Xocalı soyqırımının qurbanları Filarmoniyada xatirə konserti ilə yad edilib

 

 

Fevralın 20-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının kamera orqan musiqisi zalında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş anım konserti keçirilib.

 

AZƏRTAC xəbər verir ki, anım konserti Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunub.

 

Anım konsertində filarmoniyanın solistlərinin ifasında Ü.Hacıbəyli, T.Bakıxanov, S.Hacıbəyov, S.Ələsgərov, A.Əlizadə, V.Adıgözəlov F.Bədəlbəylinin əsərləri səslənib.

 

Xalq artisti Gülnaz İsmayılova isə dünya klassiklərinin əsərlərini ifa edib.

 

525-ci qəzet.-2020.-22 fevral.-S.13