Milli Kitabxanada argentinalı yazıçının
kitabının təqdimatı
olacaq
Fevralın 27-də Argentinanın Azərbaycandakı səfirinin
müavini xanım Korina Beatriz Lehmann Milli Kitabxanada olub.
Milli Kitabxananın direktoru,
professor Kərim Tahirov
qonağa ölkələrimiz
arasında mədəniyyət
sahəsində mövcud
olan sıx əlaqələrdən
danışıb. Argentinanın
Azərbaycandakı səfirliyi
ilə Azərbaycan Milli Kitabxanası arasında əlaqələrin
olduğunu qeyd edən K.Tahirov
bu əlaqələrin
daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Milli Kitabxananı yenidən
ziyarət etməsindən
məmnunluğunu söyləyən
xanım Korina budəfəki səfərinin
argentinalı müəllif
Rodolfo Dinselin Azərbaycan
dilinə tərcümə
edilmiş "Tanqo rəqsi" kitabının
təqdimat mərasimi
ilə bağlı olduğunu bildirib. O, bu təqdimat üçün Milli Kitabxananın ən ideal məkan olduğunu qeyd edib.
Kitab haqqında qısa
məlumat verən Korina xanım bu kitabın tanqonun tarixindən, tanqo mədəniyyətindən
və texnikasından bəhs edən, həmçinin, rəqs məktəbləri və
tanqo həvəskarları
üçün faydalı
bir vəsait olduğunu bildirib.
Yaxın günlərdə nəşrin
təqdimatının keçirilməsi
barədə razılığa
gəlinib.
Görüşdə, həmçinin, Argentina Milli Kitabxanası ilə Azərbaycan Milli Kitabxanası arasında imzalanması nəzərdə tutulan qarşılıqlı əməkdaşlıq
haqqında anlaşma memorandumu da müzakirə
edilib.
Sonda xanım Korina
Beatriz haqqında bəhs
edilən "Tanqo rəqsi" kitabını
Milli Kitabxanaya hədiyyə edib.
525-ci qəzet.-28 fevral.-S.7