Kukla Teatrının direktoru beynəlxalq festivalda ölkəmizi təmsil edib

 

 

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə növbəti beynəlxalq sənət festivalından qayıdıb. O, ölkəmizi IX Monodram Tamaşalar Festivalında fəxri qonaq qismində təmsil edib.

 

Teatrların beynəlxalq əlaqələrinin genişləndirilməsi, yeni yaradıcılıq təşəbbüslərinin dəstəklənməsi təcrübə mübadiləsinin təmin edilməsi məqsədilə səfər Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşıb.

 

Birləşmiş Ərəb Əmirliklərinin Əl-Füceyra əmirliyində iki ildən bir baş tutan bu sənət tədbiri III Əl-Füceyra İncəsənət Festivalı çərçivəsində keçirilib.

 

Əmirliyin Mədəniyyət Media Müvəkkilliyinin təşkil etdiyi tədbir əsasən ərəb dövlətləri olmaqla, ümumilikdə, dünyanın müxtəlif ölkələrindəki teatr, musiqi, sənət adamlarını bir araya gətirir. Hər il öz əhatə dairəsini daha da genişləndirən sənət bayramında bu dəfə 60 ölkədən 600 nəfərdən çox iştirakçı öz yaradıcılıq imkanlarını nümayiş etdirib.

 

Festival çərçivəsində tamaşaların nümayişi mükafatlandırılması ilə yanaşı, seminarlar, forumlar, kitab təqdimatları, konsertlər təşkil olunub.

 

Xatırladaq ki, festivalın təşkilində əsas məqsəd ərəb dünyasında o qədər tanınmayan monodrama diqqət çəkmək onu bir sənət növü kimi daha da inkişaf etdirməkdir.

 

Səfər təəssüratlarını bölüşən Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə bu kimi tədbirlərin fərqli mədəniyyətləri birləşdirən körpü olduğunu deyib: “Bu festivalda artıq üçüncü dəfədir iştirak edirdim. Qısa zamanda populyarlıq qazanan, ən fərqli sənət istiqamətlərini bir səhnədə birləşdirən bu tədbir möhtəşəmliyi ilə diqqət çəkdi. Zəngin proqram, rəngarəng nümayişlər nüfuzlu sənət adamlarını, teatr təmsilçilərini bir araya gətirməsi baxımından festival çox maraqlı yaddaqalan oldu.

 

Qlobal mədəniyyət hərəkatında diqqətəlayiq töhfə olan, baxımlı yaradıcılıq məhsulları təqdim edən bu festivalın digər önəmli cəhəti ərəb dünyasının məşhur sənət adamlarını dünyaya tanıtmaqdır ki, hər dəfə onlardan birinin şərəfinə mükafat təsis edilir qalib iştirakçılara təqdim olunur.

 

Hər bir festival kimi bu tədbir bizim üçün yeni yaradıcılıq əlaqələrinin qurulması, qarşılıqlı təcrübə mübadiləsinin reallaşması növbəti əməkdaşlıq üçün körpü rolunu oynayırdı. Mən teatrımız adına bu fürsətdən maksimum istifadə etməyə çalışdım”.

 

Vyetnam, Hindistan Tunisdən olan teatr təmsilçiləri ilə danışıqlar apardığını deyən R.Əhmədzadə müştərək layihələr üzərində işləyəcəklərini əlavə edib.

 

 

525-ci qəzet.-28 fevral.-S.9