Respublika Uşaq KitabxanasındaƏn böyük sərvətimiz - Ana dilitədbiri keçirilib

 

Fevralın 20-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Beynəlxalq Ana Dili Günü münasibətiləƏn böyük sərvətimiz - Ana diliadlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başlayıb.

Tədbirdə çıxış edən kitabxananın elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova, şagirdlərə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirməklə bağlı fikirlərini bildirib. Qeyd edib ki, Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri var. Bu gün Azərbaycan dövləti milli-mənəvi dəyərlərin qorunmasına dilimizin inkişafına böyük qayğı ilə yanaşır.

Tədbir zamanı bu günün yaranma tarixi haqqında məlumat verilib. Məktəblilər Ana dilimizə həsr olunmuş mahnıları ifa ediblər.

Bundan əlavə, şagirdlər dilimizə həsr edilən müdrik kəlamlar ədəbi-bədii kompozisiyalar da nümayiş etdirib.

Sonda uşaqlara kitabxana tərəfindən kitablar hədiyyə olunub.

 

525-ci qəzet.-2020.-22 fevral.-S.19