Milli Kitabxana ilə Qazaxıstan
kitabxanaları arasında əməkdaşlıq əhəmiyyət
kəsb edir
Fevralın 28-də
Qazaxıstanın Azərbaycandakı səfiri Serzhan
Abdykarımov Azərbaycan Milli Kitabxanasında olub.
Kitabxanadan
bildirilib ki, qurumun direktoru Kərim Tahirov qonaqların kitabxanada
olmasından məmnunluğunu bildirib. O, Milli Kitabxana
haqqında qonaqlara məlumat verərək kitabxananın beynəlxalq
əlaqələrindən, burada həyata keçiriləcək
yeni layihələrdən söz açıb. Direktor Azərbaycan
Milli Kitabxanası ilə Qazaxıstan kitabxanaları
arasında həyata keçirilən informasiya, təcrübə,
kitab mübadiləsinin böyük əhəmiyyət kəsb
etdiyini söyləyib.
Kərim Tahirov
vurğulayıb ki, ötən il VI Bakı Beynəlxalq Kitab Sərgi
Yarmarkası çərçivəsində Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Azərbaycanın
Mədəniyyət naziri Əbülfəs Qarayevin
iştirakı ilə Milli Kitabxanada "Beynəlxalq Əməkdaşlıq
Zalı"nın açılış mərasimi
keçirilib. Qeyd edib ki, "Beynəlxalq Əməkdaşlıq
Zalı"nın açılışında 13 ölkənin
Azərbaycandakı diplomatik nümayəndələri və
kitabxanaların rəhbərləri də iştirak ediblər.
Kərim Tahirov bildirib ki, zalda 13 ölkənin ədəbiyyatına
dair yaradılmış daimi guşədə qazax ədəbiyyatı
da xüsusi yer alır.
Söhbət
zamanı Serzhan Abdykarımov Milli Kitabxanada olmasından məmnunluğunu
ifadə edərək, gələcək əməkdaşlıq
barədə fikirlərini qeyd edib. O bildirib ki, iki ölkə
arasındakı əməkdaşlığı inkişaf
etdirmək, birgə layihə və tədbirlər keçirmək
əsas məqsədlərdən biridir.
Daha sonra Milli
Kitabxananın direktoru Kərim Tahirov Serzhan Abdykarımovun Milli
Kitabxanaya hədiyyə etdiyi qiymətli kitablara görə
minnətdarlığını bildirib və öz növbəsində
"Milli Kitabxana. Fotoalbom" (Azərbaycan, rus və ingilis
dillərində), "Qobustan - minilliklərin kitabı"
(Azərbaycan və rus dillərində), "Rasim Aliev.
Vospominaniə" adlı kitabları, Azərbaycan
Respublikasının xəritəsini və Milli Kitabxanadan xatirə
suvenirini qonağa hədiyyə edib.
Həmçinin,
qonaqlar Milli Kitabxananın "Beynəlxalq Əməkdaşlıq
Zalı" ilə tanış olublar.
525-ci qəzet.-2020.-29 fevral.- S.13