Rənglərin sirri
Emosiyalardan bəhs edərkən
onları enerjilərimizin
qidalandırdığını söyləmişdim. Hər
şeyin enejidən ibarət olduğuna inandığımı da gizlətmədim.
Ətrafımızda toxunduğumuz,
baxdığımız konkret
və mücərrəd
varlıqların hamısı
bizə bu və ya digər
dərəcədə enerji
ötürür.
Enerji mövzusu çox
genişdir, mən bu dəfə sizə rənglərin bizdə yaratdığı
təəssüratlardan danışmaq
istəyirəm. Özümüz
fərqində olmadan belə rənglərlə
rəqs edirik. Onlar bizə hansı havanı çalsa, onu oynayırıq. Necə yəni?
Təbiətin verdiyi hər bir rəngin özünəxas enerjisi
var. Məsələn, başlayaq
qaradan. Əski dövrlərdə qara rəngi gücün, qəhrəmanlığın simvolu
kimi tanınıb.
"Kitabi-Dədə Qorqud"
dastanında da bu rəng igidlərin geyimində xüsusi mahiyyət daşıyıb.
Qara sözü əski türkcədə
"böyük" anlamını
verirdi. Və igidlərə təxəllüs
kimi verilən (məsələn: Qara Xan)
bu söz rəng kimi də əzəmət, güc anlamını verirdi. Qara rəng
gücün simvolu olmaqla yanaşı, gizililiyin də rəmzidir. Qara rəng işığın
ortaya çıxardığı
rəngləri udub özündə saxladığına
görə, belə bir deyim də
yaranmışdır: ağ
gizlənər, qara gizlədər. Psixologiyada
da qaranın cəmiyyətdən
gizlənmək istəyən
insanların seçimi
olduğu vurğulanır.
Qara qoruyucu rəngdir. Düşünərsən
ki, hər kəsdən səni qoruyar. Qara rəng
neqativ enerjini somurduğuna görə, qara geyən insanlar özlərini daha rahat hiss edirlər.
Eşqin, iradənin, qəzəbin
simvolu sayılan qırmızı enerji rəngidir. Qırmızı
əski türkcədə
"qızmızı" sözündən alınıb.
Mənası qızarmaq
anlamını verir. Qırmızının oğlan
deyil də, məhz qız rəngi olması utanarkən yanağın qızarmasının qızlara
aid bir xüsusiyyət
kimi aşılanmasından
irəli gəlir. Lakin bu məntiq
təsdiqini tapmamış
düşüncədir. Rəngin
cinsi olmaz.
Bildiyimiz kimi, cəmiyyətimizin
adətlərində də
qırmızı rəng
müstəsna rol oynayır. Gəlinlərə
taxılan duvağın
məhz qırmızı
olması şərtdir.
Antik yunan mədəniyyətindən gələn
qırmızı duvaq
qədim inanclara görə, gəlinlərin
şeytani ruhlardan qorunmasına yardımçı
olur. Bu inanca görə, qırmızı
duvağı taxan gəlin yeriyərkən alov kimi bir
görünüşə sahib olur ki, bu
da pis ruhları qovur. İndi qırmızı
duvaq adəti çox yerdə yığışsa da, qırmızı
rəngin inancı qalmaqdadır. Qırmızını geyən
adam kənardan müsbət enerjini özünə çəkir.
Qırmızıya çox
baxan adamın isə enerjisi alınır.
Təbiətin gücü olan
yaşılı psixoloji
durumunda problem olmayan hər kəs sevər. Yaşıl sükunətin özüdür.
Pozitivliyi aşılayan
bir rəngdir. Psixlogiyada bu rəng fiziki, ruhsal və duyğusal enerjilərimizin
nizamlayıcısı kimi
yönəldilir. Şifahi
xalq ədəbiyyatı
nümunələrimizdə yaşıl yenidən doğuluşu ifadə edir. Buna görə də, əski dövrdə bahar fəsli ilin başlanğıcı hesab
olunub.
Ümid, xoşbəxtlik sarıya
yönəldir. Sarı rəng
dinclik rəngidir. İnsanın başı əcaib şəkildə
qarışanda sarıya
baxması onun fikirlərini aydınlatmağa
kömək edir. Sarının mənasını
izah edərkən ədəbiyatlarda ağlın,
düşüncənin rəngi
olduğu vurğulanır.
İslamda sarı rəngi
sevilməyən bir rəng olub. Məhəmməd Peyğəmbər
sarı geyimi müsəlman
kişilərinə haram buyurmuşdur.
Və sarının kafirlərə məxsus rəng olduğunu söyləmişdir. Fikir
vermisinizsə, "Kitabi-Dədə
Qorqud" dastanında
sarı donlu Selcan xatun da, xalq mahnımızda adı çəkilən sarı gəlinimiz
də xristian (kafir) qızları idi. Dindən gələn sarıya yad düşüncəni
xalq yaradıcılığımızdan
da yan keçirməmişik.
Depressiya ilə mübarizə
aparan kəslər narıncı rəngi ilə əlaqəsini sıxlaşdırmalıdır. Portağal meyvəsi kimi rəngi də aqressiya ilə mübarizədə
aktiv rol oynayır.
Bənövşəyi krallıq rəngi
kimi tanınır. Bənövşə gülünün
özü kimi bənövşəyi rənginin
də əsəbsakitləşdirici
və yuxugətirici təsiri var. Hətta meditasiya zamanı fikrinizi cəmləyə bilmirsinizsə, bənövşəyi
geyməniz tövsiyə
olunur.
Ziddiyyətli rəng sayılan
ağ rəngi qaranın tam əksi olaraq,
işığı çölə
yansıdır. Bəzi
mədəniyyətlərdə, xüsusən də, çinlilərdə ağ
ölümün, kədərin
rəngidir. Eyni zamanda, ağı saflıq, məsumiyyət
simvolu kimi də tanıyırıq.
Bu simvolik xüsusiyyəti
daha çox gəlinliklər oynayır.
Kraliça Viktoriyayadək
gəlinliklər gümüşü
rəngdə geyilirdi.
Bu ənənəni qıran
kraliçadan sonra fransız və ingilis yazıçıları
ağ rəngdən məsumiyyət simvolu kimi yazmağa başladılar.
Rənglərə baxış mövqeyi
və onların insanlarda yaratdığı
təəssürat fərdidir.
Sizi özgüvənli
edən, gözəl göstərən hər bir rəngə müraciət edə bilərsiniz.
Sizin uğurlu rənginiz
varmı?
Vüsalə SELCAN
525-ci qəzet.-26 fevral.-S.13