Milli Kitabxanada Beynəlxalq Ana Dili Gününə həsr edilmiş kitab sərgisi açılıb

 

 

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “21 fevral - Beynəlxalq Ana Dili Günüdüradlı kitab sərgisi açılıb.

 

Kitabxanadan bildirilib ki, sərginin açılışından öncə kitabxananın direktoru Kərim Tahirov bu günün əhəmiyyətindən danışıb.

 

Bildirib ki, ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün formalaşmasında, mükəmməl təhsil almasında, insanlar arasında əlaqələrin genişlənməsində mühüm rol oynayır. Hər bir dilin özəlliyi özünəməxsus gözəlliyi var. Bunu kimsə inkar edə bilməz. Amma bir vətəndaş olaraq bizim üçün Azərbaycan dilinin əvəzi yoxdur. Bu dilin cazibəsini heç bir dildə tapmaq olmaz. Professor onu da vurğuladı ki, müəyyən tarixi dövrlərdə dilimiz düşmən qüvvələrinin təzyiqinə, təcavüzünə məruz qalmış çətin sınaqlarla üzləşib. Lakin xalqımızın əyilməzliyi, milli qüruru, öz dilini qoruyub saxlamaq arzusu sayəsində ana dilimiz öz təbiiliyini zənginliyini itirməyib.

 

K.Tahirov çıxışında Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində ümummilli lider Heydər Əliyevin xidmətlərini onun bu istiqamətdə gördüyü tədbirləri xüsusi olaraq vurğulayıb. O, həmçinin ümummilli lider Heydər Əliyev siyasətinin uğurlu davamçısı Prezident İlham Əliyevin Azərbaycan dilinin saflığının qorunması, dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi dilimizin zənginləşdirilməsi məqsədilə apardığı siyasətin önəmini qeyd edib.

 

Sonra qonaqlar sərgi ilə tanış olublar.

 

Sərgidə Azərbaycan dilinin özünəməxsusluğunu, təbii dil xüsusiyyətlərini, tarixi zənginliyini, Azərbaycan dilinin müasir təzahür formalarını əks etdirən kitab dövri mətbuat materialları, müstəqillik dövründə Azərbaycan dili haqqında imzalanmış fərman sərəncamlar nümayiş olunur.

 

Sərgi bir həftə nümayiş ediləcək.

 

525-ci qəzet.-2020.-22 fevral.-S.12