Arif Məlikov Sankt-Peterburqda
"Məhəbbət əfsanəsi"nin
tamaşası ilə
anılıb
Fevralın 19-da Sankt-Peterburqda, Mariya
Teatrında "Məhəbbət
əfsanəsi" tamaşası
nümayiş olunub. Tamaşa əsərin müəllifi, dünya şöhrətli Azərbaycan
bəstəkarı, SSRİ Xalq artisti Arif
Məlikova həsr edilib.
Azərbaycanın Sankt-Peterburqdakı baş
konsulluğundan AZƏRTAC-a bildiriblər ki, baş rolda Mariya Teatrının balet truppasının premyeri, Azərbaycanın Əməkdar artisti Timur Əsgərov çıxış edib.
Azərbaycanın Sankt-Peterburqdakı
baş konsulu Sultan Qasımov və vitse-konsul Rüfət Dadaşov tamaşanın nümayişində fəxri
qonaq qismində iştirak ediblər.
Tamaşa başa çatdıqdan
sonra Azərbaycanın
Əməkdar artisti Timur Əsgərova gül təqdim edən baş konsul Sultan Qasımov səhnə arxasında artistlərlə görüşüb
səmimi söhbət
edib, onları gözəl çıxışları
münasibətilə təbrik
edərək balet truppasına bundan sonra da yaradıcılıq
uğurları arzulayıb.
Əməkdar artist Timur Əsgərov
tamaşa barədə
öz təəssüratları
ilə bölüşərək
deyib ki, Heydər Əliyev Fondu sayəsində Azərbaycan klassik musiqisinin incisi, "Məhəbbət əfsanəsi"
baleti mart ayında yenidən Bakı səhnəsində göstəriləcək.
O, Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrının, həmçinin, Azərbaycan
Dövlət Rəqs Ansamblının artistlərinə
səmimi qəlbdən
xoş əhval-ruhiyyə,
uğurlar arzulayıb.
"Arif Məlikovun baleti Azərbaycanın qürurudur! Qoy, hər bir artist bu qüruru Yuri Qriqoroviçin gözəl
xoreoqrafiyasında özü
ilə bərabər daşısın!", - deyə
Timur Əsgərov əlavə edib.
525-ci qəzet.-2020.-22
fevral.-S.14