"Romantizm: təşəkkülü, problemləri, şəxsiyyətləri" kitabı nəşr olunub

 

Bu günlərdə ədəbiyyatşünas, professor Timuçin Əfəndiyevin yeni kitabı işıq üzü görüb. "Romantizm: təşəkkülü, problemləri, şəxsiyyətləri" adlı monoqrafiya dünya mədəniyyəti ədəbiyyatında mühüm yer tutan romantizm probleminə həsr olunub.

 

Müəllif problemə bir qədər geniş yanaşaraq bu ədəbi cərəyanı üç konteksdə araşdırıb; dünya ədəbiyyatında romantizm, romantizmin nəzəri, estetik problemləri, Azərbaycan romantizmi, onun əzəri-estetik funksionallığı görkəmli nümayəndələri.

 

Romantizm probleminin ilk dəfə olaraq, bu kontekstdə araşdırılmasının əsas səbəbi məsələyə kompleks yanaşmaq romantizmi bütün yönlərilə ortaya qoymaqdır. Sosrealizm ədəbiyyatşünaslığından sonra problem bu şəkildə araşdırılır müəyyən nəticələrə gəlinir.

 

Kitab giriş beş fəsildən ibarətdir. Fəsillər müvafiq olaraq belə adlanır: "Romantizm onun nəzəri problemləri", "Dünya ədəbiyyatında romantizm", Azərbaycan romantizminin təşəkkülü problemləri", "Azərbaycan romantizminin estetikası poetikası" "Personaliya".

 

Kitabın elmi redaktoru akademik, millət vəkili İsa Həbibbəyli, rəyçilər filologiya üzrə elmlər doktoru, professor Məmməd Əliyev, sənətşünaslıq üzrə elmlər doktoru, professor Məryəm Əlizadədir.

 

Monoqrafiya tədqiqatçılar, universitet müəllimləri, tələbələr, magistr dissertantlar üçün dəyərlidir.

 

ŞAHANƏ

 

525-ci qəzet.-28 fevral.-S.7