İrəvan Teatrının təqdimatında - "Soyqırımı tarixinin dastanı" tamaşası

 

 

C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı Masazır qəsəbəsindəki Zəngilan şəhərciyində fəaliyyət göstərən Zəngilan rayon Mədəniyyət Evində şair-dramaturq İftixarın "Soyqırımı tarixinin dastanı" əsəri ilə çıxış edib.

 

Bu barədə teatrın mətbuat katibi Teymur Bayramov məlumat verib.

 

Bildirib ki, tamaşanın quruluşçu rejissor, tərtibatçı rəssam xoreoqrafı, Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, bəstəkarı Muxtar Abseynov, rejissor assistenti Bəhruz Hikmətoğlu, musiqi tərtibatçısı Çingiz Xəlilovdur.

 

Rollarda aktyorlar Natiq Həziyev, Niyaməddin Səfərəliyev, Əmrulla Nurullayev, Müdvər Nemətova, Sevinc Hüseynova, Bəhruz Hikmətoğlu, Rövşən Cəfərov, Arzuman Tanrıverdi, Səbinə İmamverdiyeva, Pərvin Dadaşova, Xədicə Məmmədova, Anar Buludov, Zəki Fətəliyev Güney Əliyeva çıxış ediblər.

 

Səhnə əsəri erməni quldurlarının XX əsrin əvvəlində Azərbaycan xalqına qarşı törətdikləri soyqırımını əks etdirir.

 

ŞAHANƏ

 

525-ci qəzet.-26 fevral.-S.13