Ədəbiyyat İnstitutunda
Əlişir Nəvai
konfransı
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda
Özbəkistan Respublikasının
Azərbaycandakı səfirliyi
və Əlişir Nəvai adına Daşkənd Dövlət
Özbək dili və ədəbiyyatı
Universiteti ilə birlikdə dahi özbək şairi Əlişir Nəvainin
579 illiyinə həsr
olunmuş "Əlişir
Nəvai ədəbi və elmi irsinin
öyrənilməsi" adlı
Beynəlxalq elmi konfrans keçirilib.
Bu barədə
İnstitutun ictimaiyyətlə
əlaqələr şöbəsindən
Gülnar Səma məlumat verib.
Tədbir Əlişir Nəvainin
Bakıdakı heykəlinin
ziyarəti ilə başlayıb. Azərbaycan
və Özbəkistan
milli rəqslərinin
nümayişi ilə
başlayan tədbirdə
bir neçə ali məktəbin tələbələri də
iştirak ediblər. Konfransın heykəl önündəki açılış
mərasimində Özbəkistan
Respublikasının Azərbaycandakı
fövqəladə və
səlahiyyətli səfiri Şerzod Fayziyev, AMEA-nın birinci vitse-prezidenti, Ədəbiyyat İnstitutunun
direktoru, akademik
İsa Həbibbəyli, Özbəkistan
Yazıçılar Birliyinin
yaradıcılıq işləri
üzrə birinci müavini Nadir Xalbutayev çıxış ediblər.
Çıxışlardan sonra
konfrans iştirakçıları
Əlişir Nəvainin
heykəli önünə
güllər qoyublar.
Sonra Ədəbiyyat İnstitutu
ilə Daşkənd Dövlət Özbək
Dili və Ədəbiyyatı
Universiteti arasında imzalanmış müqaviləyə
əsasən Azərbaycan-Türkmənistan-Özbəkistan
ədəbi əlaqələr
şöbəsinin nəzdində
yaradılmış Əlişir
Nəvai adına Ədəbiyyatşünaslıq Mərkəzinin açılışı
olub. Həmçinin,
kitab və özbək rəmzi əşyalarından təşkil
edilmiş sərgiyə
baxış keçirilib.
Konfransı giriş sözü
ilə Ədəbiyyat
İnstitutunun direktoru,
akademik İsa Həbibbəyli
açaraq Azərbaycan
xalqı ilə özbək xalqını
ortaq tarixi köklərin və mədəniyyətin birləşdirdiyini
bildirib. Bakıda Nəvainin, Daşkənddə
isə Nizami Gəncəvinin heykəllərinin
ucaldılmasını birlik
və qardaşlığın
simvolu kimi xarakterizə edib. 2008-ci ildə Nəvainin heykəlinin açılış
mərasində Prezident
İlham Əliyevin iştirakını və
nitq söyləməsini
dostluq və qardaşlığa verilən
yüksək qiymət
kimi mənalandırıb.
Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafında
Ulu öndər Heydər
Əliyevin tarixi xidmətlərindən söz
açıb. Akademik
İsa Həbibbəyli əlavə
edib ki, institut elmi şurasının
qərarı ilə
professor Şuxrat Sirojiddinov
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Fəxri doktoru seçilib. O, Fəxri doktor diplomunu və mantiyanı Şuxrat Sirojiddinova təqdim edib.
Əlişir Nəvai adına
Daşkənd Dövlət
Özbək Dili və
Ədəbiyyatı Universitetinin
rektoru, professor Şuxrat
Sirojiddinov isə çıxışında iki
qurum arasında imzalanmış müqaviləyə
əsasən Daşkənddə
Füzulişünaslıq Mərkəzinin fəaliyyətə
başladığını söyləyib. O, özbək
milli geyimi olan çapanı Akademik İsa Həbibbəyliyə
təqdim edib.
Sonra Özbəkistan Yazıçılar
Birliyinin yaradıcılıq
işləri üzrə
birinci müavini Nadir Xalbutayev AYB-nin üzvü Akif Bağırova və Almaz Ülviyə Özbəkistan Yazıçılar
Birliyinin Fəxri üzvlük vəsiqəsini
və Birliyin təşəkkürnaməsini təqdim edib. Həmçinin, iki ölkənin mədəni
əlaqələrinin inkişafındakı
xidmətinə görə
Yaşar Qasımbəyliyə
də simvolik hədiyyə təqdim olunub.
Konfransda Məhəmməd Füzuli
adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli "Böyük
özbək şairi Əlişir Nəvai haqqında söz", filologiya
elmləri doktoru, Müqumi adına Kokand Dövlət Pedaqoji Universitetinin Fəxri professoru Almaz Ülvi "Əlişir Nəvai və Azərbaycan" adlı məruzələrlə çıxış
ediblər.
Qonaqlardan şair Nadir Xalbutayev
Əlişir Nəvaiyə
həsr etdiyi şeirlə, Özbəkistan
Yazıçılar Birliyinin
Ədəbi tənqid
bölməsinin müdiri,
filologiya elmləri doktoru, professor Nurbay Cabbarov "Əlişir Nəvai və dil saflığı məsələləri", Daşkənd
Dövlət Şərqşünaslıq
İnstitutunun professoru,
filologiya elmləri doktoru Bokijon Tuxliyev "Əlişir Nəvai tuyuq janrı haqqında" adlı məruzələrlə
çıxış ediblər.
Konfransda filologiya elmləri
doktoru Yaşar Qasımbəyli "Əlişir
Nəvainin lirikası",
BDU-nun professoru, filologiya
elmləri doktoru Ramiz Əskər "Maqsud Şeyxzadə - böyük nəvaişünas",
filologiya üzrə fəlsəfə doktoru, nəvaişünas Alimcan
Dövlətov "Əlişir
Nəvai qəzəllərinin
ictimai-fəlsəfi mahiyyəti"
məruzələrini səsləndiriblər.
Ədəbiyyat İnstitutunun dissertantlarından
İlhamə Sultanova
"Əlişir Nəvai
ədəbi irsi Cənnət Nağıyevanın
tədqiqatlarında", Sənubər
Səmədova "Əlişir
Nəvai yaradıcılığının
müstəqillik illərində
Azərbaycanda öyrənilməsi"
adlı məruzələrlə çıxış
ediblər.
525-ci qəzet.-2020.-22 fevral.-S.12