Pantomimo
Esse
İnsan yeganə varlıqdır
ki, ölümü dərk edir. Qalan bütün başqa canlılar sadəcə mövcud olduğu anla məhdudlaşır. Yaxşıdırmı,
pisdirmi, bilmirəm, amma belədir.
Uca Yaradan bu şah əsərinə bir çox ali keyfiyyətlərlə
yanaşı, düşünmək,
dərk etmək, qərar vermək kimi xüsusiyyətlər
də bəxş etmişdir. Amma insan yalnız "O"nun istədiyi qədər dərk edə bilər, bu da yenə Allahın yaratdığını
sevməyinin nəticəsidir ki,
onu bacarmadığı
yükün altına
verib incitməz... Bu
hiss müxtəlif və
rəngarəngdir, həm
də fərdidir. Ta molekulun, atomun, nüvənin kəşfindən
tutmuş, qeyri-səlis
məntiqin məntiqi dərkinə qədər..! Adi özünü
müdafiə məqsədli
yalandan başlamış,
kimisə şərləyə
biləcək doğruya
qədər! Bu yerdə
düşünmək olar
ki, insan düşüncəsi, onun
fantaziyaları sərbəst
və hüdudsuzdur.
Deyirəm, kaş ki insan heç böyüməsəydi... Ədaları
da, istəkləri də
"bir ufacık çocuk kalbinə" sığsaydı... Dünya
onların sevgisiylə,
süslənər, gözəlləşərdi.
Müharibələr, fəlakətlər,
dağıntılar, sunamilər
baş verməzdi. İnsan caniyə, cinayətkara çevrilməzdi.
Dünya tam bir hüzur içində yaşar, bəxtiyar olar, elə insan özü də bədbəxtliklərə
düçar olmazdı.
Yadıma fizikanın Maddə kütləsinin itməməsi qanunu düşür... Bəli,
sevgi qurar, nifrət uçurar!..
Çoxsaylı istək və arzularına sahib çıxdığım,
uşaq ərköyünlüyünə
səbr verdiyim uşaq, bəlkə də artıq yeniyetmə, bu dəfə iradıma sözlə deyil, bədən dili - "pantomimo" ilə cavab verir. Bu dəfə üst-üstə
qalaqlanmış səbr
tikələrimin bərabərlik
mərkəzi qaçır
deyəsən və dağılıb evnən
bir olur! Özüm də istəmədən səsimin
tonu qalxır, o da amiranə deyilən sözlərin təsiri altında əzilir, etdiyinə anındaca peşmanlayır və uzaqlaşır. Hələ
ki mən "qalib"əm, amma...
Yolüstə olduğumdan az çəkir danlaq, töhmət dərsimiz, çıxıb gedirəm.
Ayrıldığımız heç bir saat olmamış əvvəlcə mesajı,
ardından isə zəngi gəlir: Darıxıram... Gəlmirsən..? Unudub olanları, səhvini də anlayıb, indi bir növ barışıq
addımı atır,
könlümü alır
mənim. Elə mən də unutmuşam və peşmanam. İndi gəlin
onun yerində bir böyük fərz edək və necə olacaqdı sizcə, odamı aradan az keçmiş səhvini anlayacaq, unudacaq və barışıq addımı
atacaqdı sizə qarşı!? Mən inanmıram!
Elə üşüdür ki, dost baxışları,
Başımı götürüb yada gedirəm.
Təpəmin üstündən tüstüsü
qalxır.
Canımda yüz cürə
qada gedirəm...
Hər gələn bir
alov yaxdı bağrıma,
Çıxdı bu sevdalar, çıxdı axrıma...
Sən də bir tərəfdən məni
danlama,
Olsun bu sonuncu xatam..,
Gedirəm!..
... Həyat
mürəkkəbdir, biz isə
onu bir az
daha mürəkkəbləşdirib
özümüz üçün
əsl cəngəllik
yaradırıq! Bir-birinin
eynisi olan iki insan tapmaq
müşkül məsələdir.
Yaşadığımız sürəcə çox müxtəlif insanlarla qarşılaşır, görüşür,
həmsöhbət oluruq.
İstər-istəməz həyatımıza
girən insanlar da olur, ictimai ehtiyac
və tələbatlar
özü də münasibətlərə təsirsiz
ötüşmür. Bəzən
sözünü tutmayan,
baxış bucaqlarımız
toqquşmayan insanlarla
əlaqəni birtərəfli
də olsa kəsməyə məcbur
oluruq. Amma bunu bütün cəmiyyətə tətbiq
etmək mümkün
deyil axı! Başqa bir çıxış yolu
da var deyəsən: Xoşagəlməz rəftar
və münasibətlər
müqabilində həmin
şəxsləri ta peşman
olana qədər cəzalandırmaq, lap Əli
Kərim sayağı:
... Sən,
mənim qədrimi biləsən deyə,
Bu cavan
yaşımda ölümmü
indi..?
Amma bu, o zaman müsbət
nəticə göstərər
ki, sən özün bu tədbirə cəmi bircə dəfə əl atmış olasan və qarşılayan tərəfin
də içində intiqam almaq, əvəz çıxmaq
kimi neqativ fikirlər oyanmaya! Bu üsulu da "yeddi bir yana yad"
olan adamlara tətbiq etmək yaramaz, sənə qəlbən yaxın, sevgisi qürurundan çox uca olan, kin-kidurətsiz ürəklər verər
qarşılığını. Eynən mənin aslanım kimi!..
Hər işdə səbirli,
təmkinli olmağı
tövsiyə edən
müqəddəs kitabımız
da şeytanı sükutla,
nadanı etinasızlıqla
cəzalandırmağı məsləhət bilir.
Gəlin şeytana uyub nadan qalmayaq...
Şahnaz ŞAHİN
525-ci qəzet.-28 fevral.-S.15