Allah bilən məsləhətdir...
(Tofiq Abdinin şeirləri haqqında bir neçə söz)
Əvvəl
imzasını sevmişdim - Qədir Rüstəmov haqqında
ilk yazısını "Qobustan"da oxumuşdum.
Yazısını
oxuduğumdan yana, səsini də sevmişdim - birinci mərtəbədən
bilinirdi işdə olmağı - səsi elə şirin, elə
bənzərsiz idi, ətrafı doyuzdururdu.
Səhifəsini də
sevmişdim - "Ədalət"də və "525-ci qəzet"də.
Hətta şəklini də sevmişdim. Sonralar sosial şəbəkələrin
birində "Tofiq Abdin getdikcə atama oxşayır"
yazmışdım (bəlkə yaşlandıqca insanlar
biri-birinə daha çox cizgilərlə bənzəyir).
İlk
görüşümüz Arazboyunda, Zəngilanda - Səməd
Behrəngi adına təşkil edilmiş tədbirdə olub.
O vaxtlar sovxoz direktoru idim və təsərrüfat rəhbəri
kimi qonşu kəndin orta məktəbində təşkil
olunmuş tədbirə dəvət olunmuşdum. Tədbirdə
sevimli şairimiz Eldar Baxış, Tofiq Abdin və başqa
yazar qonaqlar da vardı.
Həyat tərzimiz
dəyişəndən, Zəngilan rayonu işğal olduqdan
sonra 2 kitabını alıb oxudum və bəzi qeydlərimi
10 ildən sonra gün işığına
çıxarmağa qərar verdim. Bu yerdə "Şəhərimiz
ayaq açır" ktabındakı qeydlərimdən bəzi
məqamları təqdim etmək istəyirəm. Kitab 1991-ci
ilin çap məhsuludur, ön sözün müəllifi
Xalq yazıçısı Fikrət Qocadır.
Qeydlərimdə
Osman Sarıvəlliyə yazdığı şerdən bu
parçanı vermişdim:
Yasımızda
yaslıq qalmayıb,
toyumuzda toyluq.
Ağır-ağır
yox oluruq,
Osman əmi, yox oluruq.
Və
Dostlarımız,
tanışlarımız
yaşıl budaq
kimi budanır
ölümün
baltasıyla.
Küsülü
adamlar kimi
barışa
bilmirik dostlarımızın yasıyla.
"Biz hələ
qocala bilərik bir az" ş eirindəndir. Şair
rahatsızlığı bu şeirlərdə beləcə
ifadə olunub - ölümün adiləşdiyinin,
toylarımızın urvatsızlaşdığının fərqindədir.
Tofiq abi
dost-tanışların yaşıl budaq ikən, çox erkən
ölüm baltasıyla budanmasına və qocalmadan həyatdan
getməsinə laqeyd qala bilməzdi. Vaxtsız dünyadan
köçən dostların yoxluğu ilə, ölümləri
ilə barışmadı. Ölüm qoxusunu hər zaman soyuq
silah kimi üstündə gəzdirməsi bəzən
qınağa səbəb olsa da.
Tofiq Abdın kim idi?..
Özünün
cavabı beləydi - bəlkə də, bir gün hamı kim
özünün də dünyadan gedəcəyini,
dünyanın faniliyini diktə edərək şəstlə
deyirdi: "Gəlin tanış olaq, Tofiq Abdinəm":
Döydüm bir
qapını, dedim ki, mənəm -
Gəlin
tanış olaq, Tofiq Abdinəm.
Bəzən
qoymadılar danışam, dinəm -
Gəlin
tanış olaq Tofiq Abdinəm.
Köhnə
tanışlarçün mən ki dünənəm,
Bu gözəl
dünyadan köçüb gedənəm,
Gəlin
tanış olaq, Tofiq Abdinəm.
Və
"dünyanın ən xoşbəxt insanı mənəm".
deyən də O idi - bu dəfə xoşbəxtlik qoxusunun
daşıyıcısı idi Tofiq abi...
... Bu saat yerimir-yerimir,
Allah. Çox adi bir həqiqət: zaman gecikir, vaxt
ötmür. O zaman nəyin intizarında olursansa, gözləmək
limitin tükənir, amma neyləyək ki gözləməyə
- zamana və onun ağır ləngərinə məhkumuq.
"Qayıdan
deyilsiz" şeirində dostların səmiyyətinə inanmır
deyəsən. Biri elə özümüz - hara
qayıdırıq. "Kəndə qayıtmaqdan az yazın,
dostlar" - deyir, onları səmimi olmağa, səmimi
yazmağa çağırır:
Tale növbəsində
dayanan kimi
Durmuşuq növbəyə
- zəhərlənməyə...
Hərdənbir
içməyə dəyərmiş demə.
Yaxud
Bir aylıq
maaşım boydadı
bəlkə bu yol
- evimdən şəhərəcən.
