“Mehmandarovlar”
kitabında məşhur
bir nəslin şəcərə bioqrafiyası
araşdırılıb
Tədqiqatçı-jurnalist, publisist və naşir Vasif Quliyevin Azərbaycanın görkəmli sülalələrindənə
olan Mehmandarovlar barədə qələmə
aldığı kitab
onun 40 ildən artıq bir dövrdə apardığı
axtarışların məhsuludur.
Müəllif bu mövzuda əldə etdiyi zəngin materiallar və nadir tapıntılar
əsasında Qarabağ
tarixinin ictimai-siyasi və etnik-mədəni irsinin nadir bir parçası olan məşhur bir nəsil haqqında mükəmməl bir tarixçə yaratmağa
nail olub.
AZƏRTAC xəbər verir ki, tədqiqatçı-jurnalistin
uzun illər müxtəlif qaynaqlardan –
ailə saxlanclarından,
arxivlərdən, rusdilli
və anadilli mətbuatın səhifələrindən
tapıb topladığı
materiallar, sənədlər,
xatirələr, tarixi
şəkillər əsasında
hazırladığı Mehmandarovlar
toplusu Qarabağın
və dövlət müstəqilliyini itirdikdən
sonra onu iki dəfə bərpa etməyə nail olmuş Azərbaycanın
son iki yüzillik həyatının bir çox məqamlarını
öyrənmək baxımından
da maraq doğurur. Kitab Mehmandarovlar barədə ümumi məlumat və tarixi-etnoqrafik səciyyələndirmə
bu nəslin geniş, şaxəli şəcərəsini canlandırmaqla
yanaşı, həm də onların xalqımızın milli-mədəni
həyatında oynadığı
xüsusi rolu və xidmətlərinin çəkisini dolğun təsəvvür etməyə
imkan yaradır.
Mehmandarovların iki aparıcı
qolundan ətraflı bəhs edən kitab sülalənin Şuşa tirəsinin Vəzirovlarla, Rüstəmbəyovlarla,
sonralar isə Şirvan əsilzadələrindən
olan Mahmudbəyovlarla,
Lənkəran xəttinin
isə Talışxanovlarla
qohumluqları və bu ailələrin tanınmış nümayəndələri
barədə bir sıra çox mühüm məlumatlar
ilk dəfə oxucu auditoriyasına çatdırılır.
Mehmandarovların şəcərə bioqrafiyası və canlı salnaməsi olan kitab Qarabağ
həqiqətlərini dünyada
təsdiqləmək baxımından
da tutarlı mənbədir.
525-ci qəzet.-26 fevral.-S.12