun mahiyyəti başqadır
ancaq:
O - ülvi
hissləri uçuran
qanad,
Göylərin həsrəti, ağrı
və inad!
YER ÜZÜNDƏ İZLƏRİN
Can verməkdir
çətini. Ölmək
çətin deyil ki!
Alışmaqdır çətini. Yanmaq
çətin deyil ki!
Ölənədək bitərmi xəyalımda
olanlar,
Ali bir
məqsəd üçün
yaranmışlar insanlar.
Tərk eləyib fanini,
köçənədək əbədə,
Bir iz qoya bilməmək qəribədir,
qəribə.
Hərçənd, iz qoymamaqdan
o qədər
də qorxma sən,
Dəhşət odur - dünyanı
ləkələyib gedəsən!
SON GÖRÜŞ
Bu son görüş, bilirəm
mən,
Çıxmayacaq xatirimdən.
Rütubətli, isti gecə,
O qaranlıq,
qəmli küçə...
Pəncərəndən sızan işıq,
Bu söz-söhbət,
bu danışıq...
Əllərinin kölgəsi də,
Ayrılığın nəfəsi də...
Başımızın üzərində
Köhnə,əsgər
portreti:
Vətən eşqi - gözlərində,
Bir də yaşamaq
həsrəti.
... Zamanımız
daralırdı,
Sıxılırdı ürəyimiz,
Bir azca ümid qalırdı -
"Ayrılmırıq bəlkə
də biz?"
Bir ulduzun soyuq qəmi,
Bir də son ayrılıq
dəmi;
Bilirəm mən,bu ağrılar
Bizsiz belə, haradasa
hələ də var...
NƏĞMƏ
Keçəcək bu anlar, unudulacaq,
Hələ susmayıbsa könlün
- qəm yemə!
Qismət olmayanlar unudulacaq,
Qismət deyilsə də,
heyifdir demə!
Ömründən gedənə heç
üzülmə sən,
Uçmaq istəyəni salma
qəfəsə.
Ölçülüb-biçilib hər şey əzəldən,
Sevinc də paylanmış,
qəm də hər kəsə.
Qəfəsə düşüncə bülbül də susar,
Qəlbində nə varsa nəğməyə çevir.
Ürəyin nəğməylə göylərə uçar...
Kədər tuş gələrsə,
onu da dindir.
Səni itirənlə olmasın
işin,
Bəxtə yazılmayan - atılmaz
qoşa.
Sən burax könlünü
şərqilər desin,
Qismətdə nə varsa - gələcək başa.
Ruhun qanad açsın,
azad quş təki,
Azadlıq sevənə onu
bəxş elə!
Yaşanmayan nə var ürəyindəki
Nəğmə tək çağlasın
qoy bundan belə!
Rus dilindən tərcümə etdi:
Afaq ŞIXLI
525-ci qəzet.-2020.-22 fevral.- S.23