Məmməd Oruc Rusiyada ədəbi mükafata layiq görülüb

 

MÜKAFATA LAYİQ GÖRÜLƏNLƏR ARASINDA RUSİYADA YAŞAYAN HƏMYERLİMİZ KNYAZ QOÇAQ DA VAR

 

Tanınmış Azərbaycan yazıçısı, publisist, tərcüməçi Məmməd Oruc Rusiya Yazıçılar Birliyi, "Həyat yolu" Ədəbiyyat Fondu, "Qızıl cəngavər" Beynəlxalq Ədəbiyyat Formu və "Mədəni irs" İctimai Təşkilatının birgə təsis etdikləriləbiyyatı birləşdirən tellər" mükafatının diplomu ilə təltif olunub.

 

M.Oruc bu mükafata Rusiyanın şair yazıçılarının əsərlərini Azərbaycan dilinə tərcümə etdiyinə görə layiq görülüb.

 

Qeyd edək ki, M.Orucla yanaşı,  "Ələbiyyatı birləşdirən tellər" mükafatına layiq görülənlər arasında əslən Azərbaycandan olan, Sibirdə - Pıtyax şəhərində yaşayan, "Novaya severnaya qazeta"da çalışan həmyerlimiz - Azərbaycan Rusiya Yazıçılar birliklərinin üzvü Knyaz Qoçaq da var.

 

Mükafata layiq görülən azərbaycanlı tərcüməçilərin əməyini yüksək qiymətləndirən ədəbi tənqidçilər onların tərcümələrində rusiyalı ədiblərin əsərlərinin ruhunun ritminin olduğu kimi qoruyub saxlanıldığını bildiriblər. Qeyd edək ki, onlar rusiyalı ədiblər Sergey Kazlov, Valeriya Dudareva, Yevgeniya Yuşiva, Vladimir Beryazev, İvan Şelkov, Dmitriy Mizqulina, İrina Ryabin, Aleksandır Çistakov, Ruslan Martaqov, Valentina Yerofeyeva başqalarının əsərlərini Azərbaycan dilinə tərcümə ediblər.

 

S.Qarayeva

 

525-ci qəzet.-2020.-22 fevral.-S.13