Faiq Ələkbərlinin
kitabı Türkiyədə
çap olundu
AMEA Fəlsəfə İnstitutunun
aparıcı elmi işçisi, eyni zamanda, Bütöv Azərbaycan Ocaqlarının
(BAO) Türk Dünyasıyla
Əlaqələr üzrə
müavini, fəlsəfə
üzrə fəlsəfə
doktoru, dosent Faiq Ələkbərlinin
(Qəzənfəroğlu) "Turançılıq və
Tanrıçılığa aid olan Turan sivilizasiyasına
giriş: Turan məfkurəsi və Tanrıçılıq" kitabı
bu günlərdə Türkiyədə də çap olunub.
Türkiyənin "Astana yayınları" nəşriyyatında işıq
üzü görən
kitabı Alpaslan Dəmir
çevirib.
Monoqrafiyada Turan sivilizasiyanın
dünyada ən qədim mədəniyyət
olması məsələsi
təhlil olunaraq Turan məfkurəsi və Tanrıçılıq
fəlsəfəsi bütün
aspektləri ilə tədqiqata cəlb edilib. Burada Turan məfkur əsi ilə bağlı Turan İmperiyalarının tarixinə,
mahiyyətinə və
çağdaş dönəmdəki
yerinə aydınlıq
gətirilib. Bununla yanaşı, Turan-Avropa, Turan-Aryan/İran ideoloji və mənəvi-fəlsəfi
savaşları öz
əksini tapıb. Eyni zamanda, kitabda
Türk xalqlarının
təşəkkülü ilə bağlı onun etnogenezi, dini-fəlsəfi dünyagörüşü
geniş şəkildə
tədqiq olunub. Belə ki, monoqrafiyada
Tanrıçılıq fəlsəf
əsinin mahiyyəti,
onun Şamanizmə, Mağlar təliminə, Zərdüştlüyə, Yunan
kosmologiyasına, Xristianlığa,
İslamlığa münasibəti
də öz əksini tapıb.
Monoqrafiyada Azərbaycan Türk
dövlətləri Səfəvilər,
Əfşarlar və Qacarlar ayrıca tədqiqata cəlb olunub.
Kitabda Qərb sivilizasiyasının
mahiyyəti və ona alternativlik məsələsi, bu anlamda Türk Dünyası-Qərb, Türk
Dünyası-Rusiya münasibətləri
geniş təhlil olunub. Eyni zamanda,
bütün bunlarla yanaşı, əsərdə
Türk Birliyi, bu yolda Azərbaycanın
birləşməsinin vacibliyindən
və çıxış
yollarından da bəhs
olunub.
Kitab Turan/Türk tarixi, Turan/Türk
fəlsəfəsi ilə
maraqlanalar, eləcə
də Azərbaycan türklərinin ümumTürk
tarixi və fəlsəfəsində yerini
araşdıranlar və
geniş oxucu kütləsinin faydalanması
üçün nəzərdə
tutulub.
Qeyd edək ki, sözügedən kitab
ilk dəfə Azərbaycanda
2017-ci ildə "Xan" nəşriyyatında
çap olunmuşdu. Bu kitab müəllifin Türkiyə
türkcəsində nəşr
olunan ikinci əsəridir. Bundan öncə 2014-cü ildə
F.Ələkbərlinin
"Məhəmməd Əmin
Rəsulzadənin dünyagörüşü"
monoqrafiyası Buğra
Yayın Evi tərəfindən Türkiyə
türkcəsində nəşr
olunub.
Şahanə MÜŞFİQ
525-ci qəzet.-28 fevral.-S.8