Az-çox
şeirlərim çap olunanda
sual verirsiniz, bu nə
deməkdi?!
Ürəyim
ağrıyır inanın onda,
şeir mənim
üçün sudu, çörəkdi!..
Tofiq Abdin rəsmi
terminlərdən, rəsmi şifrələrdən istifadə
etdiyi zaman da sərbəst idi və bu sərbəstlik,
azadlıq onun canında idi:
Bir dəli sevdaya
tutulaydım kaş,
İçimin Kərəmi,
Məcnunu əskik
İçimin
azadlıq qanunu əskik!..
Türkiyəyə
- konsulluğa rəsmi işə gedəndə də onun
üçün azadlıq qanunu mövcud idi.
Bir
dost-tanışdan ədalətsizlik, sayğısızlıq
görəndə inciyirdi Tofiq abi. Üz-üzə gəlmək
istəmədiyi bir çox dostları vardı, onun səmimi
fikirlərinə siyasi məna verənlər də yox deyildi,
amma abi kimi qarşılayırdı bu deyilənləri.
Böyüklük Tofiq abinin xarakterində idi.
Tofiq Abdin hər
zaman qalib oldu. Mətin insan idi - onu nə bir ehtiyac, nə bir
sayğısızlıq sındıra bildi.
Hər zaman
özünü yazır, özünü ifadə edirdi və
hər nə yazsa, çox səmimi olurdu. Gələcək
ümidsizliyinin də it-bata düşəcəyini əlinin
içi kimi bilirdi:
İndi
görürəm ki, gələcəyim də
Bugünkü
yoxluğun içində bitib.
Onun gəlişini
doğulduğu məkanın başbilənləri hiss etməzdilər,
nə görüşər, nə bir tədbir düzənlərdilər,
eynən Bakı kimi - nə 50-də, nə 60-da, nə də
70-də doğum gününü keçirmədilər.
Qayıtsaq, o yer də
tanımaz bizi,
Yaxşı ki, bu
şəhər tanımır bizi -
Gəl
tanış olaq, Bakı.
Amma Bakısı
da, Şəkisi də, Qarabağı da Tofiq Abdinlə
çoxdan tanış idi - hələ "Qobustan"da ikən.
T.Abdinin kitablarından birində bölümlərdən biri
"Yaş yandırır gözümüzü"
adlanır:
Dəniz gəmilərsiz
dəniz deyilsə,
İçmiz-çölümüz
təmiz deyilsə,
Bizə ölənlər
də əziz deyilsə,
incimə bizdən,
Şair Əli,
vaxtmı tapdın ölməyə?!.
Müəllifin
"Bayatı rəngli mart" şeirindəki:
Öyrəndik hər
itkini
Təsəlliylə
yumağı -
misraları onun
Əli Kərimə olan sevgisindən xəbər verirdi və
bu vaxtsız ölümə:
Ağlaya bilmirik,
Yaş
yandırır gözümüzü -
deyirdi.
T.Abdin M.Lermontova həsr etdiyi şeirində də bənzər
həyat həqiqətlərini dilə gətirirdi:
Analar da oğlunu
bu yaşda çox istəyir,
Kiməsə, hardasa
"gəlinim" deyir.
və yaxud:
Orda mənsiz
ölür doğma adamlar -
deyərək uzaq
ellərdə yanıb yaxılanda da təbii və
özündə-sözündə idi Tofiq abi.
Bir qız sevməliydim,
sevdim almadım,
Yaxşıya-yamana
çəkildi adım.
Məndən
üz çevirdi qohumum, yadım,
Məni məhv elədi
şair inadım.
Sevdim, sevə-sevə
şeir yazmadım,
İtirdim, itkiyə
şeir yazmadım,
Bəs, onda mən
niyə şeir yazmadım? -
T.Abdinin bu şeiri, bəlkə də, eyni taleni yaşayan
şairlərə aiddir, bəlkə
"Eləmədiklərim yandırır məni" -
deyən Xalq şairi Musa Yaquba da aiddir, "Məndən
böyük şair olarmı?!" - deyən Eldar
Baxışa, qürbətçi Məmməd İsmayıla
aiddir, bəlkə də, çoxumuza aiddir: "Bəs, onda mən
niyə şeir yazmadım?..
Sübh
zamanından - sübh əzanından yazılar yazan Tofiq
Abdin!.. Bilmirəm, nə üçünsə "Tofiq"
adı mənə həmiş xoş təsir
bağışlayıb, amma ətrafımda heç bu adda
dostum olduğunu da xatırlamıram. Bəlkə də, bu
adı mənə sevdirən "Tofiq"in yanında olan
"Abdin"dir, bilmirəm... Bəlkə, bir az da torpaq
yaxınlığıdır - Allah bilən məsləhətdir...
Xosrov NATİL
525-ci qəzet.-2020.-22 fevral.-S.14