"Muğam. Nəsillərdən-nəsillərə"
layihəsinin təqdimatı olub
Yanvarın
30-da Beynəlxalq Muğam Mərkəzində "Muğam. Nəsillərdən-nəsillərə"
adlı yeni layihənin təqdimatı olub.
AZƏRTAC
xəbər verir ki, Muğam Mərkəzinin yeni layihəsinin
əsas məqsədi gənc ifaçılara dəstək
göstərməkdir.
Layihənin
ilk solo ifaçısı xanəndə Malik Həsənov
eyni səhnəni Əməkdar artist Firuz Səxavət və
Əməkdar mədəniyyət işçisi aşıq
Ədalət Dəlidağlı ilə bölüşüb.
Gecədə
ifaçıları Rövşən Qurbanovun müşayiəti
ilə "Buta" ansamblı müşayiət edib.
Mədəniyyət, elm, incəsənət və ictimaiyyət nümayəndələrinin
iştirak etdiyi konsert maraqla qarşılanıb.
525-ci qəzet.- 2020.- 1 fevral.- S.12.