Teatr Muzeyində "Dilin özü, sözün izi" adlı tədbir təşkil edilib
Teatr Muzeyində "Dilin
özü, sözün
izi" adlı tədbir təşkil edilib.
Cəfər Cabbarlı adına
Azərbaycan Dövlət
Teatr Muzeyində 21 fevral-Beynəlxalq Ana Dili Günü
münasibətilə "Dilin
özü, sözün
izi" adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin Teatr Muzeyi ilə birgə hazırladığı
tədbir dövlət
himninin səslənməsi
ilə başlayıb.
Bütün qonaqları salamlayan
Teatr Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi
Sevinc Mikayılova rəhbərlik etdiyi mədəniyyət ocağının
teatr tariximizin öyrənilməsi, gələcək
nəsillərə çatdırılması
istiqamətində gördüyü
işlərdən danışıb.
Bildirib ki, bütün zamanlarda teatr Azərbaycan dilinin saflığının
qorunması yolunda böyük mücadilə
aparan əsas məbədlərdən biri
olub.
Sonra dilimizin inkişaf
tarixindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə Azərbaycan Dövlət
Pedaqoji Universitetinin Filologiya fakültəsinin
dekanı Mahirə Hüseynova və universitetin Azərbaycan dili və onu
tədrisi texnologiyası
kafedrasının müəllimi
İlkin Həsənli
mövzu ilə bağlı geniş çıxış ediblər.
Bildirilib ki, hər il fevralın 21-i dünyada Beynəlxalq Ana
Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə
UNESCO tərəfindən fevralın
21-i Beynəlxalq Ana Dili Günü
elan edilib. UNESCO-nun baş
konfransında 21 fevral
- Beynəlxalq Ana Dili Günü
elan olunub və üzv ölkələrə bildirilib
ki, həmin gün məktəblərdə,
universitetlərdə ana
dilinin əhəmiyyəti
ilə bağlı tədbirlər, konfranslar,
seminarlar keçirilsin.
Qeyd edilib ki, ölkəmizdə ana dilinin hərtərəfli
inkişafı, işlək
dilə çevrilməsi,
beynəlxalq münasibətlər
sisteminə yol tapması dilimizin gözəl bilicisi, mahir natiq ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn
düşünülmüş siyasətinin nəticəsidir.
Vurğulanıb ki, 2002-ci il sentyabrın 30-da "Azərbaycan
Respublikasında dövlət
dili haqqında" Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi,
onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının
Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə
ehtiyaclarının ödənilməsi
istiqamətində daha
bir addım olub. Bu sənəd Ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin,
qayğısının parlaq
nümunələrindən biridir. Hazırda bu ənənələri Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlətimizin başçısının
"Azərbaycan dilində
latın qrafikası ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında",
"Azərbaycan Milli
Ensiklopediyasının nəşri
haqqında", "Azərbaycan
dilinin qloballaşma şəraitində zamanın
tələblərinə uyğun
istifadəsinə və
ölkədə dilçiliyin
inkişafına dair Dövlət Proqramı"nın
təsdiq edilməsi haqqında", "Azərbaycan
Respublikasının Dövlət
Dil Komissiyasının
yeni tərkibinin təsdiq edilməsi haqqında", "Azərbaycan
dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər
haqqında" sərəncamları,
"Azərbaycan dilinin
saflığının qorunması
və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi
ilə bağlı tədbirlər haqqında"
Fərmanı və bu istiqamətdə görülən işlər
dilimizin inkişafına
böyük qayğının
təzahürüdür.
Tədbir çərçivəsində tələbələr milli-mənəvi
dəyərimiz olan ana dilinin zənginliyindən
bəhs edən mühazirələr oxuyub,
həmçinin Azərbaycan,
rus, alman, ingilis və fransız dillərində
şeirlər söyləyiblər.
Eləcə də tələblər
Ceyhun Osmansoy və Nəzrin Məlikovanın ifasında
saz havaları dinlənilib.
Sonda sözləri filologiya
elmləri doktoru,
professor Mahirə Hüseynovaya
məxsus "Gələcək"
mahnısı səsləndirilib.
525-ci qəzet.-2020.-22 fevral.-
S.22